Mədəni üzüm (lat. Vitis vinifera) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
Mədəni üzüm | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Mədəni üzüm |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azərbaycan, Orta Asiya, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İran, Əlcəzair, Avropa və Şimali Amerika ölkələrində təbii arealları vardır.
Naxçıvan MR, Zaqatala-Balakən, Lerik, Yardımlı, Oğuz, Qəbələ, Göygöl rayonları ərazilərində yayılmışdır.
Azərbaycanın nadir, relikt bitki növüdür.VU D2.
Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir.
Azərbaycanda arealı geniş deyildir.
Meşə üzümü sarmaşan və dırmaşan bitkidir. Gövdəsinin rəngi bozumtul olub nazik çıxıntılıdır. Yarpaqları sadə, dilimlidir. Yarpaqların uzunluğu 5-8 sm ölçüsündə olur. Yarpaq saplaqlarının uzunluğu 5-8 sm, tüklü və ya çılpaq olur. Yarpaqlar gövdə üzərində növbə ilə düzülmüşdür.Yarpaqlarının kənarları kobud, iti dişlidir. Çiçəkləri bircinslidir. Çiçəkləri salxım çiçək qrupunda toplanmışdır. İki evli bitkidir. May ayında çiçəkləyir və sentyabr ayında meyvəsi yetişir. Meyvələri qaramtıl-boz, bəzən ağ rəngində olur. Təbiətdə tək və ya qruplar halında rast gəlinir.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.
Bitkinin yayıldığı bölgələrdə yasaqlıqların təşkil edilməsi vacibdir.