![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Silinsin: şəxsin qeyri-ensiklopedik olduğunu düşünürəm.--Toghrul Rahimli (müzakirə) 08:37, 1 aprel 2019 (UTC)
Sürətli silinsin: Bu döş nişanının heç bir ensiklopedik əhəmiyyəti olduğunu düşünmürəm. Onun istehsalçısının ensiklopedikliyi belə şübhə altındadır. SSRİ dövrünə nəzər salsaq, Azərbaycanda təhsildə, əkinçilik-maldarlıqda və digər sahələrdə fərqlənənlərə verilən yüzlərlə döş nişanları olub. Müstəqil dövrdə də mövcuddur. Nəzərdə saxlamalıyıq ki belə şeylərin hazırlanması çox cüzi məbləğə başa gəlir və istənilən şəxs "Azərsuvenir"-ə müraciət edib sifarişini edə bilər. Bu fəsildən olanlardan yalnız dövlət səviyyəliləri saxlamalıyıq. Bu nişana kateqoriya yaratmaq və məşhur şəxslərin şablonlarına bunu əlavə etmək isə tamamilə reklam xarakterlidir.--Toghrul Rahimli (müzakirə) 06:59, 18 may 2019 (UTC)
Sürətli silinsin: --Azerifactory (müzakirə) 23:25, 18 may 2019 (UTC)
Müraciət:(1) Cox hörmətli Toghrul Rahimli, User:NMW03 və Azerifactory
Gəlin "Azərbaycan Narı" döş nişanının ensiklopedik əhəmiyyətli olmasının ciddiliyinə gedək, məsələyə beynəlxalq rakusdan baxaq. Azərbaycanda Narçılığın inkişaf etdirilməsi üçün iki vacib dəyər zənciri yaradılaraq Avropa Komissiyasına müraciət edilib və Avropadada "Azərbaycan Narı" döş nişanı öz təsdiqini tapıb rəsmiləşdirilib. Başqa heç bir əsas yoxdur ki, səhifə silinsin məlumatlar tam rəsmidir. İstifadə edilən məlumatlar üçün icazəni, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, şəxsən dostum olan Fərhad Qaraşov-dan almışam. Narçılığın inkişafı üçün dəyər zəncirində döş nişanının əks olunması, Narçılıq Azərbaycanın milli serveti, milli simvolu olduğu üçün Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən hem sosial həm iqtisadi cəhətdən vacibdir. Bütün aidiyyatı dövlət strukturları tərəfindən qeydiyyat və tanınmağı rəsmidir. Təltif olunanlar haqqında isə mətbuat xidmətləri öz rəsmi saytlarında yazıb, istinadlarda var. Bir haşiyəyə cıxıb xatırlatmaq istəyirəm ki, Rəsmi Bakının 2015-ci ildə paytaxtımızda keçirilən 1-ci Avropa Oyunlarının simvolu kimi ceyran və narı təqdim etməsi erməniləri yeni həyasızlığa əl atmağa məcbur etmişdir, paxıl qonşular bu dəfə də nara sahiblənmək xülyasına düşmüşdürlər. Məlumata görə, Ermənistan mətbuatı iddia etmişdir ki, Azərbaycanın Avropa oyunlarına simvol kimi seçdiyi nar guya, erməni narıdır. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edən taclı meyvədir. Heç bir tarixi mənbədə narın vətəni Erməistan kimi göstərilmir. Əksinə, narın tarixən Azərbaycanda becərilməsinə dair saysız-hesabsız məlumatlar mövcuddur. Xatırlatmaqda məqsədim odur ki, Nar simvolunun rəsmən Azərbaycanımızın olmasını təsdiqləyək işimizlə. — Bu imzasız yazı Elshad Iman (Elşad İman) (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Müraciət:(2) Cənablar Sizlərə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İcraçı Direktoru şəxsən Yusif Axundovun müraciətini catdırıram, diqqətlə oxuyun və fikrinizi yazın zəhmət olmasa, silinməsi üçün təqdim olunan arqumentlərlə razısınız ya qalması üçün təqdim olunan arqumentlərlə?
