. Love.az

Vladimir Otradinski - Wikipedia - Love.az

Ana Səhifə - Vladimir Otradinski

Vladimir Vladimiroviç Otradinski (rus. Владимир Владимирович Отрадинский; 9 (22) mart 1904, Tiflis – 22 oktyabr 1970, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1956).

Vladimir Otradinski
rus. Владимир Владимирович Отрадинский
Doğum tarixi 9 (22) mart 1904
Doğum yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 oktyabr 1970(1970-10-22) (66 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Fəaliyyəti teatr və kino aktyoru
Fəaliyyət illəri 1925–1970
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19561956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1941
"Şərəf nişanı" ordeni — 19591959

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 İfa etdiyi əsas rollar
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar

Həyatı

redaktə

Vladimir Otradinski 9 (22) mart 1904-cü ildə Tiflisdə anadan olmuşdur. 1925-ci ildə Tiflisdəki teatr studiyasını bitirmişdir. Elə həmin ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Maqnitoqorsk və Sverdlovskdakı teatrlarda işləmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrının truppasına daxil olmuşdur.[1][2]

Müxtəlif xarakterli rolların ifaçısı olan Otradinskinin yaradıcılıq fəaliyyətinə kəskin satirik və komik obrazlar daha yaxın olmuşdur. Aktyor 22 oktyabr 1970-ci ildə Bakıda vəfat etmişdir.[3]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 2 fevral 1956[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 8 yanvar 1941[⇨]
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 24 mart 1961

İfa etdiyi əsas rollar

redaktə
  • "Kreml saatı", Nikolay Poqodin — Zabelin
  • "Vaqif", Səməd Vurğun — Vaqif
  • "Nazirin xanımı", Branislav Nuşiç — Ninkoviç
  • "Hamam", Vladimir Mayakovski — İvan İvanoviç
  • "Bir stəkan su", Ejen Oqüst — Bolinqbrok
  • "Qağayı", Anton Çexov — Dorn
  • "Fiqaronun toyu", Pyer Bomarşe — Qraf Almaviva
  • "Orfey cəhənnəmə düşür", Tenessi Vilyams — Ceyb Torrens
  • "Afrodita adası", Aleksis Parnis — Eduard Vilson
  • "Nikbin faciə", Vsevolod Vişnevski — Zabit
  • "Təyinat", Aleksandr Volodin — Ata
  • "Qanadlar", Aleksandr Korneyçuk — Fyodor Tereşenko
  • "Məkr və məhəbbət", Fridrix Şiller — Vurm
  • "Vassa Jeleznova", Maksim Qorki — Sergey Petroviç
  • "Barbarlar", Maksim Qorki — Sergey Siqankov
  • "Günəş övladları", Maksim Qorki — Pavel Protasov
  • "Şıltaq qızın yumşalması", Vilyam Şekspir — Baptista

Filmoqrafiya

redaktə
  • Bakılılar (film, 1938) — menşevik
  • Səhər (film, 1960) — polkovnik
  • Əmək və qızılgül (film, 1962)
  • Zəncirlənmiş adam (film, 1964)

İstinadlar

redaktə
  1. ↑ Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. Нежин — Сярев. М.: Советская энциклопедия. 1965. стб. 234. 40 500 экз.
  2. ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 178–180. ISBN 978-9952-8306-3-7.
  3. ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 394–395.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vladimir_Otradinski&oldid=6854504"
LOVE.AZ