![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Salam. Gəncə şəhərinin ləğv olunmuş qəsəbələrinin həqiqətən də mövcud olub-olmadığı ilə bağlı şübhələrim var. Poçt qəsəbəsi, Avtozavod qəsəbəsi, Bağbanlar (Gəncə) adlı qəsəbələr ümumiyyətlə mövcud olub? Sevinc qəsəbəsi ləğv olunub, yoxsa adı dəyişdirilərək Məhsəti qəsəbəsi adlandırılıb? Yeni Gəncə qəsəbəsi, Gülüstan qəsəbəsi, Qırmızıkənd qəsəbəsi üçün də bu suallarım keçərlidir. Ad dəyişdirilibsə və ya ləğv olunubsa bu qərarların linki hanı? Bu problem həll olunduqdan sonra Sumqayıt yaşayış massivləri üçün də bir başlıq açacağam.—gabbani ∆ mesaj 18:17, 1 may 2022 (UTC)
Salam. İdarəçi Toghrul R, istinadlı və ensiklopedik olan məqalələri silib: Ələkbər Yasamal, Mirsadıq Maştağalı, Vahid Qədim və İntiqam Rüstəmov. Halbuki məqalələr nə köhnə idi, nə qaralama formasında idi. Bundan başqa, mən bilmirdim Vikidə artıq ensiklopedik məqalələr müzakirəsiz silinir? Niyə AMEA-nın tanınmış olmayan şəxslərinə aid 2000 məqalə var amma Azərbaycanda hamının tanındığı meyxanaçılara aid məqalə yoxdur?
Keçən dəfə məsələn Eminn Uma Turmana aid məqaləni silmişdi. Bunu başa düşə bilərəm, məqalə uzun müddət (5-10 il olar) bərbad gündə idi. Amma ensiklopedik məqalələrin kütləvi halda və müzakirəsiz silinməsi və qeyri-ensiklopedik olmayan AMEA-da bəzi şəxslərin Vikidə olması və Vikipediya:Yaxşı məqalə namizədləri kimi səhifənin aylarla başsız qalması çox üzücü haldır.
Xahiş edirəm digər idarəçilər fikirlərini bildirsin. Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Nicat49, Qolcomaq, Solavirum, Sortilegus, Sura Shukurlu, Turkmen, Wertuose, White Demon. — Azerifactory (müzakirə) 13:47, 2 may 2022 (UTC)
Hörmətli Azerifactory, sizinlə ikinci tənqidiniz barədə razıyam, amma məqalələrin silinməsinə gəldikdə onu qeyd etmək istərdim ki, mövzunun ensiklopedikliyi onun məzmunu ilə ölçülür: ensiklopediklik Vikipediyaya yerləşdirilən məlumatların əhəmiyyətindən asılıdır. İndi gəlin, məqalələrin məzmunlarını nəzərdən keçirək:
Ələkbər Yasamal barədə məqaləsində 2 cümlə var. Birinin istinadı var, digərinin yox. Mirsadıq Maştağalı məqaləsində də 2 cümlə var, o da ölümü ilə bağlı. Başqa heç nə yoxdur. Vahid Qədim məqaləsi 2 cümlədən ibarətdir və biri dələduzluq etməsi ilə bağlı iddiadır, digəri isə Rusiya köçməsi ilə bağlı 3 söz. İntiqam Rüstəmov məqaləsi isə bir cümlədən ibarətdir. Mən sadəcə olaraq VP:SSK tələblərini tətbiq etmişəm. Meyxana kateqoriyası yox, digərlərində də buna uyğun olaraq məqalələr silinir. — Toghrul R (m) 18:05, 2 may 2022 (UTC)
salam, necə səhifə adı dəyişmək səlahiyyətini ala bilərəm Omarwithaschwa (müzakirə) 17:03, 2 may 2022 (UTC)
Read this in another language • Subscription list for this multilingual newsletter
The New topic tool helps editors create new ==Sections== on discussion pages. New editors are more successful with this new tool. You can read the report. Soon, the Editing team will offer this to all editors at the 20 Wikipedias that participated in the test. You will be able to turn it off at Special:Preferences#mw-prefsection-editing-discussion.
Salam. Düşünürəm ki, digər vikilərdə də olduğu kimi "Rəsulzadə", "Xoyski", "Şıxlinski" və s. kimi adlar ən əhəmiyyətli əsas məqalələrə istiqamətləndirilməlidir. Eyni adı ehtiva edən (əsas məqalələrə nisbətən daha az əhəmiyyət daşıyan) digər məqalələr də müvafiq dəqiqləşdirmə səhifələrində verilməlidir. Eyni ilə də "Ərdoğan", "Çörçill", "Trotski" və s. kimi. Nə düşünürsünüz? Fikirləriniz maraqlıdır. Lavici mesaj? 19:24, 2 may 2022 (UTC)
Artıq məlum məsələdir ki, Azərbaycanca Vikipediyanın Məqalə namizədləri bölməsi ilə bağlı bir çox istifadəçi şikayət bildirir. Bu istifadəçilərin narazıçılığı ondan ibarətdir ki, idarəçilər Məqalə namizədləri bölməsinə nəzarət etmirlər və məqalələr aylarla orda qiymətləndirilməmiş qalır. Xüsusilə, Azerifactory, Dr.Wiki54, Solavirum, Rəcəb Həsənbəyov bundan tez-tez şikayətlənən istifadəçilərdir.
