![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam. Tez-tez kiçik sualları buraya daşıdığımın fərqindəyəm, amma ən aktiv bölmə buradır və bəzi qaranlıq məqamları dəqiqləşdirmək istəyirəm. Birinci sualım inzibati vahidlərlə bağlıdır. Nümunə üçün, hansı variant daha doğrudur: Beca vilayəti, yoxsa Beca (vilayət)?. Azvikidəki inzibati vahidlərin böyük əksəriyyəti nümunədəki kimi, yəni 1. variantdadır. Çox az qismi isə ruvikiyə uyğun olaraq 2. variantla verilib.(Ardenlər (departament)) İkisindən biri seçilsə və gələcək məqalələr də hamısı eyni standartla yaradılsa daha yaxşı olar.
kodundan istifadə etməyi dəstəkləyən bir şəxsə durub burada "tənbəl" deyirsən. --► Hörmətlə: SolaVirum 13:25, 5 avqust 2020 (UTC)
Fransanın
variantları doğrudur. Vilayət məsələsində onu deyim ki, bu, Azərbaycan ensiklopediya üslubudur, hansı ki, ruscadan götürülüb.
məsələsində isə fikrim belədir: Azərbaycan dilinin qrammatikası ingilis dilinin qrammatikasından fərqlidir. Apostrof yoxdur və şəkilçilər doludur. Belə halda envikidəki kimi linkləri rahatlıqla sözün kökünə sala bilmirik. Bəli, mən linkləri keçid verilən məqalənin başlığına uyğun yerləşdirməyi daha üstün tuturam, elə daha məqsədəuyğundur. Təbii ki, buna icma da rəy bildirməlidir. Həmçinin, AWB ilə konsensus olmadan siz dediyiniz kimi, "fikir ayrılığı" olan mövzularda kütləvi dəyişikliklər etməz olmaz. --► Hörmətlə: SolaVirum 13:29, 5 avqust 2020 (UTC)
Bu etdikləriniz özü Nəzakət qaydalarının 1-ci, 4-cü, 7-ci, 8-ci və 15-ci bəndlərini pozur ki, siz bunu dalbadal iki dəfə etmisiniz. --► Hörmətlə: SolaVirum 16:11, 8 avqust 2020 (UTC)
The FileExporter and FileImporter will become a default features on all wikis until August 7, 2020. They are planned to help you to move files from your local wiki to Wikimedia Commons easier while keeping all original file information (Description, Source, Date, Author, View History) intact. Additionally, the move is documented in the files view history. How does it work?
Step 1: If you are an auto-confirmed user, you will see a link "Move file to Wikimedia Commons" on the local file page.
Step 2: When you click on this link, the FileImporter checks if the file can in fact be moved to Wikimedia Commons. These checks are performed based on the wiki's configuration file which is created and maintained by each local wiki community.
Step 3: If the file is compatible with Wikimedia Commons, you will be taken to an import page, at which you can update or add information regarding the file, such as the description. You can also add the 'Now Commons' template to the file on the local wiki by clicking the corresponding check box in the import form. Admins can delete the file from the local wiki by enabling the corresponding checkbox. By clicking on the 'Import' button at the end of the page, the file is imported to Wikimedia Commons.
