![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salamlar. Təklif edirəm ki, maşın tərcüməsi ilə bağlı problemlərin istiqamətində bu addımı ata bilərik. Tərcümə aləti üçün xüsusi istifadəçi qrupu yaradılır və bu hüquq VP:İHM-də müraciət nəticəsində istifadəçilərə verilir. Qəbul edilərsə, bu alətdən sadəcə bu qrupa alınan istifadəçilər istifadə edə biləcək, bununla da məzmunla bağlı problemlər nisbətən azalacaq. Hörmətlə, Gadirmüzakirə 12:01, 16 iyun 2024 (UTC)
Nemoralis, 3k məqalə yaradan istifadəçi bunun vasitəsilə o saya çatıb. Hörmətlə, Gadirmüzakirə 14:36, 16 iyun 2024 (UTC)
N Qəbul edilmədi. Hörmətlə, Gadirmüzakirə 15:26, 8 iyul 2024 (UTC)
Salamlar, Avro 2024 həyəcanımız keçməmiş bir şey təklif etmək istəyirəm. Belə ki, Avro 2024 məqalələri azvikidə yox dərəcəsindədir. Halbuki aktual mövzu olduğu üçün oxucuların tez-tez internetdə müraciət etdiyi və axtardığı mövzudur və bu mövzuda azvikidə məqalələr yaradılsa fikrimcə çox oxunacaq və faydalı olacaq. Təklif edirəm ki, idmana marağı olanlar bu mövzuda məqalələr yaratsın. Hətta bu mövzuda töhfə verənlərə mükafat da vermək olar. Bu istiqamətdə aktivliyin yaradılması üçün başqa hansı təklifiniz var? Sura Shukurlu (müzakirə) 21:52, 19 iyun 2024 (UTC)
Salam, dostlar. Bu layihənin adının dəyişdirilməli olduğunu düşünürəm. Haqqında danışdığımız "data" ifadəsi informatika elmindən bizə "verilən" kimi tanışdır. Son illərdə bu elmin inkişaf etməsi ilə dilimizə yeni sözlər, terminlər daxil edilib. Sevindiricidir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2021-ci il buraxılışında "data", "dataqram", "datakart" kimi terminlər öz əksini tapıb. Bununla yanaşı, "verilən" sözü də saxlanılıb (verilənlər bazası (database) mənasında). Bu baxımdan "verilən(lər)" sözünün "data" sözü ilə əvəz etməyin mümkün olduğunu düşünürəm. Bu həm də ümumişləkliyə dəstək verəcək. Fikirləriniz önəmlidir.
@En Merker Azərbaycan dilinin orfoqrafiya lüğətinin 2021-ci il buraxılışında "data" və ondan törəmə mürəkkəb sözlər var. Açıqlamada bu barədə izah vermişəm — Toghrul R (m) 09:38, 21 iyun 2024 (UTC)
Yekunlaşdırma Səs çoxluğu ilə dəyişdirilməsinə qərar verildi — Toghrul R (m) 07:38, 5 iyul 2024 (UTC)
Salamlar. 20 iyunda Azərbaycanın Qərb bölgəsində baş verən təbii fəlakətlərlə bağlı əhəmiyyətli sayıb məqalə yazmaq olar? Yəni belə hadisələr ümumən çox olur, amma düşünürəm ki, maraqlı istifadəçilər varsa, tərtib edə bilərlər. Məzmuna görə qiymətləndirilə və müzakirə oluna bilər. Xəbər kimi Ana səhifəyə əlavə edirəm. Hörmətlə, Gadirmüzakirə 20:08, 21 iyun 2024 (UTC)
2024-cü ildə Azərbaycan məqaləsində qeyd etmək olar. --Мурад 97 (müzakirə) 19:12, 24 iyun 2024 (UTC)
Salam. Mən bu günlərdə Həsən Seyidbəyli yaradıcılığı başda olmaqla sovet Azərbaycanı kinematoqrafiyasına dair məqalələrdə müəyyən kiçikhəcmli düzəlişlər edirəm, tanınmış və geniş yaradıcılığa malik kino xadimlərimizə dair şablonlar yaratmağa başlamışam. Diqqətimi bir məqam çəkdi. Əvvəllər də müəyyən dövrlərdə bəzi kateqoriyalar üzrə məqalələrdə vaxtaşırı qarşılaşırdım bu halla, indi də yenə təkrarlanır. Bu gün səhifələrə şablonlar əlavə edəndə gördüm ki, Həsən Seyidbəyli filmlərinin məqalələrindəki poster şəkillərinin adı var, özü görünmür. Vikimənbədə axtarışa verəndə də belə bir fayl qarşıma çıxmadı. Sonra daha bir neçə filmə baxdım, onların da şəkilləri silinmişdi. Sualım budur ki, bu prosesdən xəbərdarsınızmı, nəsə müəllif hüquqları və təftiş tipli məsələlərlə bağlıdır, yoxsa kim(lər)sə qəsdli surətdə edir(lər) bunu? Bir də ki, tək filmlərimizə aiddir, yoxsa digər mövzularda məqalələrdə də qarşınıza çıxıb? -- Rüfət Həsənli 20:11, 23 iyun 2024 (UTC)
Hello everyone,
The voting to ratify the Wikimedia Movement Charter is now open. The Wikimedia Movement Charter is a document to define roles and responsibilities for all the members and entities of the Wikimedia movement, including the creation of a new body – the Global Council – for movement governance.