Hörmətli həmkarlar! İstənilən Wikipedia yazısının ensiklopedikliyini qiymətləndirərkən, bir sıra meyarlara nəzər salmaq lazımdır. İstərdim “Azərbaycan narı” döş nişanı səhifəsində qeyd edilmiş məlumaları bu meyarlar üzərində birgə qiymətləndirək:
1. İlk öncə Wikipediyanın yüksək keyfiyyətli ensiklopediya yaratmaq marağında olan insanların qarşılıqlı hörmətə söykənən şəbəkə icması olmasına diqqətinizi çəkmək istərdim. Wikipediyanın məqsədi – tutarlı, hərtərəfli, dəqiq, və ən əsası, müstəqil ensiklopediyanın yaradılmasıdır.
2. Səhifənin konkret predmeti var (“Azərbaycan narı” döş nişanı) və səhifənin məzmunu sırf onun predmetinə aiddir.
3. Səhifədəki məlumatlar ensiklopedik üsulla yazılıb.
4. Səhifədə göstərilən bütün məlumatlara və faktlara istinadlar verilib və bu məlumatlar obyektiv mənbələrlə təsdiqlənir.
5. Bütün məlumatlar qərəzsiz, neytral şəkildə, ədəbi normalara uyğun, tərif və ya təhqir olmadan təqdim edilib.
6. Səhifə qeydiyyatdan keçmiş, bu gün üzvlüyündə 16 hüquqi şəxs və 86 fiziki şəxs olan “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi (ANİİA) tərəfindən təsis edilmiş mükafat haqqındadır, yəni bu mükafatın və onu təsis edən qurumun əhəmiyyəti şübhə doğurmur.
7. “Azərbaycan narı” döş nişanı kimi dünyada müxtəlif mükafatlar mövcuddur, o cümlədən “Gold Mercury International” mükafatı (Beynəlxalq qeyri-hökumət təşkilatı Qızıl Mercury International tərəfindən təqdim edilir, https://en.wikipedia.org/wiki/?q=Gold_Mercury_International_Award),
Spingarn medalı (qara dərili amerikalılara nailiyyətlərinə görə Rəngli İnsanların İnkişafı Milli Assosiasiyası (NAACP) tərəfindən verilir, https://en.wikipedia.org/wiki/?q=Spingarn_Medal), Kazimierz Ostrowski mükafatı (Polşa Rəssamları Dərnəyi tərəfindən təqdim edilir, https://en.wikipedia.org/wiki/?q=Kazimierz_Ostrowski_Award) və s. Bütün bu və digər mükafatlar kimi də, “Azərbaycan narı” döş nişanı haqqında məlumatın Wikipediyada yerləşdirilməsinə haqqı var.
Wikipediyanın əhəmiyyət meyarı hər hansı predmetin və ya mövzunun müstəqil və nüfuzlu mənbələrdə təfərrüatı ilə işıqlandırılmasıdır. “Azərbaycan narı” döş nişanının əhəmiyyətini bu meyar üzrə qiymətləndirmək istərdim:
1. Müstəqil mənbə: “Azərbaycan narı” döş nişanı Azərbaycan təhsil portalında (azedu.az), Azərbaycan24.com portalında, qafqazinfo.az, axar.az, big.az, baku.ws, azinforum.az, yenigundem.az və digər saytlarda işıqlandırılıb.
2. Nüfuzlu mənbə: “Azərbaycan narı” döş nişanı Azərbaycan Milli Elmlər Akademiyasının veb saytında (bteb.science.gov.az), Neft-Kimya Prosesləri İnstitutunun saytında (nkpi.az), Lider televiziya kanalında işıqlandırılıb.
