. Love.az

Viktor Rappoport - Wikipedia - Love.az

Ana Səhifə - Viktor Rappoport

Viktor Romanoviç Rappoport (Rappaport) (rus. Виктор Романович Раппопорт (Раппапорт); 1889, Sankt-Peterburq – 2 iyul 1943, Bakı) — sovet teatr rejissoru, dramaturq, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).

Viktor Rappoport
Doğum tarixi 1889
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 2 iyul 1943(1943-07-02)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr rejissoru, teatr pedaqoqu[d], dramaturq
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti (–1910)
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1943

Həyatı

redaktə

Viktor Romanoviç Rappoport 1889-cu ildə Sankt-Peterburqda anadan olmuşdur. 1910-cu ildə Sankt-Peterburq İmperator Universitetini bitirmiş və həmin ildən "Teatr və incəsənət" jurnalında işləmişdir.[1]

Teatr fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburq Troitski Teatrında başlamış və 1913–1914 mövsümündə teatrın bədii rəhbəri olmuşdur. 1915-ci ildən çar ordusunda hərbi xidmət keçərək bədii kollektivin üzvü olmuşdur. 1917-ci ilin oktyabrından Kote Marcanişvilinin rəhbərlik etdiyi Troitski Teatrında fəaliyyətini davam etdirmiş, 1918-ci ildən Petroqrad Dram Aktyorları İttifaqı Teatrının (keçmiş Suvorin Teatrı) baş rejissoru olmuşdur. Böyük Dram Teatrında və Leninqrad opera və dram teatrlarında tamaşalar səhnələşdirmişdir.[1]

Viktor Rappoport 1922–1926-cı illərdə Aleksandr Teatrında çalışmış, 1924-cü ildən həmin teatrın studiyasında pedaqoji fəaliyyət göstərmişdir. 1926-cı ildən Leninqrad Opera və Balet Teatrının rejissoru, 1927-ci ildən isə baş rejissoru olmuşdur. 1925–1929-cu illərdə fasilələrlə Leninqrad Dövlət Akademik Teatrı truppaları rəhbərinin müavini olmuşdur.[1]

Viktor Rappoport Böyük Teatrda bir neçə əsər səhnələşdirmişdir.[2] O, 1933-cü ildən Xarkov, Kiyev, Minsk, İrəvan şəhərlərində teatr fəaliyyətini davam etdirmişdir. 1939-cu ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru olmuşdur.[3] 17 iyun 1943-cü ildə ona "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.[4]

Viktor Rappoport 2 iyul 1943-cü ildə Bakıda vəfat etmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Раппапорт (Раппопорт) Виктор Романович". Национальный драматический театр России (Александринский театр). 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
  2. ↑ "Раппопорт Виктор, режиссер". Большой театр. 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-20.
  3. ↑ 1 2 В. Р. Раппопорт // Коммунист. № 138 (6539). 4 июл 1943-ҹү ил. С. 2.
  4. ↑ Инҹәсәнәт ишчиләринә фәхри адлар верилмәси һаггында Азәрбајҹан ССР Баш Совети Президиумунун Фәрманы // Коммунист. № 127 (6528). 19 ијун 1943-ҹү ил. сәһ. 1.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Viktor_Rappoport&oldid=6958547"
LOVE.AZ