The final version of the Wikimedia Movement Charter is available on Meta in different languages and attached here in PDF format for your reading.
Voting commenced on SecurePoll on June 25, 2024 at 00:01 UTC and will conclude on July 9, 2024 at 23:59 UTC. Please read more on the voter information and eligibility details.
After reading the Charter, please vote here and share this note further.
If you have any questions about the ratification vote, please contact the Charter Electoral Commission at [email protected].
On behalf of the CEC,
Salam, hörmətli həmkarlar. Lobotomiya adlı məqaləmi redaktə edə bilmədim.Məqalənin bloklandığını dedilər.Səbəbini öyrənmək istərdim. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin məqalə rus və ingilis dillərində də dərc olunub NarminSafarova94 (müzakirə) 21:13, 30 iyun 2024 (UTC)
Salam. Bəzi hallarda digər wikilərdəki şəkillər, azwikidə məqaləyə əlavə edərkən yayımlanmır. Bu hal ilə daha çox film məqalələrində rast gəlmişəm. İngilis wikisində olsada Azwikiyə faylı yazarkən boşda qalır. Bu niyə belə baş verir? Yükləmə sehrbazı səhifəsi bir oqədərdə kömək etmir. Şəkillərin lisenziyası və s. tələb olunur. Onsuzda Vikipediyada o lizensiyalar əlavə olunub, yəni onlar ümumi Vikipediya bazasında olmur və hər dildə ayrı qaydalar tədbiq olunur ya necə? Zəhmət olmasa cavablandırardınız. Hörmətlə Innovative120 (müzakirə) 23:11, 30 iyun 2024 (UTC)
Salam həmkarlar. Şəhidlərlə bağlı məqalələrin silinməsi ilə bağlı davamlı müzakirələr açılır. Amma mənim sualın artıq silinmiş məqalələrlə bağlıdır. Əgər hərbi təyyarənin iştirakı ilə aviaqəza baş veribsə, və həmin qəza ilə bağlı vikidə məqalə varsa, təyyarənin pilotu və ekipaj üzvləri (köməkçi pilot) (barədə məzmunu olan məqalə yazacaq qədər mənbələr də varsa) bu şəxlər VP:ŞEƏ-nin Bir hadisəyə görə məşhur olan şəxslər şərtini niyə ödəmir? — Bikar müzakirə 07:09, 4 iyul 2024 (UTC)
Dünən Yarımçıq insanın etirafları məqaləsini yaradarkən bu məsələ ağlıma gəldi. Roman, kitab kimi əsərlər üçün məqalələr yaradarkən hansı cür kitab üzlüklərindən istifadə etmək doğrudur ki? Bizdə belə bir ənənə var ki, məqalə üçün Azərbaycan dilindəki ən son nəşrin üzlüyü istifadə olunsun. Amma EnViki daxil olmaqla çox vikidə müşahidə etmişəm ki, kitabın orijinal dilindəki ilk nəşrinin üzlüyündən istifadə etməyə üstünlük verilir. Odur ki, indiki praktikanın doğruluğundan şübhəliyəm. Hətta mövzunu film posterlərinə də aid etmək olar. Yavaş-yavaş düşünməyə başlayıram ki, orijinal poster, üzlüklərdən istifadə etmək daha doğrudur. Kosmik Ozan utora! 13:38, 7 iyul 2024 (UTC)
Salamlar. Bildiyiniz kimi, bizdə bu layihədə yekunlaşdırma işlərini sadəcə inzibatçılar edə bilirdilər. 2 il əvvəl belə bir icazə yaratdıq və nəticədə prosedur üçün ilkin bölmə olan Vikipediya:Məqalə namizədləri səhifəsində bu qrupdakı istifadəçilərə səlahiyyət verildi. Təklif edirəm ki, ikinci prosedur üçün də bu qrupa icazə verək. Digər dil bölmələrində də sırf bu bölmə inzibatçıların məsuliyyətində deyil, təcrübəli digər qrupdakı istifadəçilər də bu layihə üzərində səlahiyyət daşıyırlar. Düşünürəm ki, bu, layihənin inkişafı üçün də zəruri addımdır.
