17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi.[1] Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya — Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb.
Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu.[2] Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.[3]
Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib .
Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər.[4]
2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb.[5] Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.[6]
Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib.[7] Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.[8]
Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi.[9] Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.[10]
Beynəlxalq hüquq nöqteyi-nəzərindən yetkinlik yaşına çatmayanların zorla deportasiyası insanlığa qarşı cinayət hesab olunur:[11]
BMT Komissiyası ukraynalı uşaqların deportasiyasını müharibə cinayəti kimi qiymətləndirdi.[16]
The New York Times Rusiyanın öz məmurlarını təslim etməkdən imtina etməsi və məhkəmənin müttəhimləri qiyabi mühakimə etməməsi səbəbindən cənab Putinin hakimiyyətdə qaldığı müddətdə mühakimə ehtimalının cüzi olduğunu bildirib.[17] ABŞ Dövlət Departamentinin Müharibə Cinayətləri Məsələləri üzrə sabiq nümayəndəsi Stefen Rap bu barədə qeyd etmişdir ki, əgər Putin səyahət edərsə, həbs riski ilə üzləşir vəbu qərarın bitmə tarixi yoxdur.[18] Utrext Universitetinin professoru İva Vukusiçin fikrincə, Putin açıqca müttəfiq olan və ya heç olmasa bir qədər Rusiya ilə müttəfiq olan ölkələrdən başqa heç bir yerə səyahət edə bilməyəcək.[19]
Sky News analitiki Şon Bellin fikrincə, həbs qərarı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh danışıqlarını çətinləşdirə bilər.[20] Əl-Cəzirə jurnalisti Əhməd Tveyc iddia edir ki, Putin kimi keçmiş ABŞ prezidenti Corc Buş da İraq müharibəsindəki rolu və müharibə cinayətlərinə görə BCM qarşısında cavab verməlidir.[21] İngilis jurnalisti Corc Monbiot Guardian — da Putini hədəf alan BCM-nin təşkilatın qeyri-qərblilərin cinayətlərinin mühakimə olunması lehinə olan qərəzinin nümunəsi olduğunu yazaraq "Bu cür cinayətlərdə afrikalılar daha böyük vəhşiliklər törədən qərb liderlərinə qarşı siyasi müdafiələrindən istifadə etmirlər" qeyd etmişdir.[22]