3. Mənbə: “Azərbaycan narı” döş nişanı bir mənbədə deyil, 10-dan yuxarı mənbələrdə işıqlandırılıb.
Məlumatın və ya səhifənin silinməsini tələb etməzdən öncə, bir neçə alternativ addımlara nəzər salmaq olar:
a. “Azərbaycan narı döş nişanı” səhifəsində hansı məlumatlar dəqiq deyil və dəyişdirilməlidir?
b. “Azərbaycan narı döş nişanı” səhifəsi wikipedia səhifələrinin silinməsi qaydalarına uyğun gəlirmi?
Səhifənin silinməsi meyarlarını bir daha diqqədinizə çatdırmaq istərdim:
· Səhifənin Wikipedia qaydalarına uyğun gəlməməsi, yəni səhifənin əhəmiyyətsiz və ya provokativ olması. “Azərbaycan narı” döş nişanı ilə Azərbaycan Respublikası və onun kənarlarında tanınan şəxslər, o cümlədən AMEA prezidenti Akif Əlizadə, xalq rəssamı Ömər Eldarov təltif edilmişlər. Bu təltiflər həm AMEA və ADRA mətbuat katiblikləri tərəfindən, həm də KİV-də işıqlandırılıb.
Döş nişanının yaradılmasının məqsədi Azərbaycan narçılığına töhfə verən və diqqət göstərən şəxsləri təltif edərək narçılığın iqtisadi, mədəni və sosial əhəmiyyətinin aktuallığını saxlamaqdır. Bu məqsəd ANİİA-nın nizamnaməsində qeyd edilmiş məqsədlərlə üst-üstə gəldiyinə görə “Azərbaycan narı” döş nişanının yaradılmasına Assosiasiya rəhbərliyi tərəfindən qərar verilmişdir.
· Səhifənin məzmunu və mətni Wikipediya qaydalarına zidd olması. Qeyd edim ki, səhifədə əks edilən məlumatlara istinad verilmişdir, bu məlumatlar heç kimin müəllif hüququnu pozmur, bütün məlumatlar səhifənin başlığına relevantdır.
· Səhifədə orfoqrafik səhvlər, uzun monoloqlar, fleym törədən struktursuz materiallar, digər dildən tərcümə edilmiş və yoxlanılması mümkün olmayan məlumatlar, digər dildə dərc edilmiş məlumatlar, mistifikasiyalar, yalan və böhtan yoxdur.
· Səhifə vandalizm məqsədi daşımır.
· Səhifə hər hansı silinmiş və ya əhəmiyyətini itirmiş səhifə ilə bağlı deyil.
· Səhifə unikaldır və heç bir səhifənin kopiyası deyil.
· “Azərbaycan narı” döş nişanı mənfəət əldə edilməsi qadağan olunan və ictimai təşkilat olan ANİİA tərəfindən təsis edildiyi üçün heç bir reklam xarakterli ola bilməz. Mənfəət olmayan yerdə reklamın mahiyyəti itir.
· Səhifə spam xarakterli deyil, səhifənin məzmunu yalnız faktlara söykənir.
Göründüyü kimi, səhifə yuxarıdakı heç bir meyar üzrə silinməyə namizəd ola bilməz. Sizi müzakirəni arqumentli şəkildə, dəlillər və faktlar gətirərək müzakirə etməyə çağırıram.--Elshad Iman (Elşad İman) (müzakirə) 13:33, 20 may 2019 (UTC)
.az
domainini nüfuzlu mənbə hesab etmirəm. Çünki Azərbaycanda KİV-də məlumat dərc etmək olduqca asandır (bunu çox zaman müəyyən məbləğlə edirlər). Sizin mükafatı şəxslərin şablonuna yerləşdirmənizi, ona kateqoriya yaratmanızı təşkilatı Vikipediyada reklam etmək kimi qarşılayıram. Bundan əlavə xahiş edirəm, nəzər yetirin, AzSSR Dövlət mükafatının yanına "Azərbaycan Narı" döş nişanını yerləşdirmək nə dərəcədə düzgündür? Ömər Eldarov kimi şəxslərin yüzlərlə bu nəsildən olan mükafatları, fəxri fərmanları var və məqalədə yalnız dövlət mükafatları qeyd olunur. Bu mükafatı “Gold Mercury International” və Spingarn Medal mükafatları ilə bərabərləşdirməyin. Həmin mükafatların tarixi və nüfuzuna nəzər yetirin. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 05:41, 22 may 2019 (UTC)Müraciət:(3) Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri cənab Fərhad Qaraşovun şəxsən özünün müraciətini Vikipediyaçılara təqdim edirəm. Qarşılıqlı hörmətin tərəfdarı olan sədr artıq bu müzakirənin əsassız, qərəzli formada davam etməsinə əfsuslar olsun ki, cox məyus olaraq özü cavablandırıb.