Salam. Elə məqalələr olur ki, Əİ ilə məqalədə bir foto olur və məqalə status alanda ana səhifəyə çıxaranda onu qoymaq da olmur. Nə təklif edirsiniz? Hörmətlə, Gadirmüzakirə 18:53, 7 iyul 2024 (UTC)
Salam. Təklif edirəm ki, bu səhifəni "Silinməyə namizəd məqalələr" olaraq dəyişdirək. Digər səhifə növləri üçün müvafiq səhifələrimiz var və bu səhifədə qeyd olunub. Nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 15:20, 8 iyul 2024 (UTC)
Şablon silinməli olsa nə olacaq? (bunu aşağıya müzakirəyə köçür) — Bikar müzakirə 18:59, 8 iyul 2024 (UTC)
Hello all,
A special election has been called to fill additional vacancies on the U4C. The call for candidates phase is open from now through July 19, 2024.
The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members are invited to submit their applications in the special election for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.
In this special election, according to chapter 2 of the U4C charter, there are 9 seats available on the U4C: four community-at-large seats and five regional seats to ensure the U4C represents the diversity of the movement. No more than two members of the U4C can be elected from the same home wiki. Therefore, candidates must not have English Wikipedia, German Wikipedia, or Italian Wikipedia as their home wiki.
Read more and submit your application on Meta-wiki.
In cooperation with the U4C,
Salam hörmətli vikipediyaçılar! Bir mövzu ilə bağlı diskussiya aparmaq lazımdır. Maraqlı olanlar iştirak edə bilər, amma mən əlaqəli şəxslərdən bəzilərini işarələyirəm @Nemoralis, @Toghrul R, @Araz Yaquboglu, @Solavirum, @White Demon, @Grenzsoldat və digərləri. Hüquqla əlaqəli olduğu üçün xüsusilə @Firuza. Biz adətən Milli Məclis çağırışlarının səlahiyyət müddətini ilk iclasdan son iclasa qəbul edirdik və ya seçki tarixindən son iclasa. İndi qarışıqlıq çoxdur. Başlanğıc üçün əsas olan seçki tarixidir mi, yoxsa ilk iclas mı? Nəzərə almaq lazımdır ki, seçki nəticələri MSK sonra KM tərəfindən təsdiqlənməsə keçərli sayılmır və mandatlar deputatlara ilk iclasda verilir. Yaxşı, bəs son tarix? Məclis buraxıldığı tarix sondur mu? Xeyr, məsələn prezidentin sərəncamından sonra V və VI çağırış sonuncu iclaslarını keçirməyə davam etdi. Bəs son iclas mı? Məsələn, V çağırışın son iclası 2019-cu il dekabrnda oldu. Amma VI çağırışınki isə 28 iyun 2024-cü ildə. Bu yaxınlarda maraqlı bir hadisə baş verdi. MM sədr müavini Adil Əliyev icra başçısı təyin olundu. Qanunvericiliyə görə deputatlar icraedici orqanda vəzifə tuta bilməz. Burası da qəbul olunan. Son iclası 28 iyundadır, deputatların işi bitdi, amma MSK maraqlı bir addım atdı və 9 iyul tarixli iclasında Adil Əliyevin deputat statusuna xitam verdi. Sahibə Qafarova isə Rusiyaya MM sədri ünvanı ilə səfər etdi. Xarici ölkələrdə parlament buraxılanda səlahiyyət müddəti bitir və bütün statusların istifadəsi sonlanır. Bəs biz indi necə etməliyik, səlahiyyət başlanğıcı və sonu nəyə əsasən götürülməlidir? Hüquqi bir açıqlaması var mı bunun? Dr.Wiki54 (müzakirə) 19:41, 10 iyul 2024 (UTC)
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.— Toghrul R (m) 19:46, 10 iyul 2024 (UTC)
Salamlar. Səhifələrdəki qırmızı fayl keçidlərinin bot tərəfindən avtomatik təmizlənməsi ilə bağlı təklifi diqqətinizə çatdırıram. Silinmiş və mövcud olmayan fayllar müvafiq səhifələrdən avtomatik təmizlənəcəkdir, səhifələrdə qırmızı fayl keçidləri olmayacaq. Qeyd edim ki, bunu bot sahibi də istədi, həmin bot hazırda VP:RSGVS səhifəsini də avtomatik yeniləyir. Ona görə də bota əlavə olaraq bu funksiyanın verilməsi və bu işi də yerinə yetirə bilməsi üçün lütfən fikirlərinizi bildirin.