Əslində bu bölmə ilə bağlı şikayətlər Laboratoriyanın 2020-ci ilin aprelində ləğv olunmasından bəri mövcuddur. Çünki yeni sistem məqalələrin artıq daha diqqətli analiz və qiymətləndirilməsini tələb edir. Bunun üçünsə 20-30 dəqiqə vaxt ayırmalısan. Məqaləni diqqətlə oxuyub çatışmazlıqları və səhvləri tapmalısan, təklif və iradlarını bildirməlisən. Bəzən isə anlayışının zəif olduğu mövzudakı məqalə qabağına çıxır və məqalədə hansı məzmunun çatışmadığını anlamaqda çətinlik çəkirsən.
2020-ci ilin aprelindəki həmin səsvermədə aparılmış müzakirədən sonra istifadəçilər artıq həmin bölmənin idarəçilər tərəfindən nəzarət olunmasını gözləməli olurlar. Mənsə bununla razı deyiləm. Mən həmişə demişəm və deyirəm ki, idarəçilik istifadəçiyə verilən əlavə funksiyalardan ibarətdir və idarəçilərə əlavə səlahiyyətlər yükləmək düzgün deyil. Həmin bölmə könüllü layihə olmalıdır, oturub kimdənsə "gəl məqaləmi təftiş et" deməksə, ümumiyyətlə, düzgün deyil. Elə həmin müzakirədə iştirak edən Baskervill də bənzər fikirlər səsləndirmişdi. Əgər məqalələrin qiymətləndirilməsində iştirak etmək istəyən və bu işdə yaxşı olan, idarəçi olmayan istifadəçilər varsa niyə onların qabağı kəsilməlidir? Adi istifadəçinin məqalə qiymətləndirmək bacarığı ola bilməz, amma idarəçinin həmişə olur? EnVikidə məqalələrin təftiş edilməsi ilə adi istifadəçilər məşğul olur, qiymətləndirir, status verir və heç bir problem yaşamırlar.
Təklifim bundan ibarətdir ki, sadəcə idarəçilər yox, istənilən könüllü istifadəçi məqalələrin qiymətləndirilməsində iştirak edə bilər. Yenə deyirəm, idarəçidən qeyri-ensiklopedik məqalə silməyi, vandalı bloklamağı, müvafiq səhifəni mühafizə etməyi, vacib müzakirələrə fikir bildirməyi tələb etmək lazımdır, çünki idarəçi ona görə idarəçi seçilib, işi budur. Amma idarəçidən hansısa bir Vikipediya layihəsində məcburi şəkildə iştirak etməsi tələb oluna bilməz.— White Demツnyaz 01:32, 3 may 2022 (UTC)
1. Azərbaycanın milli qəhrəmanlarına aid məqalələrdə həmin şəxslərin arxasında çox pis keyfiyyətli Azərbaycan bayrağları var, elə bil paint-də çəkilib. Fikrimcə orijinal fotolar daha yaxşı görünür. Hər bir ölkədə qəhrəman var amma məcburidir bayraq olsun arxa fonda. Buna aid nə düşünürsüz?
2. Türkiyənin bəzi tanınmış şəxsləri, məsələn Seda Sayan Türk dilində yazılıb, digərləri Mahsun Qırmızıgül kimi Azərbaycan dilində. Hansı format daha düzdür? — Azerifactory (müzakirə) 20:42, 3 may 2022 (UTC)
Hörmətli istifadəçilər sizi Burocan və Xeyal bəylərin idarəçilik üçün keçirilən səsvermələrində səs verməyə və fikir bildirməyə dəvət edirəm. -Dr.Wiki54 (müzakirə) 20:59, 3 may 2022 (UTC)
İstifadəçi hüquqları səhifəsinə baxan idarəçi yoxdur Omarwithaschwa (müzakirə) 10:44, 4 may 2022 (UTC)
Hər kəsə salam. Bir dəfə də bu barədə müzakirə açıldı və nəticəsiz qaldı. Bundan əlavə, Solavirum tərəfindən qaydalara edilən əlavələrin qəbulu ilə bağlı səsvermə və müzakirələrə də qatılan olmadı. (1, 2). Düşünürəm ki, bu məsələ bu dəfə həll edilməli və milli qəhrəmanlar və Vətən müharibəsi qəhrəmanları xaric bütün məqalələr başqa bir layihəyə köçürülməli və ya layihə yaradılmalıdır. Zəhmət olmasa, hər kəs müzakirədə iştirak etsin. Lavici mesaj? 03:54, 5 may 2022 (UTC)
Salam. Mən məqalələrin silinməsinin əleyhinəyəm. Ümumiyyətlə, bu məqalələrin mövcudluğu hansısa yeri dar etmir. Qalması tərəfdarıyam. İstər I istərsə də II Qarabağ Müharibələri ilə bağlı. — NKO zi 06:25, 5 may 2022 (UTC)
Salam Hörmətli addəyişdiricilər A.Aida88, Atakhanli, Cavadxan1804, Dr.Wiki54, Elonizm, Hüseynzadə, Lavici, Musa Səmədov, Omarwithaschwa, Onyeddi, Samral, Wikipediya M. Səhifə ad dəyişdirməsi üçün başqa istifadəçilər sizə müzakirə səhifənizdə müraciət edərkən Addəyişdiricilərə müraciət səhifəsinə yönləndirməyinizi xahiş edirəm. Səhifə 1 aydan çoxdur ki, yaradılıb amma yenə də müzakirə səhifəsində müraciət edilir. Belə olduğu halda səhifədə hər bir istifadəçinin qaydalara əməl etməyinə kömək etmiş olarıq. — Xeyal (müzakirə) 18:02, 7 may 2022 (UTC)
Salam, hörmətli idarəçilər Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, Solavirum, Sura Shukurlu. Zəhmət olmasa Napoleon Bonapart səhifəsinə naməlum istifadəçilər tərəfindən olan çoxsaylı vandalizm hücumlarının qarşısını almaq üçün səhifəni mühafizəyə alasınız--Wikipediya M (müzakirə) 19:12, 7 may 2022 (UTC)
Salam, qaralama ad fəzası yaradılan zamanlar aktiv olmadığım üçün məlumatım yoxdur kifayət qədər. Yaratdığımız Qaralamanı hansısa idarəçi yoxlayıb paylaşır, yoxsa mənbə kodlarını alıb özüm açıram? Qaralama:Saybu Swag Santorica 22:23, 7 may 2022 (UTC)
The Board of Trustees seeks candidates for the 2022 Board of Trustees election. Read more on Meta-wiki.