Hörmətli həmkarlar, çox şadam ki, ANİİA-nın təsis etdiyi “Azərbaycan narı” döş nişanı bu cür aktiv müzakirəyə səbəb olub. Qeyd etmək istərdim ki, bizim “Azərbaycan narı” döş nişanını “Heydər Əliyev” ordeni ilə müqayisə etmək fikrimiz yoxdur, çünki statusuna görə fərqli mükafatlardır. “Azərbaycan narı” döş nişanı Azərbaycan Respublikasında ictimai təşkilat tərəfindən təsis edilmiş nadir mükafatlardandır. Azərbaycanda vətəndaş cəmiyyəti, peşəkar assosiasiyalar, ictimai birliklərin inkişafını, cəmiyyətdə rolunun və nüfuzunun artmasını istəyən bütün şəxslər məncə, bu təşəbbüsümüzü yalnız dəstəkləyə bilər. Təəssüf ki, cəmiyyətimizdə yer almış “bizdə birlik yoxdur” və ya “digər xalqların birliyi bizdən daha artıqdır” kimi əsassız fikirlər bu səhifədəki müzakirələrdə öz əksini tapmaqdadır.
Hörmətli İstifadəçi:Toghrul Rahimli, sizin şərhə cavab olaraq bildirmək istərdim ki, məqalənin daha əhatəli yazılması üçün səy göstərəcəyik. Amma bir daha qeyd edim ki, mükafat hələ çox yenidir, 2018-ci ilin dekabr ayında ilk təqdimatı olmuşdur, buna görə də böyük tarixi hələ ki yoxdur. Şərhinizdə qeyd edirsiniz ki, “Azərbaycan narı” döş nişanını “Gold Mercury İnternational” və “Spingarn Medal” mükafatları ilə bərabər tutmaq olmaz, çünki onların tarixi var. Bəli, birincisi 1961-ci ildə, ikincisi ilə 1914-cü ildə təsis edilib. ANİİA isə yalnız 2016-cı ildə yaradılıb. Amma bu bizim fəaliyyətimizə, “Azərbaycan narı” döş nişanı kimi təşəbbüslərimizə məhdudiyyət qoya bilməz və biz çox sevinirik ki, bu qısa tariximiz ərzində xeyli iş görülüb.
İstənilən bir təşəbbüsün daha geniş və əhatəli olması üçün ona dəstək verilməsi lazımdır və vacibdir. Mən bu dəstəyi həm sizdən, həm də bütün Azərbaycan Vikipediya icmasından gözləyirəm. Bu məqaləyə sizin hər hansı şəxsi qərəzinizin olduğunu düşünmədiyimə görə, inanıram ki, səhifənin qalmasını dəstəkləyəcəksiniz.
“Azərbaycan narı” döş nişanının əhəmiyyəti haqqında yuxarıda artıq yazmışdım, amma bir daha bu mövzuya qayıtmağa məcburam. Bildiyimiz kimi, narçılıq Azərbaycan kənd təsərrüfatının, xüsusilə də Aran iqtisadi rayonunda yaşayan və sayı 2 milyon təşkil edən əhalinin ən vacib dolanışıq mənbələrindəndir. Azərbaycanda narçılığının inkişafı birbaşa olaraq bu əhalinin maddi rifahına səbəb olur. ANİİA-nın həyata keçirdiyi bütün layihələr, təlimlər, sərgilər və digər təşəbbüslərin ən başlıca məqsədi narçılıqla məşğul olan Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına, iqtisadi cəhətdən daha müstəqil olmasına nail olmaqdır. ANİİA Azərbaycanda çox nadir ictimai təşkilatlardandır ki, benefisiarlarla real iş aparır, daim rayonlarda təlimlər keçirir, narçılığı bütün səviyyələrdə təşviq edir. Bunu danmaq olmaz.