Salam, bu prosesi həyata keçirəcək bot varmı? --Turkmen müzakirə 18:24, 9 iyul 2024 (UTC)
Bikar, narahat olmağa dəyməz, detalına kimi danışılacaq. Hörmətlə, Gadirmüzakirə 06:48, 14 iyul 2024 (UTC)
Nəticə: Qəbul edildi --Turkmen müzakirə 10:30, 16 iyul 2024 (UTC)
Salam. Vaxtikən AzVikidə “idarəçi” statusunun adının dəyişdirilməsi necə mühüm və labüd idisə (yaxşı ki, də dəyişdik), düşünürəm ki, “bürokrat” statusunun da adı dəyişdirilməlidir. Xatırlayırsızsa, axırıncı bürokrat müzakirəsi də bir daha göstərmişdi ki, bu statusla, çox təəssüf ki, özünü sanki həqiqətən bürokrat kimi görənlər var. Xülasə bu statusun adının çox münasib və müvafiq olduğunu düşündüyüm İcraçı adı ilə dəyişdirilməsini təklif edirəm. Zatən bilirik ki, bürokratın inzibatçıdan fərqi 2-3 əlavə iş icra etməsidir: İnzibatçı-bot statusu vermək, ad dəyişdirmək və s. Bu baxımdan, məncə, “icraçı” çox düzgün seçim olar. samral müzakirə 22:16, 28 iyun 2024 (UTC)
Salam əziz həmkarlar.
Baxmayaraq ki, qondarma Dağlıq Qarabağ Respublikası artıq de-fakto da mövcud deyil, Erməni Vikipediyasında Dağlıq Qarabağda və hətta ətraf rayonlarda yerləşən bütün yaşayış məntəqələri və obyektlər hələ də "Artsax"-ın tərkibindəki kimi göstərilib. Hətta Azərbaycanın xəritəsini belə dəyişmirlər. Bu isə təmiz saxtakarlıqdı. Müvafiq düzəlişlər geri qaytarılır, administratorlar isə bu barədə heç nə etmir.
Buna görə də bu məsələ ilə bağlı Metaya müraciət etdim[5]. Bilirəm ki, çox aktiv istifadəçinin bu problemdən xəbəri var və çoxları Vikipediyadakı Azərbaycana aid olan informasiyaya biganə deyil. Fikirlərinizi həmin müraciətdə yaza bilərsiz. Interfase (müzakirə) 05:57, 14 iyul 2024 (UTC)
Hörmətli İnzibatçı(lar),
Salamlar!
Mən bu gün bir neçə mövzu haqqında yeni bir məqalələr yaratdım. Məqalənin məzmununu genişləndirmək və daha ətraflı məlumat vermək üçün "Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələrinin əlavə olunmasını yardım edilməsini xahiş edirəm. "Həmçinin bax", "İstinadlar" və "Xarici keçidlər" bölmələrinin məlumatları əlimdə olduğu halda daxil edə bilmirəm.
