. Love.az

Vollastonit - Wikipedia - Love.az

Ana Səhifə - Vollastonit

Vollastonit Ca3 [Si3O9] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Vollastonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaSiO₃
Strunz təsnifatı VIII/D.08a[1]
Xüsusiyyətləri
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Növ müxtəliflikləri
  • 2 Xassələri
  • 3 Mənşəyi və yayılması
  • 4 Tətbiqi
  • 5 İstinadlar
  • 6 Mənbə
  • 7 Xarici keçidlər

Növ müxtəliflikləri

redaktə

Ferrovollastonit (~10 % FeO), manqanvollastonit.

Xassələri

redaktə

Rəng – ağ, boz, bəzən solğun-yaşıl, az hallarda əti-qırmızı; Mineralın cizgisinin rəngi – ağ, Parıltı –  şüşə, sədəf; Şəffaflıq – qeyri-şəffaf, bəzən şəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {001} və {101} üzrə orta; Sınıqlar – pilləli-qeyri-hamar, tikanlı; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; lövhəli, sütunvari, iynəvari; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: vərəqvari, bitişmiş lövhəciklər, lifli, radial-şüalı, çubuq- və qabıqvari, dənəvər.

Mənşəyi və yayılması

redaktə

Kalsiumlu skarnların və regional metamorfizmə uğramış əhəngdaşlarının səciyyəvi mineralıdır. Habelə əhəngli kristallik şistlərdə, başqa minerallarla birgə ksenolitlər şəklində bəzi maqmatik süxurlarda (qabbro, noritlər, qələvi əmələgəlmələr və b.), bəzən vulkan tullantılarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, kvars, qranatlar, vezuvian, diopsid, epidot, danburit, datolit, olivin, aksinit və b. Mineralın tapıldığı yerlər: Vidsboro (ABŞ); Aransasu (Meksika); Lyanqar, Tetyüxe (Rusiya); Parqas (Finlandiya); Mirsk (Polşa); Monte-Somma və Vezuvi vulkanları (İtaliya); Billenvald (Almaniya) və bir çox başqa yerlər. Azərbaycanda Tərtər çayının yuxarı axınında Kəlbəcər rayonunda yerləşən İstisu vollastonit təzahürində, həmçinin Laçın, Daşkəsən və Gədəbəy rayonlarının kontakt-metasomatik əmələgəlmələrində, Kiçik Qafqazın ofiolit formasiyasının ultraəsasi süxurlarında qeyd edilir.

Tətbiqi

redaktə

Keramika sənayesində, lak-boya materiallarının, minanın, müxtəlif uduçuların, gübrələrin istehsalında geniş istifadə edilir. Vollastonit, hedenbergit və datolitdən təşkil olunmuş gözəl zolaqlı və konsentrik-zonal skarn tipli əmələgəlmələr yarımqiymətli daş kimi praktik əhəmiyyət kəsb edir.

İstinadlar

redaktə
  1. ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.

Mənbə

redaktə
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

redaktə
  • THE MINERAL WOLLASTONITE
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vollastonit&oldid=6327174"
LOVE.AZ