Azərbaycanda yaşadığımız və fəaliyyət göstərdiyimiz üçün “Azərbaycan narı” döş nişanı haqqında məlumatlar məhz Azərbaycan mediasında və .az
domeni ilə fəaliyyət göstərən resurslarda işıqlandırılıb. Ümidvaram ki, sizin və Azərbaycanın inkişafını istəyən digər vətəndaşlarımızın sayəsində ANİİA-nın fəaliyyəti və “Azərbaycan narı” döş nişanı haqqında məlumat gələcəkdə xarici mediada da işıqlandırılacaq və biz bu istinadları “Azərbaycan narı” döş nişanı səhifəsində yerləşdirə biləcəyik.
Bir daha qeyd edim ki, ictimai birlik olan ANİİA-nın reklama ehtiyacı yoxdur. ANİİA heç bir məhsul istehsal etmir və ya satışı ilə məşğul olmur, ANİİA heç bir kommersiya fəaliyyəti ilə məşğul deyil. Bu halda ANİİA-nın hansı reklama ehtiyacı ola bilər və bu reklam ANİİA-ya monetar dividend gətirə bilər? Bizim əsas məramımız üzvlərimizin daha səmərəli fəaliyyəti üçün tədbirlər görək və dövlət orqanlarından bunun üçün şəraitin yaradılmasını istəyək.
Əminəm ki, Azərbaycanı sevən hər bir şəxs xalqımızın rifahı uğrunda fəaliyyət göstərən ANİİA kimi təşkilatları və onların təşəbbüslərini ancaq dəstəkləyə bilər. İnkişafımız yalnız birlikdədir.--Elshad Iman (Elşad İman) (müzakirə) 10:22, 23 may 2019 (UTC)
Hörmətli User:NMW03 Sizin vurğuladığınız hansısa şəxs deyil, Assosiasiyanın sədridir. Bizim müzakirəni vikipediya hüdudlarında və vikipediya hüdudlarından kənardada izləyirlər, müzakirə qloballaşdığı üçün fikirlərini bu cür catdırmaq istəyiblər. Mənə ünvanlandırdığınız suala cavab olaraq bildirirəm ki, bu uzun mətinli müraciətdə yazılan bir cümlənin ola bilər dediyiniz kimi dəxlisi yoxdur amma vurğuladığınız kimi gəlin müzakirəmizi aparaq. Zəhmət olmasa sizə ünvanlanan suallarada siz cavab verin.
a. “Azərbaycan narı döş nişanı” səhifəsində hansı məlumatlar dəqiq deyil və dəyişdirilməlidir?
b. “Azərbaycan narı döş nişanı” səhifəsi wikipedia səhifələrinin silinməsi qaydalarına uyğun gəlirmi?
c. “Azərbaycan narı döş nişanı”-nın Vikidatasıda var. Başqa nə sizi qane etmir?
Suallarımı cavablandırın zəhmət olmasa--Elshad Iman (Elşad İman) (müzakirə) 09:16, 24 may 2019 (UTC)
Vikipediyanın əhəmiyyət meyarı hər hansı predmetin və ya mövzunun müstəqil və nüfuzlu mənbələrdə təfərrüatı ilə işıqlandırılmasıdır. “Azərbaycan narı” döş nişanının əhəmiyyətini bu meyar üzrə qiymətləndirmək istərdim:
1. Müstəqil mənbə: “Azərbaycan narı” döş nişanı Azərbaycan təhsil portalında (azedu.az), Azərbaycan24.com portalında, qafqazinfo.az, axar.az, big.az, baku.ws, azinforum.az, yenigundem.az və digər saytlarda işıqlandırılıb.