If you want to know more about the FileImporter extension or the Technical Wishes Project, follow the links. --For the Technical Wishes Team:Hörmətli vikipediya istifadəçiləri və idarəçilər, təklif edirəm ki, yeni sistemə keçirilmiş laboratriyanın məqalə namizədləri bölməsində məqalənin qiymətləndirməyə təqdim olunma meyarlarını yoxlayarkən, əgər məqalə qrammatik normalar baxımından problemlidirsə, məqaləni nəzərdən keçirən idarəçi mütləq olaraq onda hansı qrammatik səhvlərin olduğunu qeyd etsin.-- Şöhrət✉ 06:16, 8 avqust 2020 (UTC)
Hər kəsə salam, son aylar mövzulu ay çox zəif keçir və çox az sayda məqalə yaradılır. Buna görə də düşünürəm ki, növbəti aylar üçün mövzunu birlikdə seçək ki, hər kəsə maraqlı mövzu olsun. Lütfən hansı mövzuda məqalələr yaratmaq istəyirsinizsə qeyd edin və biz də növbəti aylarda həmin mövzuları seçək. Bu arada Geyim ayı üçün fountain alətin müsabiqənin səhifəsinə əlavə olundu artıq. Gecikdiyi üçün üzr istəyirik. Hörmətlə — eldarado ✉ 08:30, 14 avqust 2020 (UTC)
Hərkəsə salam. Soruşduğum sual şəxslə başlıdır. Yəni məqaləsini hazırlamağa hazırlaşdığım şəxs Respublikanın əməkdar müəlimidir. Qadındır, təzəlikcə rəhmətə gedib. 25 il Bakı şəhərində elə bir məktəbin direktoru olub. Nüfuzlu pedaqoq-idarəçilərdən idi. Uzun müddət Təhsil Nazirliyi Pedaqoji şurasının üzvü olub. Ümumilikdə 50 ilə yaxın pedaqoji təcrübəsi vardır. Rəhbərlik etdiyi məktəb Bakı şəhərində sayılıb-seçilən məktəblərdən olub. Hər il məktəbi bitirənlərin ən azı 80% Ali məktəblərə qəbul olunublar. Sualım isə ondan ibarətdir ki, bu şəxs ensiklopedik sayıla bilər? Yəni şəxsin məqaləsi Vikipediyada yaradıla bilərmi. — Rövşən İşık (müzakirə) 11:15, 14 avqust 2020 (UTC)
Salam. Digər vikilərdə da belə bir şablon var:{{Kömək edin}}. Bu şablonun vəzifəsi ondan ibarətdir ki, sualı olan istifadəçi (xüsusilə yeni istifadəçilər) bu şablonu öz müzakirə səhifələrinə qoyaraq ardınca suallarını yazırlar. Bu şablon qoyulmuş səhifə avtomatik olaraq Vikipediya:Kömək istəyənlər (hələlik belə adlandırdım) kateqoriyasına əlavə olunur və həmin kateqoriyanı yoxlayan təcrübəli istifadəçilər/idarəçilər sualı cavablandırır və ya problemi həll edir və müəyyən dəyişikliyi etməklə səhifəni kateqoriyadan çıxarır. Bu bir çox viki təcrübədə var və aktiv istifadə olunur. Təklifim ondan ibarətdir ki, bu şablon haqqında {{xg}} şablonunda yerləşdirilsin ki, yeni istifadəçilərin bundan xəbəri olsun. Ruvikidə də belədir. Şablonu ruvikidəki versiyaya əsasən hazırladım, çünki daha yığcam və vizual olaraq əlverişlidir. Rus dilini bilmədiyim üçün şablondakı bəzi mətnləri tərcümə edə bilmədim. Həmin bölmələrdə kömək etsəniz sevinərəm. Hörmətlə: Sofy ₪ 12:59, 15 avqust 2020 (UTC)
Salam. Vikipediyanın qəbul olunmamış qaydalarının siyahısı. Nə məsləhət görürsünüz? →Vago ms 10:55, 3 avqust 2020 (UTC)
Səsvermə 10 avqust — 25 avqust 2020-ci il tarixləri arasında keçirilir.