Hörmətlə, Yunus Imanov (müzakirə) 14:14, 15 iyul 2024 (UTC)
Hər vaxtınız xeyir,
İstifadəçinin maraqları, bildiyi dillər və s. məlumatlar olan xanaları səliqəli şəkildə necə yerləşdirmək olar? Snellmeister (müzakirə) 11:35, 17 iyul 2024 (UTC)
Salam həmkarlar A09 istifadəçi kimdir? Bəzi istifadəçilərin ad dəyişmələri ilə məşğuldu. Əvvəllər mənimdə ilk qeydiyyatdan keçdiyim Vusalfeteliyev1996 istifadəçi səhifəmində adını dəyişib. Düzdü o səhifəni istifadə etməsəmdə mənə maraqlı gəldi. Vusalfeteliyev1996 istifadəçi səhifənin parolunu bilirdim. Hazırda o, səhifənin parolunu yığıram girmir. Bu A09 istifadəçi səhifə haqqında məlumatı olan varsa yazsın bura. Vusalsuvarov1996 (müzakirə) 04:32, 18 iyul 2024 (UTC)
Mənə kömək edin. Ceyhun Midiyalı (müzakirə) 13:00, 18 iyul 2024 (UTC)
Salam, Mir Əli Təbrizi səhifədə kimsə vandallıq edib aşağı "Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she." yazıb, bir də xəttatlıq şablonu niyəsə bu səhifəyə yönləndirir Şablon:Xəttatlıq arzusuna düşənlər və adı N ilə başlayan bir qız
bunu anlamadım, düzəldərdiniz zəhmət olmasa, sağolun Sebirkhan (müzakirə) 16:41, 18 iyul 2024 (UTC)
Salam hamınıza,
Həm fərdi, həm də ortaq səsləri diqqətlə hesabladıqdan sonra Nizamnamə Seçki Komissiyası Vikimedia Hərəkatının Nizamnaməsi üzrə səsvermənin yekun nəticələrini məmnuniyyətlə elan edir.
Nizamnamə Seçki Komissiyasının məlumat verdiyi kimi, 9 iyul, 23:59 UTC tarixində səsvermə başa çatana qədər həm Tərəfdaş, həm də fərdi səslər üçün kvoruma çatdıq. Ratifikasiya prosesində səs verən bütün 2451 şəxsə və 129 Affiliasiya nümayəndəsinə təşəkkür edirik. Səsləriniz və şərhləriniz Hərəkat Strategiyasında gələcək addımlar üçün əvəzsizdir.
25 iyun - 9 iyul 2024-cü il tarixləri arasında keçirilən Vikimedia Hərəkatı Nizamnaməsi ratifikasiya səsverməsinin yekun nəticələri aşağıdakı kimidir:
İyulun 9-u saat 23:59-a (UTC) səs verən 2451 nəfərdən 2446-sı etibarlı səs hesab edilib. Bunlardan 1.710 "bəli"; 623 “yox” səs verdi; və 113 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından 73,30% Nizamnamənin təsdiqinə (1710/2333), 26,70% isə Xartiyanın rədd edilməsinə (623/2333) səs verib.
9 iyul 23:59 (UTC) tarixinə səs verən 129 Affiliated seçicidən 129 səs etibarlı səs kimi təsdiqləndi. Bunlardan 93 "bəli"; 18 “yox” səs verdi; və 18 seçilmiş “–” (neytral). Neytral səslər verilən səslərin ümumi sayına hesablanmadığından, 83,78% Nizamnamənin təsdiqinə (93/111), 16,22% isə Nizamnamənin rədd edilməsinə (18/111) səs verib.
Vikimedia Fondunun Qəyyumlar Şurası 8 iyul 2024-cü il tarixdə Şuranın növbədənkənar iclası zamanı təklif olunan Nizamnaməni ratifikasiya etməmək'yə səs verdi. Vikimedia Fondunun Qəyyumlar Şurasının sədri Nataliya Tımkiv nəticəni paylaşdı. səsvermə, qətnamə, iclas protokolları və təklif olunan növbəti addımlar.
Bununla da, Vikimedia Hərəkatının Nizamnaməsi hazırkı redaksiyada ratifikasiya olunmayıb.
Hərəkatımızın idarə olunmasında bu mühüm məqamda iştirakınıza görə sizə təşəkkür edirik.
Nizamnamə Seçki Komissiyası,
Abhinav619, Borschts, Iwuala Lucy, Tochiprecious, Der-Wir-Ing
MediaWiki message delivery (müzakirə) 17:52, 18 iyul 2024 (UTC)
Dəyərli Vikipediyaçılar mən iki gündür yeni məqalə hazırlamışam. İndi də redaktə edirəm. Sadəcə məqaləmə baxış olmayıb. Necə edim ki, hamıya gözəgörünən olsun? Ceyhun Midiyalı (müzakirə) 10:42, 19 iyul 2024 (UTC)
Bu başlıq Vikipediya:Kateqoriya müzakirələri səhifəsinə köçürülüb.
