. Love.az

Vladimir Roqovoy - Wikipedia - Love.az

Ana Səhifə - Vladimir Roqovoy

Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru.

Vladimir Roqovoy
rus. Владимир Роговой
Doğum tarixi 5 fevral 1923
Doğum yeri Kiyev, SSRİ
Vəfat tarixi 20 fevral 1983 (60 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
  • Kuntsevo qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti kinorejissor, film prodüseri
Təhsili
  • Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu (–1950)
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı "Leninqradın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
RSFSR əməkdar incəsənət xadimi
IMDb ID0737380

Həyatı

redaktə

Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı[1], Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır.

1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir.

Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir.

Filmoqrafiya

redaktə
  1. Boşboğaz (film, 1978) / rus. Баламут

İstinadlar

redaktə
  1. ↑ "Кинорежиссер Владимир Роговой (1923-1983 гг.). Заслуженный деятель искусств РСФСР". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vladimir_Roqovoy&oldid=6689327"
LOVE.AZ