The 2022 Board of Trustees election is here! Please consider submitting your candidacy to serve on the Board of Trustees.
The Wikimedia Foundation Board of Trustees oversees the Wikimedia Foundation's operations. Community-and-affiliate selected trustees and Board-appointed trustees make up the Board of Trustees. Each trustee serves a three year term. The Wikimedia community has the opportunity to vote for community-and-affiliate selected trustees.
The Wikimedia community will vote to fill two seats on the Board in 2022. This is an opportunity to improve the representation, diversity, and expertise of the Board as a team.
Thank you for your support,
Movement Strategy and Governance on behalf of the Elections Committee and the Board of Trustees
10:39, 10 may 2022 (UTC)
Salam, hər vaxtınız xeyir. Surxay Cəfərov (şəhid) adlı məqaləm sürətli silmə kriteriyalarına görə silinə bilər. Sözü gedən məqalə şəhid məqaləsidir, ensiklopedik məqalədir və düşünürəm ki, bu məqalənin silinməsi düzgün deyil. Əgər məqalənin hansısa hissəsində səhvlik varsa və buna görə silinirsə mən onu yenidən tənzimləyə bilərəm. Yekun olaraq məqalənin silinməməsini xahiş edirəm. Öncədən təşəkkürlər! — Bu imzasız yazı Mammadly (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam. Eminn bəyin təklifi ilə "İdarəçi" adının "İnzibatçı" adı ilə dəyişdirilməsini təklif edirəm. "İdarəçi" status adı olsa da, "İnzibatçı" statusdan əlavə məsuliyyət sahibliyini göstərən, heç bir üstünlük əlaməti daşımayan addır. İndiki "idarəçilər" bizi idarə etmir, inzibati işləri həll edir. Ona görə də, addəyişmə lazımdır. Həm yanlış anlaşılmaların qarşısı alınar, həm də daha anlaşıqlı olar.
Türk vikipediyasında idarəçilərə "hizmetli" (xidmətçi) deyirlər. Lüğətdə də "hizmetli" sözünün mənası: resmi yerlerde odacılık, kapıcılık gibi işlerde kullanılan kimse :) — Sortilegus (müzakirə) 18:56, 8 may 2022 (UTC)
Владимир Бурым adlı istifadəçi KamAZ-43255 kimi KamAz haqqında bircümləlik məqalələr yaradır kütləvi şəkildə. Məqalələri məzmunsuz hesab edirəm deyə silmək istəyirəm, nə düşünürsüz?— White Demツnyaz 13:47, 11 may 2022 (UTC)
Son zaman Azvikidə çoxlu ingilis adlı məqalələr peyda olub. 5 il əvvəl gündə gözümə 2-3 belə məqalə dəyirdisə, indi 20-30 olub. Məsələn, ingiliscə Paul - Pol getməlidir.— Azerifactory (müzakirə) 23:55, 17 may 2022 (UTC)
Salam. Təklif edirəm ki, digər vikilərdə də olduğu kimi, səhifələrin (əsasən də məqalələrin) müzakirə səhifələrini bəri başdan əllə yaradaq. Hətta bu istiqamətdə fəaliyyət göstərən bot belə mövcuddur digər vikilərdə. Yəni, bunun bizə heç bir problemi də olmayacaq. Düşündüm ki, konsensus lazımdır. Mövqeyinizi bildirə bilərsiniz. Lavici mesaj? 20:42, 24 may 2022 (UTC)
Yekunlaşdırma: N İrəli sürülən təklif qəbul edilmədi. Lavici mesaj? 18:39, 31 may 2022 (UTC)
Salam. Bu kateqoriya çaşqınlıq yaradır. Məncə, bunun alt kateqoriyası olacaq 2 kateqoriya yaratmaq və məqalələri də müvafiq kateqoriyalara əlavə etmək lazımdır. "Hazırda həbsdə olanlar" və "Həbs cəzası çəkmiş olanlar" şəklində. Lavici mesaj? 20:16, 27 may 2022 (UTC)
salam, artıq bir neçə dəfədir ki, qabağıma bəzi məqalələr çıxır, içində vandalizm var və ya yersiz əlavələr edilib. amma üstündən neçə redaktə edilib. o arada qaynayıb gedib. amma patrullanıb. amma bəzən yeni redaktələr də olur ki, baxırsan ki, vandalizmdir amma patrullanıb. redaktənin kim tərəfindən patrullandığına yalnız inzibatçılar baxa bilir? Atakhanli (müzakirə) 12:33, 30 may 2022 (UTC)
Salam hörmətli həmkarlar. Bir müddətdir ki, Məqalə namizədləri səhifəsindəki nəzarətsizlik haqqında narazılıq var idi. Bundan sonra biz də Vikipediya:Yoxlayanlar adlı icazə yaratdıq. Məqalələrin yoxlanılmasına iştirak etmək istəyənlər Vikipediya:Yoxlayıcı namizədlərinə müraciət edə bilərlər.— Turkmen müzakirə 15:42, 31 may 2022 (UTC)