Salam. Düşünürəm ki, fərdi təşəbbüslə "Əməkdaşlıq həftələri" keçirmək olar. Məsələn, tutaq ki, mən "Ulduz müharibələri" mövzusunda məqalələrin çox olmağını istəyirəm, amma tək işləməyin uzun çəkəcəyini düşünürəm, buna görə də belə bir müsabiqə başladıram və sonunda ulduz filan veririk nəticələrə görə. Necədir? --► Hörmətlə: SolaVirum 12:44, 19 iyul 2024 (UTC)
Vikipediya: Səhifə Silmə "VP:SS" qaydalarına görə silinməyə namizəd çıxarılmış səhifələrin müzakirəsi belə yekunlaşdırılmalıdır:
Müzakirələrin sonlandırılması
Müzakirələrə səs saymaqla son qoyulmur. Unutmayın ki, bu müzakirələr səsvermə deyil. Buna görə də şərh verən hər bir istifadəçiyə fikirlərini izah etmələri və qaydalara, təlimatlara istinad etmələri tövsiyə olunur. Müzakirə ən azı yeddi tam gün davam edir. Daha sonra razılıq varsa səhifələr inzibatçılar tərəfindən silinir. Müzakirə müddəti bitdikdən sonra az şərh verilmiş namizədliklərin müddəti inzibatçılar tərəfindən daha bir 7 gün müddətinə uzadıla bilər. Bir müzakirə maksimum 28 gün çəkə bilər.
Göründüyü kimi qaydalarda yazılır ki, bir müzakirə maksimum 28 gün çəkə bilər. Amma reallıqda bu qaydaya məhəl qoyulmur və bir çox hallarda müzakirələr aylarla çəkir. Burada müzakirəyə çıxarmaq istədiyim suallarım belədir:
1) Sizcə bu qaydaya niyə əməl edilmir? Bilirəm, bəziləri deyəcək ki, konsensus əldə edilməyib, ona görə, konsensus əsasdır və o əldə edilmədən müzakirəyə son qoymaq olmaz. Onda avtomatik belə bir sual çıxır. Bəlkə konsensus 10 il əldə edilməyəcək? Onda necə olsun?
Qeyd: Axı həm də bir çox hallarda konsensusun olub-olmaması nisbi məsələdir (buna çoxlu misallar gətirmək olar).
2) Əgər bu qaydaya əməl etmək mümkün deyilsə, niyə o qəbul olunub? Bilirəm, bəziləri deyəcək ki, bu şərti qaydadır. Onda gəlin müəyyən edək görək şərti qayda nə deməkdir? Və əgər şərtidirsə, bu qayda məhz bu şəkildə konkretmi yazılmalıydı?
3) Sizcə ümumiyyətlə müzakirələrə məhdudiyyət olmalıdırmı? Bəziləri deyə bilər yox. Amma məhdudiyyət olmadıqda sizə elə gəlmirmi ki, müzakirələr aylarla davam edə bilər və bundan müxtəlif məqsədlər üçün istifadə edərlər? Asel007 (müzakirə) 12:16, 20 iyul 2024 (UTC)
Bu başlıq Vikipediya:Şablon müzakirələri səhifəsinə köçürülüb.
Salam. Sizləri Ana səhifə ilə bağlı bu müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Gadirmüzakirə 09:35, 22 iyul 2024 (UTC)
Salam. Son vaxtlar (elə əvvələr də) bu istiqamətdə fəaliyyətlər müşahidə edirəm, aktivlik çox aşağı olduğu üçün gözdən qaçdığı hallar olur, təkcə son vaxtlar hardasa on-onbeş məqalə aşkarlayıb silmişəm, baxmışam ki, öncədən də dəfələrlə yaradılıb və siliniblər, mühafizəyə almışam məcbur. Bu istiqamətdə təklifləriniz nədir? Mən düşünürəm ki, teq yarada bilsək, bu səhifələri izləmə şansımız daha rahat olar, normal səhifə 1 ay sonra patrullanıb gözdən itir yoxsa. Hansı ki, birimizin qarşısınıza təkrar çıxana qədər. Düzdü, həmin başlıqlarda eyniadlı başqa məqalələr də yaradıla bilər, amma ehtimal azdır, yoxlayıb elə tədbir görərik. Bir də əsas adı mühafizə edəndə başqa üsullarla (məsələn, soyadın ilk hərfini kiçiklə vermə kimi) yaradılmağa çalışır, nə edə bilərik? Buna görə mühafizə də çıxış yolu deyil. Hörmətlə, Gadirmüzakirə 14:43, 22 iyul 2024 (UTC)
Bu başlıq Vikipediya:Şikayət#İstifadəçi Kholat Syakhlın qərəzli mövqeyi səhifəsinə köçürülüb.
