. Love.az

Volkan Konak - Wikipedia - Love.az

Ana Səhifə - Volkan Konak

Volkan Konak (27 fevral 1967, Maçka, Trabzon ili – 31 mart 2025[1], Qazimağusa[d][3][4]) — Türkiyə müğənnisi, bəstəkar və söz yazarı. O, türk xalq musiqisi, türk sənət musiqisi, pop və rok janrlarında ifaları ilə tanınır.

Volkan Konak
türk. Volkan Konak
Ümumi məlumatlar
Doğum adı Volkan Konak
Ləqəbi Kuzeyin Oğlu
Doğum tarixi 27 fevral 1967(1967-02-27)
Doğum yeri
  • Maçka, Trabzon ili, Türkiyə
Vəfat tarixi 31 mart 2025(2025-03-31)[1] (58 yaşında)
Vəfat yeri
  • Qazimağusa[d], Şimali Kipr[3][4]
Vəfat səbəbi ürək tutması[5]
Uşağı 3[2]
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, müğənni, mahnı yazarı[d], musiqiçi
Fəaliyyət illəri 1987–2025
Janrlar türk xalq musiqisi, türk sənət musiqisi, pop, rok
Albom şirkəti Doğan Musiqi Şirkəti (DMC)
Təhsili
  • İstanbul Texniki Universiteti,
  • İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası
volkankonak.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
  • 3 Ölümü
  • 4 İstinadlar

Həyatı

redaktə

Volkan Konak 27 fevral 1967-ci ildə Türkiyənin Trabzon şəhərində doğulub. Uşaqlıqdan musiqiyə maraq göstərən Konak, musiqi təhsilini Trabzon Musiqi Liseyində almışdır.[6] Karyerasına 1989-cu ildən başlamış və o vaxtdan bəri bir çox albomlar çıxarmışdır.

Karyerası

redaktə

Volkan Konak musiqi karyerasına 1989-cu ildən başlamışdır. O, ilk dəfə 1990-cı illərin əvvəllərində özünün ilk albomunu yayımlamışdır. Albomları bir çox musiqi mükafatlarına layiq görülmüş və çox sayda fanatı tərəfindən sevilmişdir.

Konak həmçinin türk xalq musiqisi və türk sənət musiqisi janrlarında da müvəffəqiyyət qazanmışdır. O, zaman-zaman pop və rok janrlarında da ifalar etmiş və dinləyicilərinə müxtəlif musiqi üslublarını təqdim etmişdir.

Ölümü

redaktə

30 mart 2025-ci ildə Şimali Kipr Türk Respublikasında verdiyi konsert zamanı ürək tutması keçirib. Hadisə yerinə çağırılan təcili yardım ilə Famaqusta Dövlət Xəstəxanasına aparılan 58 yaşlı sənətçi, xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, 31 mart 2025-ci ildə saat 00:42-də vəfat edib.[7] 1 aprel 2025-ci ildə Barbaros Xeyrettin Paşa Məscidində cənazə namazı qılındı. Cənazəsi, 2 aprel 2025-ci ildə doğulub boya-başa çatdığı Trabzon şəhərinin Maçka rayonunun Güney Mahalləsi'ndə dəfn olundu.[8]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Usta sanatçı Volkan Konak hayatını kaybetti - Sözcü Gazetesi (türk.). 2025.
  2. ↑ Volkan Konak evlendi! 3 çocuk babası 25 yıl sonra eşi Selma Konak ile düğün yaptı. TGRT Haber.
  3. ↑ 1 2 Konser sırasında fenalaşan Volkan Konak hayatını kaybetti.... Kıbrıs Postası, 2025.
  4. ↑ 1 2 Şarkıcı Volkan Konak hayatını kaybetti. Anadolu agentliyi, 2025.
  5. ↑ Volkan Konak’ın ölümüyle ilgili kahreden ayrıntı.
  6. ↑ "Karadeniz müziğinin hırçın sesi: Volkan Konak". Anadolu Ajansı. aa.com.tr. 27 fevral 2021. İstifadə tarixi: 5 aprel 2025.
  7. ↑ "Volkan Konak hayatını kaybetti". Ulusal Kanal. Ulusal Kanal. 31 mart 2025. İstifadə tarixi: 5 aprel 2025.
  8. ↑ "Kuzeyin Oğlu Volkan Konak memleketinde son yolculuğuna uğurlandı". Habertürk. Habertürk. 2 aprel 2025. İstifadə tarixi: 5 aprel 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Volkan_Konak&oldid=8107376"
LOVE.AZ