Yekun nəticə:
Qəbul edildi— Turkmen müzakirə 22:49, 24 avqust 2020 (UTC)
Y Səsvermənin nəticələri hesablanmış və "Vandalizm" qaydaları rəsmi olaraq qəbul edilmişdir.— Turkmen müzakirə 22:51, 24 avqust 2020 (UTC)
Salam! Trwiki Azərbaycanda çox istifadə olunan wikilərdəndir. Bizdə türk məqalələri az, dolğun olmadığı üçün, türkcə bilənlərin sayı da çox olduğu üçün trwiki-dən çox istifadə olunur.Bir başqa səbəb də azwiki-dəki tərcümə (google translate-i aid etmirəm) problemləridir. Rəsmi mənbələrdə olduğu kimi adları qəribə də olsa türkcədən türkcəyə tərcümə edirik. Məsələn: Rəcəb Tayyib Ərdoğan. Amma yer və digər xüsusi adlarda istifadə etmirik. Məsələn Bolqarıstanda olan Qırcaəli bölgəsinin adını özümüzünküləşdirmişik, amma Türkiyədəki Kocaeli original versiyasında qalıb. Başqa bir misal Gönülçelen (teleserial, 2010) adı necə var elə qalıb. Təklif edirəm ki, ya bir mənalı olaraq Türkcədən Türkcəyə tərcümə olmasın (ehtiyac görülmür çünkü), ya da tərcümə vacibdirsə istisnasız olsun. Hörmətlə Dr.Wiki54 (müzakirə) 20:15, 17 avqust 2020 (UTC)
Hər kəsə salam.Demək olarki çox adama qaranlıq qalan məsələ ilə bağlı buraya yazmaq istədim.Hər vikidə ayrı-ayrı yazılır;Bəziləri Qüds, bəziləri Yerusəlim bəziləri isə Beytülmüqəddəs deyə.Müzkirənin arxivini oxuduqdan sonra başa düşdüm ki bəzi istifadəçilər də mənim kimi bu işdə qərarı verməyə çətinlik çəkirlər.İsrail siyasətçiləri və partiyaları ilə bağlı məqalələri tez-tez yaratdığım üçün tez-tez məndə bu işdə çətinlik çəkirəm.Söyləmək istədiyim məqalə adı standart olaraq necə olmalıdır:Yerusəlim ya Qüds?Qeyd edimki şəhərin gerbində də Yerusəlim olaraq qeyd edilib:יְרוּשָׁלַיִם--İruşlim --Advellerd 08:47, 5 avqust 2020 (UTC)
Salam hər kəsə. Bir neçə qaydamızda olsa da hazırda nə səsvermələrdə, nə də müzakirələrdə 10 nəfər iştirak etmir. Bu isə işlərin uzanmasına, yavaşlamasına, ya da baş tutmamasına gətirib çıxarır. Təklifim budur ki, 10 nəfər məsələsini ya ümumi çıxaraq, ya da sayı aşağı endirək. Hörmətlə,— Turkmen müzakirə 18:21, 17 avqust 2020 (UTC)
Y Vikipediya:Səsvermə/Seçilmiş siyahı, seçilmiş məqalə və yaxşı məqalə namizədlərində və qaydaların qəbulu üçün səsvermələrdə 10 nəfər həddinin götürülməsi— Turkmen müzakirə 17:55, 25 avqust 2020 (UTC)
Salam hər kəsə! Zəhmət olmazsa, başlıqda qeyd olunan qayda üçün keçirilən SƏSVERMƏdə iştirak edin. --► Hörmətlə: SolaVirum 02:30, 19 avqust 2020 (UTC)
Səsvermə 19 avqust — 3 sentyabr 2020-ci il tarixləri arasında keçirilir.