Salamlar, mənim bir sualım var. Məqalə yazılıb bütün istinadlar və.s hər şey qaydalara uyğundur lakin məqaləyə qaralamaya düşür. Həmin məqaləni qaralamadan çıxartmaq üçün nə etmək lazımdır? Kromvell 1968 (müzakirə) 17:57, 24 iyul 2024 (UTC)
Müzakirəyə ehtiyac varmı bilmirəm, amma təklifim odur ki, lakonik formada dəyişdirilsin. Hörmətlə, Gadirmüzakirə 15:28, 22 iyul 2024 (UTC)
Salam. Məlum olduğu kimi Azərbaycanca Vikipediyanın Ana səhifəsinin "yetim qalmış" bölmələrindən biri Bilirsinizmi bölməsidir. Bu bölməyə hər həftə ən az 5 maraqlı fakt əlavə olunmalı olduğu halda bölməyə maraq azdır. Demək olar ki, məndən və bəzən Gadir-dən başqa heç kim bu bölməyə maraqlı fakt təqdim etməyə elə də maraqlı deyil. Ona görə də həm istifadəçiləri həvəsləndirmək, həm faktların təqdim olunmasını sistemləşdirmək üçün Bilirsinizmi namizədləri səhifəsini yaratmışam, EnViki və TrViki əsasında bəzi kriteriyalar müəyyənləşdirmişəm. İstifadəçiləri həvəsləndirmək üçün medallar nəzərdə tutulub, istifadəçi qutuları da yaradılıb. İstifadəçiləri Bilirsinizmi namizədləri səhifəsinə daxil olaraq yaratdıqları məqalələrdən və ya başqa bir məqalədən maraqlı faktlar təqdim etməyə dəvət edirəm.
Bundan əlavə, Bilirsinizmi bölməsi ilə bağlı iki təklifim var:
Hərkəsə salam. Bu yaxınlarda MediaWiki proqram təminatına yeni funksiya, mühafizə edilmiş səhifələrdə avtomatik kilid işarəsinin göstərilməsi əlavə olunub. İşləmə prinsipi envikidəki en:Template:Pp-vandalism şablonları ilə eynidir, sadəcə bunda şablonu əlavə edib silməyə ehtiyac qalmır. Defolt olaraq buradakı cdxIconLock işarəsi əlavə olunur, ancaq bizə özəl svg faylları hazırlanarsa bunu lokal olaraq dəyişdirə bilərik. Ətraflı: mw:User:Sohom Datta/protection indicators.
Təklifim odur ki, bu funksiyanı azvikidə aktivləşdirək (beləliklə bunu aktivləşdirən ilk viki azviki olacaq). Bizdə tez-tez şablonlar əlavə edildiyini görürəm, bəzən əlavə etmək və silmək yaddan çıxır. Artıq ehtiyac qalmayacaq. Nemoralis (müzakirə) 19:52, 24 iyul 2024 (UTC)
Kilid işarəsi envikidə var axı çoxdan. Bir də şablonların əlavə edilib çıxarılmasını necə edəcəyik. --Araz Yaquboglu (müzakirə) 03:32, 26 iyul 2024 (UTC)
Salam dəyərli yoldaşlar. Vikipediyada inzibatçılıq statusundan imtina etməklə bağlı metaya müraciət etmişəm. Şəxsi işlərimlə bağlı Vikipediyaya vaxt ayıra bilmirəm və qarşıdakı uzun müddətdə də ayıra bilməyəcəyimi müəyyənləşdirəndən sonra bu addımı atdım. Vikipediyadan tam uzaqlaşmıram, sadəcə əlavə məsuliyyət daşımaq istəmirəm. İnzibatçı heyətində son 1 ildə kifayət qədər dəyişiklik olunub. Ümumiyyətlə, bu statusu ömürlük daşımaq mümkün deyil. Zaman olsa, gələcəkdə təkrar bu statusu əldə etmək üçün müraciət edə bilərəm. Hər birinizə uğurlar arzulayıram. Eminn (müzakirə) 07:17, 29 iyul 2024 (UTC)
Dear all,
I am writing to you to let you know the voting period for the Universal Code of Conduct Coordinating Committee (U4C) is open now through August 10, 2024. Read the information on the voting page on Meta-wiki to learn more about voting and voter eligibility.