Azvikidə məqalə adını dəyişdirməyimdə məhdudiyyət yaranıb. Bu gün diqqətimi cəlb etdi. Başqa vikilərdə belə bir problemim yoxdur. Bilmək istəyirəm mənə qarşı hansısa məhdudiyyət tətbiq olunub yoxsa ümumiyyətlə bütün Azvikidə belədir? — Thunder Storm (müzakirə) 19:25, 31 may 2022 (UTC)
Hər kəsə salam. Təklif edirəm ki, başı çıxan istifadəçilərdən biri bot yaratsın, bu bot da İran, Rusiya, Ukrayna, Türkiyə və s. kimi ölkələrin kəndləri haqqında məqalələr yaratsın. Bu, Azərbaycanca Vikipediyaya heç bir ziyan vermir (dərinlik söhbəti əslində "fuflo"dur, elə bir şey yoxdur), hətta işi daha da asanlaşdırır. Bu tipli məqalələr əsasən "filan ölkə+filan vilayət+əhalisi" formatında olur deyə bunu quraşdırmaq çətin olmaz deyə düşünürəm, lakin mən proqramçı deyiləm deyə edə bilmirəm. --► Hörmətlə: SolaVirum 15:18, 7 may 2022 (UTC)
Salam. Artıq aylardır ki, viki-cəmiyyət olaraq qəbul etdiyimiz "IP adreslərindən səhifə yaratma hüququnun alınması" və "file mover" hüquqları hələ də vikiyə idxal edilməyib. Bu məsələ ilə bağlı nəsə bir şey etmək mümkündürmü? Lavici mesaj? 05:55, 9 may 2022 (UTC)
salam, bu məqaləyə uzun müddətdir ki, tez-tez müxtəlif ip-lərdən redaktələr olunur. redaktələr də əsasən məqalənin "Sıralama" hissəsindəki cədvəllə bağlı olur. sıralamadakı datalar dəyişdirilir, bəzən artırılır, bəzən azaldılır. mən demək olar ki, həmişə müdaxilə etməməyi seçirdim, çünki məsələ burasındadır ki, bütün bunlar vandalizmdirmi ya doğru məlumatlardırmı bilmirəm. əvvəllər də digər vikilərlə və digər mənbələrlə tutuşdurmuşam. hamısında çox fərqli məlumatlardır. bu da işi daha da çətinləşdirir. mən futbolu sevmirəm, həvəsim yoxdur deyə də bəlkə də ən sadə şeylərdən belə məlumatsızam. ümumiyyətlə bu yöndə istinad edə biləcəyimiz konkret rəsmi bir mənbə varmı? buradakı siyahı nəyə nəzərən tərtib olunur? bu məqalə ilə bağlı fikirləriniz nədir? bütün ip-li redaktələri geri qaytaraq ya nəyə nəzərən patrullayaq? ya belə də davam edəcək? Atakhanli (müzakirə) 23:36, 9 may 2022 (UTC)
Tom və Cerri cizgi filmləri burada sizcə çizgi filmin hər bölümünün vikidə olmasına ehtiyac varmı? hər bölümü ensiklopedikdirmi? məqalələrin əksəriyyəti də qaralama halındadır. ingilis vikisi Tom and Jerry filmography başlığı ilə toplayıb. (bəzi seriyalarda fərqlilik var). sizcə bu adla birləşdirmək daha doğru olmazmı? Atakhanli (müzakirə) 06:20, 13 may 2022 (UTC)
Salam Vikipediyada, vikilərdə məndən az töhfə verən Omarwithaschwa istifadəçisinə səhifə addəyişdiricisi hüququ verilib. Lakin mənə verilməyib. Zəhmət olmasa səhv aradan qaldırılsın. — Bu imzasız yazı EVRRVE. (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Salam hörmətli həmkarlar! Bir mövzuda fikirlər və konsensus önəmlidir deyə düşünürəm. Nümunə üzərindən soruşuram, məsələn: Heydər Əliyev kimi həddən artıq önəmli və geniş fəaliyyətə sahib şəxslərin öz kateqoriyaları da olur Kateqoriya:Heydər Əliyev kimi. Lenin, Stalin, Atatürk, Ərdoğan da bu qəbildəndir. Bir maraqlı nüans var biz həmin şəxslərə aid kateqoriyaları müvafiq məqalələrə əlavə edirik və həddən artıq uzun siyahı alınır, məsələn: Heydər Əliyev məqaləsi. Məntiqən düz olmaz ki, bütün bu kateqoriyaları (Vikidatadan və təltif şablonlarından avtomatik gələnlər istisna) birbaşa şəxs kateqoriyasına əlavə edək və məqaləyə sadəcə əllə şəxs kateqoriyasını əlavə edək? Nə düşünürsünüz? - Dr.Wiki54 (müzakirə) 23:08, 20 may 2022 (UTC)
Eyniadlı kateqoriyaya malik məqalələr daha geniş kateqoriyalarda yerləşdirilə bilər. Məsələn, Fransa məqaləsi həm Kateqoriya:Fransa, həm də Kateqoriya:Qərbi Avropa kateqoriyasındadır, halbuki sonuncu kateqoriya əvvəlki kateqoriyanın ana kateqoriyasıdır. Redaktorlar kateqoriya ağacı üçün ən uyğun seçimi etmək üçün konsensus əldə etməlidirlər. Üç variant var:
- Həm eyniadlı kateqoriyanı, həm də əsas məqaləni ana kateqoriyada saxlayın.
