![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bu mövzu bir dəfə müzakirəyə çıxarılmışdı. Lakin nə müzakirə oldu, nə konsensus. Çox rəğbət görməmişdi. Birinci mərhələ olaraq, bu 4 fraksiyanın məqaləsini müzakirəyə çıxarıram. Birinci olaraq, Müstəqillər fraksiyası (AXC) məqaləsi birbaşa digərləri kimi Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasından kopyalanıb. AXCE-də bu səhvən fraksiya kimi verilib. Lakin bu müstəqil siyasətçilər, fraksiyasızlar, partiyasızlar olub. Bitərəf olub fraksiyası olanlar isə Bitərəflər fraksiyasını quraraq oraya daxil olmuşdur. İkinci olaraq, Əhrar fraksiyası məqaləsinin ayrıca mövcud olmasına ehtiyac yoxdur. Fraksiya bütövlükdə Əhrar üzvlərindən ibarət olub və xüsusi bir məqalə olacaq qədər ensiklopedik yük daşımır. Eləcə də, İttihad fraksiyası, eləcə də Slavyan-rus Cəmiyyəti fraksiyası. Bütün bu məqalələrin ana məqalələrində, yəni partiya və cəmiyyət məqalələrində məlumat verilib. Daha da işləniləbilər. Parlamentlərdə mövcud olan hər fraksiyaya məqalə yaradılmır. Məsələn, hal-hazırda Rusiya Dövlət Dumasında LDPR və Yedinaya Rosiya fraksiyaları var orada partiya üzvləri olmayan deputatlar var. Eləcə də başqa parlamentlərdə belə fraksiyalar var. Hər biri bir başa ensiklopedik sayılmamalıdır. AXC ilə əlaqəli isə birinci növbədə Sosialistlər fraksiyasının məqaləsi ensiklopedikdir. Digərləri isə müzakirəyə açıqdır. Ona görədə aşağıdakı 4 məqalənin silinməsini təklif edirəm.
Silinsin: Təşəkkürlər - Dr.Wiki54 (müzakirə) 11:45, 25 yanvar 2023 (UTC)
Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalələrin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:43, 7 mart 2023 (UTC)
Şərh: Professor olması ilə əlaqədar bir mənbə tapa bilmədim. E.Imanverified 18:10, 3 fevral 2023 (UTC)
Cavab: əməkdar incəsənət xadi i təsdiqlənərsə saxlamaq olar. sırf elmi ada görə məqalə saxlamaq düzgün deyil, elmi dərəcəsi də elmlər doktoru deyil, fəlsəfə doktorudur. tərəqqi mükafatı isə ensiklopedik yüklü müküfat deyil. Atakhanli (müzakirə) 22:18, 4 fevral 2023 (UTC)
Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalənin saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 12:46, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
: Qalsın: Beynəlxalq müsabiqə laureatıdır. Azərbaycanın adını, bayrağını sənətinən icaldan gənc sənətkardır. Göstərdiyi kimi, "Online Kamancheh" festivalına qatılmış və həmin festivalın qalibi olmuşdur. Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə beynəlxalq müsabiqə laureatları istisna hal kimi ali məktəbə imtahansız qəbul olmaq imtiyazına malikdirlər. Beynəlxalq müsabiqə laureatı və ya da milli istedadlı gənclər kateqoriyasi üzrə saxlanıla bilər. Алиева Егана (müzakirə) 18:30, 23 fevral 2023 (UTC) iştirak hüququ yoxdur.
Yekunlaşdırma: Konsensus əldə olunmadığına görə məqalənin saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 12:48, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Yekunlaşdırma: VP:ŞEƏ ödənmədiyi üçün məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:55, 7 mart 2023 (UTC)
Şərh: Şəxs ensiklopedik deyil, dosent nə vaxtdan ensiklopedik olub axı. E.Imanverified 19:23, 5 fevral 2023 (UTC)
:::: Qalsın: Azərbaycan ziyalıları barədə nə qədər çox informasiya olarsa rəqəmsal məkanda Azərbaycan elmi fikrinin dünya səviyyəsində tanıdılmasına nail olmaq olar, onun ətrafinda rəqəmsal informasiya məkanını daha tez yaratmaq olar. İstər dosent, istər adi tələbə olsun milli intellektual düşüncə xəzinəmizdə və əməli fəaliyyətində tərəqqi yönümümlü amalı varsa onu bizim cəmiyyət tanımalıdır. Kimin daha çox Vətən uğrunda etdiyini zaman özü ələkdən keçirərək gələcək nəsillərə ötürəcək. Üzürlü sayın, bu mənim fikrimdi, -
::::Azərbaycan haqqında nə qədər rəqəmsal bilik olarsa o qədər yaxşıdır. Алиева Егана (müzakirə) 19:00, 23 fevral 2023 (UTC) iştirak hüququ yoxdur.