The Universal Code of Conduct Coordinating Committee (U4C) is a global group dedicated to providing an equitable and consistent implementation of the UCoC. Community members were invited to submit their applications for the U4C. For more information and the responsibilities of the U4C, please review the U4C Charter.
Please share this message with members of your community so they can participate as well.
In cooperation with the U4C,
Hərkəsə salam. Məncə özüm də daxil olmaqla çox istifadəçi azvikidə avtotəsdiqlənmiş hüququ almaq üçün tələblərin 4 gün və 10 redaktə olduğunu düşünürdü. Amma bu belə deyilmiş. Defolt rəqəm 0-dır və bəzi vikilər bunu özləri üçün artırıb. Təklif edirəm ki, biz də bu rəqəmi artırıb 10 edək. Sadəcə hesab açıb heç nə etməyən bir istifadəçiyə avtotəsdiqlənmiş verilməsi doğru deyil. Nemoralis (müzakirə) 08:51, 28 iyul 2024 (UTC)
Yekunlaşdırma: tələbi artıq 10-dur. Nemoralis (müzakirə) 20:12, 12 avqust 2024 (UTC)
Bu başlıq Müzakirə:Azərbaycan uzunömürlülərinin siyahısı#100+ səhifəsindən köçürülüb.
Salam Həmkarlar. Bu ilki məlumata görə yaşı 100-dən çox olan 270 nəfər var.(Yaşı 100dən çox olub təqaüd almayan adam olmaz da yəqin) İndi yaşı 100-dən çox olan şəxsləri uzunömürlü kimi ensiklopedik qəbul edirikmi, ayrıca məqalə olaraq ya siyahı şəklində? @White Demon, @Sura Shukurlu, @En Merker, @Dr.Wiki54 və digərləri. — Bikar müzakirə 12:18, 30 iyul 2024 (UTC)
Salam. Kimsə bu mövzuda kömək edə bilər? Bu şablona və yönləndirməsinə olan keçidləri səhifələrdən təmizləmək lazımdır. Şablonu bu müzakirəni də nəzərə almaqla sildim, həm də silmə səbəbində də qeyd etdiyim kimi, digər məqalələrdə düzəlişlər zamanı şablondan olan keçidlərə görə problemlər çıxır, səhv yönləndirir, digər əllə daxil edilmiş keçidləri təmizləmək çətinləşir, şablondan adı silsən də keçidlərin təmizləndiyi bir müddət sonra görünür. Kim kömək edə bilər? Hörmətlə, Gadirmüzakirə 17:02, 30 iyul 2024 (UTC)
Salam. Təklif edirəm ki, {{Vəzifəli şəxs}} şablonundan bayraq parametrlərini çıxaraq və məqalələrdən bunu təmizləyək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 07:42, 24 iyul 2024 (UTC)
Vikipediyada "Vəzifəli şəxs" şablonunda bayraqların saxlanılması vacibdir, çünki onlar məlumatın vizual təmsilini zənginləşdirir və oxucuların həmin şəxsin mənsub olduğu ölkəni dərhal tanımasına kömək edir. Bayraqlar coğrafi və milli konteksti vurğulayır, bu da xüsusilə dövlət adamları, diplomatlar və beynəlxalq səviyyədə tanınmış şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Bayraqların olması məqalələri daha informativ və istifadəçi dostu edir. Bununla yanaşı, oxucuların Vikipediyadan əldə etmək istədiyi məlumatları tez və effektiv şəkildə almasını təmin edir. Bayraqların çıxarılması oxucu təcrübəsini zənginləşdirən vizual elementləri azaltmaq deməkdir, bu isə məncə, məqbul deyil. --A.Aida88 (müzakirə) 08:35, 3 sentyabr 2024 (UTC)
Salam hərkəsə. Azviki üçün önəmli olan siyasətlərdən biri olan Vikipediya:Kuklalar siyasətini tam hazırlamışam. Qəbul səsverməsindən öncə həmişə etdiyim kimi burada müzakirəyə çıxarıram. Düzəlişləri burada müzakirə edə bilərik. Nemoralis (müzakirə) 22:29, 25 iyul 2024 (UTC)