2. Nüfuzlu mənbə: “Azərbaycan narı” döş nişanı Azərbaycan Milli Elmlər Akademiyasının veb saytında (bteb.science.gov.az), Neft-Kimya Prosesləri İnstitutunun saytında (nkpi.az), Lider televiziya kanalında işıqlandırılıb.
3. Mənbə: “Azərbaycan narı” döş nişanı bir mənbədə deyil, 10-dan yuxarı mənbələrdə işıqlandırılıb.
Səhifənin silinməsi meyarlarını bir daha diqqədinizə çatdırmaq istərdim:
· Səhifənin Wikipedia qaydalarına uyğun gəlməməsi, yəni səhifənin əhəmiyyətsiz və ya provokativ olması. “Azərbaycan narı” döş nişanı ilə Azərbaycan Respublikası və onun kənarlarında tanınan şəxslər, o cümlədən AMEA prezidenti Akif Əlizadə, xalq rəssamı Ömər Eldarov təltif edilmişlər. Bu təltiflər həm AMEA və ADRA mətbuat katiblikləri tərəfindən, həm də KİV-də işıqlandırılıb.
Döş nişanının yaradılmasının məqsədi Azərbaycan narçılığına töhfə verən və diqqət göstərən şəxsləri təltif edərək narçılığın iqtisadi, mədəni və sosial əhəmiyyətinin aktuallığını saxlamaqdır. Bu məqsəd ANİİA-nın nizamnaməsində qeyd edilmiş məqsədlərlə üst-üstə gəldiyinə görə “Azərbaycan narı” döş nişanının yaradılmasına Assosiasiya rəhbərliyi tərəfindən qərar verilmişdir.
· Səhifənin məzmunu və mətni Wikipediya qaydalarına zidd olması. Qeyd edim ki, səhifədə əks edilən məlumatlara istinad verilmişdir, bu məlumatlar heç kimin müəllif hüququnu pozmur, bütün məlumatlar səhifənin başlığına relevantdır.
· Səhifədə orfoqrafik səhvlər, uzun monoloqlar, fleym törədən struktursuz materiallar, digər dildən tərcümə edilmiş və yoxlanılması mümkün olmayan məlumatlar, digər dildə dərc edilmiş məlumatlar, mistifikasiyalar, yalan və böhtan yoxdur.
· Səhifə vandalizm məqsədi daşımır.
· Səhifə hər hansı silinmiş və ya əhəmiyyətini itirmiş səhifə ilə bağlı deyil.
· Səhifə unikaldır və heç bir səhifənin kopiyası deyil.
· “Azərbaycan narı” döş nişanı mənfəət əldə edilməsi qadağan olunan və ictimai təşkilat olan ANİİA tərəfindən təsis edildiyi üçün heç bir reklam xarakterli ola bilməz. Mənfəət olmayan yerdə reklamın mahiyyəti itir.
· Səhifə spam xarakterli deyil, səhifənin məzmunu yalnız faktlara söykənir.
Göründüyü kimi, səhifə yuxarıdakı heç bir meyar üzrə silinməyə namizəd ola bilməz.--Elshad Iman (Elşad İman) (müzakirə) 18:22, 24 may 2019 (UTC)
Silinsin: Hörmətli Orxan Zakir, mən sizi tanımadığım üçün fəaliyyətinizə nəzər yetirdim və görünən görüntünü nəzərinizə çatdırdım. Başqa niyyətim yoxdur, xüsusəndə kobud ifadə işlətmək kimi niyyətim heç yoxdur. Şəxsin isə ensiklopedik şəxs olmadığını düşünürəm. Minlərlə bu statusda olan şəxslər var ki, bu məqalələr silinməsə onlar da yaradılacaq. Bunun üçün vaxtında qeyri-ensiklopedik şəxs məqalələrindən təmizlənməlidi azviki. Hörmətlə --eldarado ✉ 19:52, 29 may 2019 (UTC)