Yekunlaşdırma: VP:EƏEX ödəndiyi üçün saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 12:50, 7 mart 2023 (UTC)
Silinsin: Orijinal tədqiqat olduğu üçün. Vikipediyada elmi məqalələrin məzmunu mənbələrə istinad yazılmalıdır. Məsələn, mən özüm Niaqara şəlaləsinin hündürlüyünü ölçüb vikipediyada yaza bilmərəm, mütəxəssislər və qurumların etibarlı mənbələrinə əsaslanıb yaza bilərəm. Məqalədə qeyd olunub ki, coğrafi mərkəz vikimap-ə əsasən hesablanıb, Azərbaycanın coğrafi mərkəzi ilə bağlı rəsmi məlumat və ya elmi iş tapa bilmədim. Coğrafi mərkəzi özümüz ölçüb yaza bilmərik. Adicə Böyük Britaniyanın coğrafi mərkəzinin harda olması mübahisəli məsələdir, çünki müxtəlif ölçmə metodu ilə müxtəlif hesablamalar aparılıb. İsveçdə dörd dənə yer İsveçin coğrafi mərkəzinə namizəddir. Odur ki, Ağcabədini Azərbaycanın coğrafi mərkəzi kimi göstərmək orijinal tədqiqatdır. Şiroi Akuma 22:04, 5 fevral 2023 (UTC)
Aida xanım. Növbəti dəfə yadınıza salıram. Əgər məqaləyə rəsmi mənbə əlavə etməsəm, məqaləni silinə bilər. 25.01.19 12:07 Aida Salam Aida necesiniz Aida buyurun buda koordinatlar Aida 40°9'5"N 47°41'53"E təyin olunan nöqtə Aida Aida Aslanova CİS texnologiyası ilə işlənilib 25.01.19 20:03 You sent Təşəkkürlər. Məni çox sevindirdiz. Əməyi olan hər həs sağ olsun. |
Amma mənbənin olmaması səbəbindən məqaləyə münasibət bildirmək istəmirəm. — Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:56, 22 fevral 2023 (UTC)
Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:56, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Ensiklopedikliyini müzakirə etmək olar. Məqalədə istinadda yoxdur. Şəxs haqqında Googleda demək olar ki məlumat qarşıma çıxmadı. — Wealszy (müzakirə) 12:37, 7 fevral 2023 (UTC)
Silinsin: — Wealszy (müzakirə) 08:43, 10 fevral 2023 (UTC)
Yekunlaşdırma: Müzakirədən hasil olan nəticəyə əsasən məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 12:57, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Silinsin: ensiklopedik hesab olunacaq qədər əhəmiyyətə malik deyil. Atakhanli (müzakirə) 13:33, 9 fevral 2023 (UTC)
Yekunlaşdırma: VP:EƏ ödənmədiyi üçün məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 13:04, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Silinsin: ensiklopedik hesab olunacaq qədər əhəmiyyətə malik deyil. Atakhanli (müzakirə) 13:34, 9 fevral 2023 (UTC)
Yekunlaşdırma: VP:EƏ ödənmədiyi üçün məqalənin silinməsinə qərar verildi. — Burocan (müzakirə) 13:05, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
ayrı məqaləyə ehtiyac var? Gələcəkdə "Birinci Qarabağ müharibəsində Qazax cəbhəsi" məqaləsini yaratmaq olar, amma bu məqalə sadəcə siyahı kimidir bir növ. --► Hörmətlə: SolaVirum 01:04, 11 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin adının dəyişdirilərək saxlanılmasına qərar verildi. — Burocan (müzakirə) 13:01, 7 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Silinsin: reklam üçün yaradılmış və ensiklopedik əhəmiyyətlik kriteryalarını ödəməyən şəxs. Atakhanli (müzakirə) 09:28, 7 mart 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin sürətli silinməsinə qərar verildi. — Toghrul R (m) 07:10, 13 mart 2023 (UTC)