- Sadəcə kiçik məqaləni saxlayın.
- Sadəcə eyniadlı kateqoriyanı saxlayın.
Vikipediya:İnzibatçı hüquqlarının geri alınması haqqında müzakirə |
---|
Salam, hörmətli inzibatçılar: Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Burocan, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, Solavirum, Sura Shukurlu. Həmçinin hörmətli istifadəçilər Azerifactory, Xeyal, Keete 37, Verman1, Samral və digərləri. Söz verdiyim kimi önəmli qaydalar üzərində işləyirəm. Ərsəyə gələn ilk qayda müzakirə mövzusu olan qaydadır, başlanğıc olaraq 5 gün müddətinə müzakirəyə çıxarıram. Əvvəla yeni qaydada şərtlər dəqiqləşdirilib, tam və nisbi fəaliyyətsizlik terminləri daxil edilib. Nisbi fəaliyyətsizlik şərtləri dəyişdirilib, belə ki, 6 ay müddətində 1200 redaktə (aya 200, günə təxmini 6-7 redaktə) və 600 idarəçi hüququ istifadəsi (aya 100, günə isə təxmini 3-4) şərti irəli sürülüb. Əvvəlcədən vurğulamaq istəyirəm ki, müəyyən həddlər olmadığında rahatlıq yaranır bu isə fəaliyyətsizliyə və xaosa səbəb olur. Həmçinin bu qayda qəbul olunduğu təqdirdə bu qayda qüvvəsini itirmiş hesab olunacaq. Fikirləriniz maraqlıdır. Hörmətlə - Dr.Wiki54 (müzakirə) 11:43, 21 may 2022 (UTC)
Salam. Mətnlə tanış oldum. Məncə, son 6 ay ərzində inzibatçı minimum fəaliyyət sayını yerinə yetirməyibsə, birbaşa statusunun alınması əvəzinə namizədliyini səsverməyə çıxarmaq olar. Dr.Wiki54, Bürokratlara müraciət səhifəsində hazırladığınız son hesabata əsasən cəmi 3 idarəçi son altı ayda indi təklif olunan 1200/600 limit şərtini keçib. 6 ay ərzində inzibatçı bu həddə fəaliyyət göstərə bilmirsə, ilk növbədə ondan izahat istəmək olar, növbəti 6 ayda yenidən həmin həddə çatmasa, izahat istəmədən birbaşa təkrar səsvermə başlatmaq olar. Konkret hədlərin olmasını dəstəkləyirəm. Optimal variant tapa bilərik.— Eminn (müzakirə) 12:02, 21 may 2022 (UTC)
Salam. Konkret hədlərin olmasını mən də dəstəkləyirəm, ancaq könüllü əsaslarla fəaliyyət göstərən inzibatçılardan 1200/600 limit şərtini tələb etməyi düzgün hesab etmirəm. Hazırkı 500 redaktə limitinə toxunmamağı, 25 redaktəni isə 200-ə qaldırmağı məqbul hesab etmək olar. 25 redaktəni 600-ə qaldırmağı ümumiyyətlə qeyri-ciddi hesab edirəm. Birbaşa statusunun alınması kimi yeni qaydanı da düzgün hesab etmirəm. İnzibatçı minimum fəaliyyət sayını yerinə yetirməyibsə, o zaman inzibatçıların müzakirəsində əldə olunan razılıq əsasında səsvermə başladıla bilər.— Nicat49 ⋠müzakirə⋡ 12:38, 21 may 2022 (UTC)
İnzibatçı aktivliyinin stimullaşdırılması könüllülük prinsipi ilə müvafiq qayda çərçivəsinin harmoniyası nəticəsində həyat keçirilməlidir. Ona görə də, qaydanın günün tələblərinə uyğun yenilənməsini dəstəkləyirəm. İnzibatçılıq məsuliyyətdir. — Burocan (müzakirə) 15:22, 21 may 2022 (UTC)
Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm 1) Bütün bu müzakirələrə əsas səbəb kimi SNS, BNS, YM/SS/SM namizədlikləri, qiymətləndirmələri və s kimi bölmələrdə idarəçilərin passivliyi qeyd olunur. 7 ildir ki, azvikidə aktiv fəaliyyət göstərirəm, hələ laboratoriya dönəmində də bu bölmələrin "İsveçrə saatı" kimi işlədiyini görməmişəm. Ümumiyyətlə belə hal normaldır və yalnız bizim vikiyə xas əlamət deyil. Məsələn rusca vikidəki müvafiq bölməni çox da dərindən analiz etmədən sadəcə 2 məqaləni burada qeyd edirəm — "Инцидент на юго-востоке Нагорного Карабаха (2019)" və "Гюннутская операция", hər iki məqalə 2019-cu ilin oktyabr ayından silinib-silinməmələrinə dair yekunu gözləyirlər. 2) Rusca vikidə "Фауна СССР (серия марок)" 2020-ci ilin noyabr ayından, "Шихалибеков, Заман бек" məqaləsi isə 2021-ci ilin mart ayından qiymətləndirilməmiş qalır. Bu cür önəmli və geniş vikipediya ilə müqayisədə faktiki biz şükürlüyük. Bütün bunlara rəğmən, heç kim ru vikidə (digər vikilərdə də) könüllü idarəçilərə hər 6 aydan bir filan qədər limit doldurmalısız, yoxsa avtomatik çıxarılacaqsız kimi absurd şərtlər qoymur. Zatən yuxarıda həmkarlarımın da qeyd etdiyi kimi, bu limit olsa belə, yuxarıdakı problemlərin həllinə çarə deyil. 3) Yuxarıda idarəçi həmkarım White Demon-un ingiliscə vikiyə dair göstərdiyi statistika, həmçinin qlobal adminlərdən birinin "bilmirdim ki, sizdə bu qədər aktiv inzibatçı var" deməsi onu göstərir ki, bu müzakirə sadəcə könüllü idarəçilərə süni təzyiqlər yaratmaqdan başqa bir şey deyil. 