. Love.az

Vill Smit - Wikipedia - Love.az

Ana Səhifə - Vill Smit

Villard Kristofer Smit kiçik (25 sentyabr 1968[3][4][…], Filadelfiya, Pensilvaniya[5]) — tanınmış Amerika aktyoru.

Vill Smit
ing. Will Smith
Doğum adı Willard Carroll Smith II
Doğum tarixi 25 sentyabr 1968 (56 yaş)
Doğum yeri Filadelfiya, ABŞ
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1985-ci ildən
Boyu 1,88 m
Üzvlüyü
  • Kino Sənətləri və Elmləri Akademiyası[d] (–2022)[2]
Mükafatları Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (Amerika Birləşmiş Ştatları) — 2022
IMDb ID0000226
İmzanın şəkli
willsmith.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Forbes jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Vill Smitdir. Onun illik qazancı 80 milyon dollar təşkil edir. Smiti "Hollivudun ən zəhmətkeş aktyoru" adlandırırlar. Aktyora isə ötən il ən çox şöhrət qazandıran Varner Brosun "Mən əfsanəyəm" filmi olub. Smit cari ildə Hollivudun özünəməxsus rekordunu müəyyənləşdirib. O, hər birinin xəzinə yığımı 100 milyon dolları keçən 8 filmdə çəkilib. Hollivud milyonçularının siyahısında ikinci yerdə "karib piratı" Conni Depp gəlir.[6]

Həyatı

redaktə

Vill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi oğlu Ceyden olacaq. "Xoşbəxtlik axtarışında" filmində onunla tərəf-müqabili olan oğlu yenidən atası ilə "Nyutonun qanunu" filmində rol alacaq. Filmin prodüseri Vill Smitin özüdür. Ceyden atasının prodüser olduğu filmdə məktəb ekskursiyasından sonra qapalı elmi mərkəzə düşən istedadlı gənc ixtiraçı obrazını canlandıracaq. Filmin premyerası 2009-cu ilə planlaşdırılıb.[7]

Filmoqrafiya

redaktə
  1. Pis oğlanlar (1995)
  2. Qara geyimli adamlar (1997)
  3. Vəhşi, vəhşi, Vest (1999)
  4. Bager Vansın əfsanəsi (2000)
  5. Əli (2001)
  6. Qara geyimli adamlar-2 (2002)
  7. Pis oğlanlar-2 (2003)
  8. Cersidən olan qız (2004)
  9. Mən əfsanəyəm (film, 2007)

İstinadlar

redaktə
  1. ↑ LADbible (ing.). 2012.
  2. ↑ https://www.theguardian.com/film/2022/apr/01/will-smith-resigns-academy-awards-slap-oscars.
  3. ↑ Will Smith // Internet Broadway Database (ing.). 2000.
  4. ↑ Will Smith // Encyclopædia Britannica (ing.).
  5. ↑ Deutsche Nationalbibliothek Record #12100869X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. ↑ "Vill Smit Hollivud ulduzları arasında ən çox qazanan aktyordur". 2008-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-09.
  7. ↑ Vill Smit özünə varis hazırlayıb [ölü keçid]
  Vikisitatda Vill Smit ilə əlaqədar sitatlar var.
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vill_Smit&oldid=7702902"
LOVE.AZ