Qaydanın adı çox uzundu. "Məzmun məsuliyyətindən imtina" niyə olmaz ki?— 127-ci yapon imperatoru 06:45, 23 avqust 2020 (UTC)
Yekun nəticə:
Qəbul edildi — Turkmen müzakirə 23:49, 3 sentyabr 2020 (UTC)
Salam. Bildiyiniz kimi ümumi pəncərənin yuxarı sağ küncündə müəyyən panel var ki, orada istifadəçi fəaliyyətini göstərən keçid verilib. Həmin yazı hesapa daxil olmazdan əvvəl "fəaliyyətim" kimi görünsə də, hesapa daxil olduqdan sonra "fəaliyyətlərim" kimi görünür. Təklif edirəm ki, həmin yazılar eyniləşdirilsin və vahid şəkildə "fəaliyyətim" olaraq qeyd edilsin. Çünki cəm halında işlənməsinin heç bir mənası yoxdur. Onu da qeyd edim ki, vikipediyanın digər dil versiyalarına da ([1], [2], [3]) daxil olduqda həmin paneldəki yazı "fəaliyyətim" olaraq görünür. Bu mövzu müzakirə olunub müvafiq dəyişiklik olunsa faydalı olar. — Sofy ₪ 13:21, 20 avqust 2020 (UTC)
Salam hamıya. Mən artıq neçə dəfə görürəm ki, {{DVTY}} şablonu məlumatı düz göstərmir. Məsələn, kimsə Bakıda doğulub, amma məqalədə yazılıb ki, Mingəçevirdə doğulub. Şablon qutusunda bir məlumat, məqalədə digər. Oxucu belə dəqiqsizlikdə çaşır. Bundan əlavə şablon ölkə barədə məlumat göstərmir. Xahiş edirəm hamı fikir bildirsin— Azerifactory (müzakirə) 16:53, 25 avqust 2020 (UTC)
Read this message in another language • Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin
The Wikimedia Foundation will be testing its secondary data centre. This will make sure that Wikipedia and the other Wikimedia wikis can stay online even after a disaster. To make sure everything is working, the Wikimedia Technology department needs to do a planned test. This test will show if they can reliably switch from one data centre to the other. It requires many teams to prepare for the test and to be available to fix any unexpected problems.
They will switch all traffic to the secondary data centre on Tuesday, September 1st 2020.
Unfortunately, because of some limitations in MediaWiki, all editing must stop while the switch is made. We apologize for this disruption, and we are working to minimize it in the future.
You will be able to read, but not edit, all wikis for a short period of time.
Other effects:
This project may be postponed if necessary. You can read the schedule at wikitech.wikimedia.org. Any changes will be announced in the schedule. There will be more notifications about this. Please share this information with your community.
Salam. Üç dəfə geri qaytarmaq qaydasının, həmçinin bu qaydaya uyğun olaraq qayda pozanlara {{3GQ}} şablonu ilə xəbərdarlığın edilməsi ilə əlaqədar müzakirə aparılaraq, qaydanın qəbul olunmasına dair səsvermənin keçirilməsini təklif edirəm. Münasibət bildirənlərə öncədən təşəkkür edirəm. Hörmətlə, →Vago ms 21:56, 12 avqust 2020 (UTC)
Salam. MediaWiki:Edittools səhifəsində şablonları iki qrupa ayırdım: "Müzakirə və məzmun şablonları" və "Bildiriş şablonları". Həmçinin "Doğum/vəfat tarixi və yaşı" şablonlarını tez-tez istifadə olunmadığına görə o siyahıdan çıxardım.— Eminn ismarıc 11:41, 30 avqust 2020 (UTC)
Salam, mən bəzi "Nəzər nöqtəsi" və s. tanınmış televerilişlər haqqında məqalələr hazırlamaq istəyirəm. Hansı "iconic" verilişlər haqqında məqalə yaratmaq olar?
— Azerifactory (müzakirə) 22:21, 30 avqust 2020 (UTC)
Salam həmkarlar. Robert Eggers adı dilimizə necə transliterasiya olunur? Bilirik ki, Qərb mənşəli adlarda incə saitlərdən əvvəl "q" səsi verən hərf gəlirsə, "g" kimi yazılır. Bu qayda sadəcə bir hərfə şamil olunduğundan, blogger sözü dilimizə bloger kimi keçib. Bəs bu adı necə edək? "Eggers" və "Eqqers" düzgün variantlar olmadıqlarından əlimizdə sadəcə "Egers" və "Eqgers" qalır. --► Hörmətlə: SolaVirum 01:16, 31 avqust 2020 (UTC)