4) Hipotetik olaraq düşünək: Lap deyək bu müzakirə qəbul olundu, bəs 3 aydan sonra bir başqa qeyri-inzibatçı gəlib kənd meydanında - "İdarəçilərin son dönəmdəki fəaliyyətləri ürəyimcə deyil, məni qane etmir, bu səbəbdən yeni qanun hazırlamışam və səsverməyə çıxarıram. Yeni qaydaya görə inzibatçılar 6 ay ərzində 50.000 redaktə, 25.000 idarəçi səlahiyyətlərinə aid əməliyyat yerinə yetirməlidirlər." Sonra da istifadəçilər gəlib lehinə səs verib — "Bəli, madam ki, bu istifadəçilər inzibatçı olmağa razılaşıblar, o zaman limit şərtini keçməlidirlər" yazıb lehinə səs verəcəklər. Sizcə də bu absurd deyilmi ? 5) Hazırkı idarəçilərin hər biri önəmlidi və onların süni yollarla çıxarılması Azərbaycanca Vikipediyaya xeyir yox, ancaq ziyan gətirəcək. 6) Hörmətli bürokratlar — Eldarado, Sortilegus və Turkmen, Azərbaycanca Vikipediyanın gələcəyini və normal işini poza biləcək qərarların qarşısını almaq üçün VP:BMİ-də müzakirə başladıb qərarlar qəbul etməyinizi rica edirəm. Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 03:37, 22 may 2022 (UTC)
Şərh: Adminlərə limit tətbiq olunsa belə bu heç bir parametr üzrə 100 (yüz) rəqəmindən çox və 1 (bir) il müddətindən az olmamalıdır. Burada fantastik sayda vandalizm və sair kimi hallar olmur (əksinə çox az sayda vandalizm müşahidə olunur, hətta İP ilə çox sayda fəzada redaktə etmək mümkünsüzə çevrilib), əksinə fikrimcə inzibati metodlardan lazımından artıq istifadə olunur. — NKO zi 05:19, 23 may 2022 (UTC)
Sırf bu müzakirə ilə hələlik hər hansı bir nəticəyə varılacağına ümid etmirəm. Hələlik aktivlik məsələsinə diqqət edilməlidir. Məncə belə olan halda qeyri-aktiv inzibatçılar artıq özləri haqqda nə isə düşünməyə başlayacaqlar.— Patriot Kor (müzakirə) 14:13, 23 may 2022 (UTC)
Hörmətli inzibatçılar: Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Burocan, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon, Solavirum, Sura Shukurlu. Həmçinin hörmətli istifadəçilər Azerifactory, Xeyal, Keete 37, Verman1, Samral, Lavici, Santorica, Onyeddi və digərləri qayda ilə bağlı səsvermə başladılmışdır. Hörmətlə - Dr.Wiki54 (müzakirə) 17:46, 25 may 2022 (UTC) |
Salam. Bu müzakirəyə binaən təklif edirəm ki, addəyişdirici, rolbaker və digər hüquqlar kifayət qədər ciddi hüquqlar olduğundan, məncə, bu hüquqları aşağısı avtopatrul statusu olan istifadəçilərə vermək daha məqsədəuyğun olar, yeri gəlmişkən, addəyişdiricilərin addəyişmə redaktələri avtomatik patrullanır. Lavici mesaj? 21:04, 22 may 2022 (UTC)
Müvafiq müzakirədə iştirak etmiş olan həmkarları, EVRRVE., Sortilegus, White Demon, Solavirum, Azerifactory, Santorica, fikir bildirməyə çağırıram. Lavici mesaj? 19:36, 31 may 2022 (UTC)
Hörmətli Turkmen, sizində fikirləriniz vacibdir. Lavici mesaj? 19:37, 1 iyun 2022 (UTC)
Salam. Bir az mübahisəli mövzu olacaq, lakin bir müddətdir ki, ağlımdadır. Azərbaycanca Vikipediyada neytrallıq prinsipləri üzərində qurulub nəzəri olaraq, lakin ciddi pozuntular var. Məsələn, Cənubi Azərbaycan mövzusu. İranın şimalına aid istənilən mövzuda "Cənubi Azərbaycan" və ya "cənubi azərbaycanlı" (İran azərbaycanlısı olmalıdır) ifadələri işlədilir. Məsələn, Cənubi Azərbaycanda kənd, cənubi azərbaycanlı şair və s. Bu nə dərəcədə doğrudur? Tarixi və irredentist mənada bu ifadədən istifadə etmək olar, lakin indiki dövrdə nə inzibati ərazi vahididir, nə də ki ayrı milliyət. Burada VP:MİLLİ pozulmurmu? Təsəvvür edir, "Artsaxın Stepanakert şəhəri" yazırsınız. Mən düşünürəm ki, bu mövzuya əl gəzdirmək lazımdır. --► Hörmətlə: SolaVirum 07:51, 23 may 2022 (UTC)
Azərbaycan (İran) yazılsa daha məntiqli daha dəqiq və daha doğru olacaq düşünürəm. Məsələn bu adı Astara şəhərində tədbiq etmişik və çox düzgün alınıb. Azərbaycan şimalda ölkə adı, cənubda isə ölkə olmayan coğrafi region adıdır. — Patriot Kor (müzakirə) 14:02, 23 may 2022 (UTC)