Silinsin: şəxsin ensiklopedik olduğunu düşünmürəm, kiçik rollarda və epizodik hissələrdə iştirakı onu ensiklopedik etmir. E.Imanverified 17:03, 16 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:27, 27 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Sürətli silinsin: məqalə bərbad haldadır və şəxs ensiklopedik deyil. — Wealszy (müzakirə) 17:29, 19 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)
Silinsin: İslam Həmrəyliyi Oyunlarında şəxsin bürünc medal qazanması onu ensiklopedik etmir. Fikirlərinizi bildirin zəhmət olmasa. E.Imanverified 18:57, 19 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)
Silinsin: Şəxsin ensiklopedik olduğunu düşünmürəm, iki yubiley medalı ilə təltif olunmuş dosent kriteriyaları ödəmir. E.Imanverified 19:03, 19 fevral 2023 (UTC)
Silinsin: Yuxarıda göstərilən arqumentlərə əsasən — Tarixi Nadir (müzakirə) 10:08, 25 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)
Silinsin: məqalənin silinməsini təklif edirəm, Ü11-ə əsasən sürətli silinədə bilər düşünürəm. E.Imanverified 10:45, 22 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:29, 27 mart 2023 (UTC)
Şərh: Şəxsin nə dərəcədə ensiklopedik olub-olmaması barədə fikirlərinizi bilmək istərdim, zəhmət olmasa mülahizənizi geniş edin. E.Imanverified 05:58, 23 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)
Silinsin: Şəxsin öz sahəsində hər hansı yenilikçi və diqqətədəyər böyük nailiyyətinə rast gəlmədim. Göstərilmiş mənbələr ya bir-başa şəxs haqqındakı bioqrafiyadır, ya da müvafiq sahədəki hər hansı mövzu haqqnda məqalədir və orada şəxsin sadəcə adı keçib. Fəaliyyəti də mediada işıqlandırılmayıb. Məqalədə yanlız işlədiyi yerlər və iştirak etdiyi tədbirlər haqqında məlumat var fəaliyyəti ilə bağlı (bir də üzvlükləri də var ki, onların da ensiklopedik dəyəri yoxdur). surə m 18:54, 24 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:28, 27 mart 2023 (UTC)
Şərh: şəxsin ensiklopedikliyi sual doğurur, müəllif mənim tərəfimdən yerləşdirilən şablonlara əhəmiyyət verməyərək öz bildiyini edir. E.Imanverified 20:18, 26 fevral 2023 (UTC)
Yekunlaşdırma: Yenidən yaradıldığı üçün məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:33, 27 mart 2023 (UTC)
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Silinsin: ensiklopedik əhəmiyyət kriteryalarını ödəməyən və məşhur olmayan veb sayt. Atakhanli (müzakirə) 05:37, 28 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 08:33, 27 mart 2023 (UTC)
Yekunlaşdırma: Məqalə artıq silinib. — Toghrul R (m) 08:37, 27 mart 2023 (UTC)
Şərh: Həqalənin preambulasını gözdən keçirdim, düzgün tərtib olunmayıb, ensiklopedik əhəmiyyətlilik şəxslər bölməsində belə bir qeyddə var, Heç kim yalnız ensiklopedik şəxslə qohumluq əlaqəsinə malik olduğu üçün ensiklopedik hesab edilə bilməz. Şəxs haqqında digər ensiklopedik məlumatlar olsa, o zaman bu məqalənin aqibətinə fikir bildirmək olar düşünürəm. İndiki halı ilə isə silinməlidir məqalə, zəhmət olmasa mülahizələrinizi geniş edin. E.Imanverified 07:44, 28 fevral 2023 (UTC)
Yekunlaşdırma: Məqalənin silinməsinə qərar verildi. — Toghrul R (m) 10:47, 28 mart 2023 (UTC)