Vladimir Vladimiroviç Velyaminov-Zernov (12 (24) noyabr 1830, Sankt-Peterburq[2] – 30 yanvar (12 fevral) 1904, Kiyev[2]) — Rusiya tarixçi-şərqşünası, dilçisi.
Vladimir Velyaminov-Zernov | |
---|---|
![]() | |
Doğum tarixi | 12 (24) noyabr 1830 |
Doğum yeri | |
Vəfat tarixi | 30 yanvar (12 fevral) 1904 (73 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | tarix[1], şərqşünaslıq[1], türkologiya[1], arxeologiya[1], dilçilik[1], numizmatika[1] |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() |
![]() |
Vladimir Vladimiroviç Velyaminov-Zernov 24 noyabr 1830-cu ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1850-ci ildə Aleksandrovski liseyini bitirmişdi. Hələ lisey illərindən Şərq dilləri ilə maraqlanırdı. Gerasim Pavskidən yəhudi dilini öyrəndi. Sankt-Peterburq Universitetinin professorlarından isə ərəb və fars dillərini əxz etdi.
Vladimir Velyaminov-Zernov 1851-ci ildə Xarici İşlər nazirliyinin Asiya departamentinə xidmətə düzələrək Orenburq quberniyasına getdi. Orda tədqiq edilməmiş türk dilləri ilə məşğul olmağa başladı. Burda ilk işi olan "Исторические известия о киргиз-кайсаках в отношении России со Средней Азией со времен кончины Абдул-Хаир хана (1748–1765)" əsərini yazdı. Bu əsəri əvvəlcə hissə-hissə qəzetdə dərc etdirdi. Ufada 1853–1855-ci illərdə kitab şəklində nəşr etdirdi.
Vladimir Velyaminov-Zernov 30 yanvar 1904-cü ildə Kiyevdə vəfat edib.