Salam. İsmət Aslanov Məqaləsini hansı əsaslarla silmək istəyirsiniz, izah edə bilərsiniz? Onun ensiklopedik dəyərini Vikipediayada olan tibb sahəsindəki bir sıra digər şəxslərin Məqaləriynən müqayisə etsək, o, heç də geri qalmır, əksinə, bəzi hallarda digərlərindən daha yaxşı və zənqindir. Editing For Better (müzakirə) 00:15, 26 aprel 2025 (UTC)[cavabla]
Salam. Hər hansı bir Məqaləni silmək istəyəndə sadəcə qeyd olunur ki, enciklopedik deyil. Təəssüf ki, =niyə= sualına cavab tapa bilmirsən və başlayırsan təxmin etməyə. Mən səhv edə bilərəm, kimsə səhvin harada olduğunu başa salmalıdı. Adam bilsə səhv nədədir gələcəkdə nəzərə alar. Hörmətlə. Editing For Better (müzakirə) 18:42, 26 aprel 2025 (UTC)[cavabla]
Salam. Əmin ola bilərsiniz ki, mən heç kimi təhqir etmək və ya təzyiq göstərmək niyyətində deyləm. Bir neçə dəfə Məqalələri sildiniz, lakin səbəbləri ilə bağlı suallarıma Sizdən cavab eşitmədim. Yalnız enciklopedik deyil yazısın gördüm. Enciklopedik dəyərlərinə nədə uyğun olmadığı cavabını Sizdən ala bilmədim. Əgər mənə izah etsəydiniz, düzəlişlər və əlavələr edərdim. Bundan başqa, əlavə etdiyim fotoşəkilləri silmək niyyətindəsiniz. Rizvan Hüseynovun Məqalələsindən fotoşəkili isə xəbərdarlıq etmədən sildiniz, bilinmədi nəyin əsasında. Razıyam səhv edə bilərəm, mən saadəcə Vikipediya istifadəçisiyəm. Kömək üçün kimə müraciət etməliydim? Editing For Better (müzakirə) 17:14, 26 aprel 2025 (UTC)[cavabla]
@Editing For Better Ən başda səbəb göstərmişəm: VP:EƏ ödəmir. Bir xahiş oxuyun. Özünüz, əgər qohumluq və ya pərəstişkarlığınızı bir qırağa qoysanız, açıq şəkildə anlayacaqsınız ki, bu şəxs ensiklopedik biri deyil.
İkinci sualınızdan belə anlayıram ki, siz ümumiyyətlə Vikipediya nədir və necə işləyir bilmirsiniz. Şəkli mən silməmişəm, belə bir səlahiyyətim də yoxdur. Mən nə AzViki-də, nə də Vikimediada inzibatçı deyiləm. Mən şəkli silinməsi üçün namizəd göstərmişəm. Səbəbini də yazmışam. Şəkli siz yükləmədiyiniz üçün sizə xəbərdarlıq gəlməyib. O biri tərəfdən sizin Wikimedia Commons qaydalarını pozaraq yüklədiyiniz şəkilləri də SNS-ə təqdim etmişəm. Orada da səbəblər var və müzakirə gedir. Çox xahiş edirəm Vikipediya nədir və əsas qaydaları ilə tanış olun. Yousiphh (müzakirə) 17:29, 26 aprel 2025 (UTC)[cavabla]
Çox sağ olun cavabınıza görə. Əvvəl bu suallara cavab alsaydım anlaşılmazlıq olmazdı. Sözün düzü, mən sadəcə bir həvəskaram. Bu məqaləyə gəldikdə isə orden və medallar sayılmır? Birdə, fotoşəkillərlərin düzgün olmasıyla, silinməməsiylə əlaqədar nə etməliyəm? Əvvəlcədən təşəkkür edirəm. Editing For Better (müzakirə) 18:08, 26 aprel 2025 (UTC)[cavabla]
Bu göstərici ola bilməz. Özü də Azərbaycanda mediadın vəziyyətini bildiyimiz halda. Mənbələrə bir baxın. Əsas məzmun bu məqalədən bir başa köçürülüb. Digər istinadlarda adı bircə dəfə keçir. Və sonunda VP:EƏ şərtləri var. Və bu şəxs o şərtləri ödəmir. Yousiphh (müzakirə) 12:42, 6 iyun 2025 (UTC)[cavabla]
Salam.
1.Əvvəla, əsas Məqalənin məzmununu bir başa köçürməmişəm, sadəcə məlumatı İnternetdən götürdüm və mənbələrdən biri kimi istinad etdim, arzu olarsa müqayisə etmək çox asan. Təbii ki, oxşarlıqlar ola bilər, çünki bir şəxsin müxtəlif mənbələrdə bir neçə müxtəlif tərcümeyi-halı olmur.
2.Əgər Sizdə bəzi media resurslara qarşı narazılıqlar varsa, Azərbaycanın bütün KİV-lərin vəziyyətinə kölgə salmaq düzgün deyil.
3.Siz qeyd edirsiniz ki, =digər istinadlarda adı bircə dəfə keçir=. Sizcə, bütün İnternet məkanında onun adı dəfələrlə göstərilməlidi? Adı İnternetdə varsa və nə qədər tez-tez istifadə edildiyindən asılı olmayaraq, deməli o buna layiqdir. Editing For Better (müzakirə) 16:13, 11 iyun 2025 (UTC)[cavabla]