Vornak, Vurnak[2][q 1], (1935–ci ildən) Akner (erm. Ակներ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı həm Vornak, həm də Vurnak kimi qeyd edilir[3]; Ermənistan SSR təşkil edildikdən 1935–ci ilədək rəsmən Vornak adlansa da, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935–ci il tarixli fərmanı ilə kəndin adı Akner olaraq dəyişdirildi.[4][5] 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Allahverdi şəhəri ilə birlikdə "Alaverdi bələdiyyəsi"ni (erm. Ալավերդու քաղաքային համայնքի) təşkil edir.[6] 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 512 nəfərdir.[7]
Vornak | |
---|---|
![]() | |
41°04′59″ şm. e. 44°41′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |