. Love.az

Vladimir Roxlin - Wikipedia - Love.az

Ana Səhifə - Vladimir Roxlin

Vladimir Abramoviç Roxlin — yəhudi riyaziyyatçı, alim.

Vladimir Roxlin
Влади́мир Абра́мович Ро́хлин
Vladimir Roxlin, 1966
Vladimir Roxlin, 1966
Doğum tarixi 23 avqust 1919
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi 3 dekabr 1984 (65 yaşında)
Vəfat yeri Leninqrad, SSRİ
Dəfn yeri
  • Leninqrad
Uşağı Vladimir Roxlin (II)
Atası Abram Roxlin
Anası Henrietta Levenson
Milliyyəti yəhudi
Təhsili Moskva Dövlət Universiteti
Fəaliyyəti riyaziyyatçı, topologist, universitet müəllimi[d]

Həyatı

redaktə

1919-cu ildə Bakı şəhərində doğulmuşdur.[1] Abram Roxlinin oğlu idi. Anasını 4 yaşında itirən Vladimir 1935-ci ildə Moskva Dövlət Universitetinə qəbul olmuş, 1941-ci ildə cəbhəyə könüllü getmiş, Nasist Almaniyasında əsir düşmüşdür. 4 il burada əsir qalmış, 2 il də Sovet düşərgələrində saxlanmışdır. Müəllimləri Andrey Kolmoqorov və Lev Pontryaginin səyləri nəticəsində azad edilərək riyaziyyata qayıtmışdı.[2] 1959-cu ildən sonra Leninqradda riyaziyyat dərsi demiş, həndəsə, ehtimal nəzəriyyəsi, entropiya barədə önəmli işlərə imza atmışdır.[1] Roxlin teoreminin müəllifidir. 1984-cü ildə vəfat etmişdir.

Ailəsi

redaktə

Abram Roxlin və Henrietta Levensonun oğlu, Emmanuil Levensonun nəvəsi, Korney Çukovskinin bacısıoğludur. Riyaziyyatçı Vladimir Vladimiroviç Roxlinin atasıdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 A. M. Vershik (1989). Vladimir Abramovich Rokhlin—A biographical tribute (23.8.1919–3.12.1984) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Ergodic Theory and Dynamical Systems, 9, səh 629-641. doi:10.1017/S0143385700005265.
  2. ↑ В поисках утраченной топологии (под редакцией Л. Гийу и А. Марена), — Москва: Мир, 1989 (стр. 9).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vladimir_Roxlin&oldid=7862835"
LOVE.AZ