Salam. Mən düşünürəm ki, Kateqoriya:Azərbaycanın Baş nazirləri və s kimi kateqoriyalar düzgün deyil. Belə olmalıdır, Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrləri, Kateqoriya:Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrləri, Kateqoriya:Azərbaycan SSR Nazirlər Sovetinin sədrləri, Kateqoriya:Azərbaycan Respublikasının baş nazirləri və bütün bu kateqoriyalar Kateqoriya:Azərbaycanın hökumət başçıları kateqoriyasında bir araya gəlməlidir. Eyni ilə dövlət başçısı, nazirlər və s. aid kateqoriyalar da belə olmalıdır. Nə düşünürsünüz? - Dr.Wiki54 (müzakirə) 12:08, 24 may 2022 (UTC)
Y Azerifactory, Solavirum, Lavici, Araz Yaquboglu, Sura Shukurlu, Wertuose təşəkkürlər. Təklif qəbul edildi. Belə ki ümumi postlar ana kateqoriya olacaq, digərləri alt. Məsələn: Azərbaycanın ədliyyə nazirləri ana kateqoriya, Azərbaycan Xalq Cumhuriyyətinin ədliyyə nazirləri, Azərbaycan SSR xalq ədliyyə komisarları, Azərbaycan SSR ədliyyə nazirləri, Azərbaycan Respublikasının ədliyyə nazirləri isə alt kateqoriyalar olacaq. Əgər nazirlik addəyişibsə, bu zaman son ad istifadə olunacaq. Məsələn: Azərbaycan Respublikasının mədəniyyət nazirləri kateqoriyası Əbülfəs Qarayevi də əhatə edəcək. Örnək üçün nisbətən fərqli olsa da , Kateqoriya:Azərbaycanın hökumət başçıları kateqoriyasını səliqəyə saldım. Baxa bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər. - Dr.Wiki54 (müzakirə) 21:20, 1 iyun 2022 (UTC)
Salam. Məncə, bu hüququn adı olduğu kimi qalmalı idi. İdarəçi də bunu başa düşmək olar, ancaq interfeys idarəçisi zatən vikipediyanın interfeysini idarə edir. Lavici mesaj? 20:27, 24 may 2022 (UTC)
Dr.Wiki54, Keete 37, Xeyal, Onyeddi, Burocan, EVRRVE., Araz Yaquboglu, Turkmen, Baskervill, White Demon, Eminn, Atakhanli, Eldarado, A.Aida88, Wertuose, Toghrul R, Namikilisu, Sortilegus, zəhmət olmasa fikirlərinizi bildirin. Lavici mesaj? 15:09, 30 may 2022 (UTC)
Qəbul edilmədi — Turkmen müzakirə 08:02, 10 iyun 2022 (UTC)
Salam. Kiminsə müzakirə səhifəsində mesaj qoyanda, niyə avtomatik olaraq izləmə siyahısına artırılır?— Azerifactory (müzakirə) 21:55, 24 may 2022 (UTC)
Şərh: Avtopatrullarla bağlı fikrimi qeyd etmişəm. Patrul və rolbakerlərə gəldikdə isə hal-hazırda aşağıda qeyd olunan, yəni aktiv olmayan patrul və rolbaker cəmi iki nəfərdir:
Avtopatrul
Rolbaker
Patrul
Patrul və Rolbaker hüquqlarını daşıyan istifadəçilərin daha fəal olması yaxşıdır. Avtopatrul hüququnun alınmasının tərəfdarı deyiləm, o hüququ daşıyan istifadəçilər çox olduqca inzibatçı və patrulların işi daha effektiv olur. İstifadəçilərin fəaliyyətini təftiş edib avtopatrul hüquqları təklif etmək lazımdır.— Eminn (müzakirə) 17:52, 31 may 2022 (UTC)
Salam həmkarlar. Uzun zamandır bu müraciəti yazmaq istəyirəm, amma hər dəfə ertəliyirdim. Azərbaycandakı seçkilərlə bağlı məqalələr bərbaddır və qarışıqdır. Səbəbini bilmirəm amma, bütün məqalələrdə "Prezident", "Bələdiyyə", "Parlament" sözləri böyüklə yazılıb. Bu orfoqrafiya qanunlarına zidd deyil bəyəm? Əsas mövzu isə belədir. Zaman zaman Azərbaycanda təkrar və yeni seçkilər keçirilib. Təkrar seçki nəticələri ləğv olunan dairələrdə, yeni ölüm/təyinat və s. səbəbdən boş qalan dairələrdə yenidən keçirilən seçkilərdə. Bəzən də hər ikisi bir arada olub. Türklər bu tip seçkilərə "ara seçkilər" deyir. Bizdə isə belə anlayış yoxdur. Mən keçən il bizdəki bütün seçkiləri araşdırmışdım (Naxçıvanla bağlı bir neçə ay ömcə mənbə tapdım orada yanlışlıqlar ola bilər). Bunun üzərində trvikidə işləyib geniş şablon və mənbələrlə müvafiq məqalələr hazırlamışdım. (buradan baxa bilərsiniz) AzViki icmasının fikri maraqlıdır, əgər maneə yoxdursa, bu tip ara seçkilərlə bağlı oxşar məqalələri hazırlaya bilərəm mi? Qeyd edim ki, onlar əsas seçkilərdən bir çox funksiyasına görə fərqlənib, haqlaqında nüvafiq qərarlar var, iştirak faizləri səs faizləri namizədlər tamamən fərqli olub. Fikirləriniz maraqlıdır. - Dr.Wiki54 (müzakirə) 18:44, 26 may 2022 (UTC)
Bu məqaləyə kim status verib? Məqaləki orfoqrafik səhvlərlə doludur. Baxmamışam, amma əminəm ki, bu tip statuslu çox məqalə var. Ümumiyyətlə, statuslu bütün məqalələrin məzmununu yenidən yoxlamaq və lazımi düzəlişləri etmək lazımdır, eləcə də köhnələnlərinin məzmununun yenilənməsi. Ya da status alınmalıdır. Lavici mesaj? 13:45, 27 may 2022 (UTC)
Salam hörmətli həmkarlar. Bu yaxınlarda bir neçə kənd məqaləsi gördüm ki, "Şəhidlər" deyə xüsusi altbaşlıq açılır və oraya kəndin şəhidlərinin adları qeyd edilir. Hər şəhid ensiklopedik deyil axı. Ayrıca bu başlıqda doğru deyil fikrimcə. Bu barədə nə düşünürsünüz? Lavici mesaj? 17:18, 30 may 2022 (UTC)
Hər vaxtınız xeyir. Zamanında 1001dad adlı istifadəçi tərəfindən kütləvi şəkildə eyniadlı saytdan birbaşa köçürmə yolu ilə məqalələr yaradılmışdır. Buna misal olaraq, Alma piroqu səhifəsi göstərilə bilər. Qeyd elədiyim məqalə 1001dad.com saytından birbaşa "copy+paste" üsulu ilə yaradılıb. Sözügedən istifadəçinin fəaliyyətini qısaca tədqiq etdikdən sonra uzun müddət əvvəl bu üsulla onlarla qeyri-ensiklopedik ifadələrlə müşaiyət olunan və başdan-ayağa müəllif hüququ pozuntuları ehtiva edən məqalələr tərtib etdiyini aydınlaşdırdım. Belə olan halda, bu qəbildən olan məqalələrin silinməsi zərurəti meydana çıxır. Çünki bu məqalələrin mütləq əksəriyyətində qeyd olunan pozuntular heç bir halda aradan qaldırıla bilməz və yalnız silinərək istifadəçilər tərəfindən yenidən tərtib olunmalıdır. Ancaq hesab edirəm ki, burada kütləvi silinmədən söhbət getdiyi üçün Viki cəmiyyətin rəy bildirməsi zəruridir. Bütün həmkarların göstərilən məsələ üzrə rəy bildirməyini xahiş edirəm. — Burocan (müzakirə) 00:59, 1 iyun 2022 (UTC)
@White Demon müəllifi özü olsa belə Vikipediya və ya Vikikitaba daxil edə bilməz copy-paste ilə. Gərək Fonda müraciət edə. — Drabdullayev17 (müzakirə) 07:04, 2 iyun 2022 (UTC)
Hello all,
We'd like to provide an update on the work on the Enforcement Guidelines for the Universal Code of Conduct. After the conclusion of the community vote on the guidelines in March, the Community Affairs committee (CAC) of the Board asked that several areas of the guidelines be reviewed for improvements before the Board does its final review. These areas were identified based on community discussions and comments provided during the vote. The CAC also requested review of the controversial Note in 3.1 of the UCoC itself.
Once more, a big thank you to all who voted, especially to all who left constructive feedback and comments! The project team is working with the Board to establish a timeline for this work, and will communicate this next month.
Members of the two prior UCoC Drafting Committees have generously offered their time to help shape improvements to the Guidelines. You can read more about them and their work here, as well as read summaries of their weekly meetings in 2022.
Wikimedians have provided many valuable comments together with the vote and in other conversations. Given the size and diversity of the Wikimedia community, there are even more voices out there who can give ideas on how to improve the enforcement guidelines and add even more valuable ideas to the process. To help the Revisions committee identify improvements, input on several questions for the committee’s review is requested. Visit the Meta-wiki pages (Enforcement Guidelines revision discussions, Policy text revision discussions) to get your ideas to the Committee - it is very important that viewpoints are heard from different communities before the Committee begins drafting revision proposals.
On behalf of the UCoC project team
Qarşıma "Qazax Ensiklopediyası" nəşrinin Vikimediaya belə bir məktubu çıxdı. Azərbaycanca Vikipediyada Azərbaycan Sovet Ensiklopediyası və Azərbaycan Milli Ensiklopediyasından məzmun kopyalanıb. Bunu rəsmiləşdirmək üçün hər iki ensiklopediyanın müəllif hüquqlarının daşıyıcısı olan Azərbaycan Milli Elmlər Akademiyasından və ya daha spesifik olaraq "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzindən belə bir məktub alsaq, daha optimal olardı. Bunun icrasında kömək ola biləcək istifadəçilər (əsas da Azərbaycan Vikimediaçıları İstifadəçi Qrupundan) varmı? Oxşar şeyi Azərbaycan Respublikası Müdafiə Nazirliyində dərc olunan fotomateriallar və Azərbaycan Dövlət İnformasiya Agentliyində dərc olunan fotomateriallar üçün də etmək lazımdır deyə düşünürəm. Bu ikisi ona görə lazımdır ki, Azərbaycan hərbi haqqında "Commons"da fotomaterial yox dərəcəsindədir, lakin ABŞ, Rusiya, Ukrayna, Ermənistan və hətta Qondarma DRQ-nin müdafiə nazirliklərdən icazə verilib. --► Hörmətlə: SolaVirum 15:13, 6 aprel 2022 (UTC)
|
--► Hörmətlə: SolaVirum 07:15, 25 aprel 2022 (UTC)