. Love.az

Vrbas Banovinasi - Wikipedia - Love.az

Ana Səhifə - Vrbas Banovinasi

Vrbas banovinası (serb-xorv. Врбаска бановина/Vrbaska banovina) — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina).

Vrbas banovinası
serb-xorv. Врбаска бановина/Vrbaska banovina

44°26′27″ şm. e. 17°11′44″ ş. u.HGYO


Ölkə
  •  Yuqoslaviya krallığı
Daxildir 24 qəza
İnzibati mərkəz Banya Luka
Tarixi və coğrafiyası
Yaradılıb 1929
Ləğv edilib 1941
Saat qurşağı
  • UTC+01:00
Əhalisi
Əhalisi 1 037 382 nəfər (1931)
Banovinanın 1939-cu ildə xəritəsi
Banovinanın 1939-cu ildə xəritəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Tarixi
  • 3 Əhalisi
  • 4 Banlar
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Coğrafiyası

redaktə
 
Yuqoslaviya banovinalarının 1929-cu ilə aid xəritəsi

Vrbas banovinası krallığın mərkəzi hissəsində, Bosniyanın şimalında yerləşirdi. Vilayətin paytaxtı Banya Luka şəhəri olmuşdur. Şimal və qərbdə Sava banovinası, cənubda Sahil banovinası, şərqdə Drina banovinası ilə həmsərhəd idi. Banovinanın bu adı burada axan Vrbas çayına görə verildi.

Tarixi

redaktə
Bosniya və Herseqovina tarixi
 
Bu məqalələr ölkə seriyasındandır
Slavyanlardan öncəki dövr
İllirik • Dalmatsiya
Orta əsrlər
Bosniya banatı • Bosniya krallığı
Osmanlı İmperiyası
Bosniya əyaləti • Bosniya vilayəti
Avstriya-Macarıstan
Bosniya və Herseqovina kondominiumu
Yuqoslaviya
Vrbas banovinası • Drina banovinası • Zeta banovinası • Xorvatiya banovinası
Müstəqil Xorvatiya Dövləti
Bosniya və Herseqovina Sosialist Respublikası
Müstəqillik dövrü
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası
Bosniya və Herseqovina

 
  • b
  • m
  • r

1939-cu ildə Vrbas banovinasının şimal-şərq ərazisinin bir hissəsi Xorvatiya banovinasına verildi. 1941-ci ildə onun ərazisi Müstəqil Xorvatiya Dövlətinin tərkibinə daxil oldu, 1945-ci ildə banovinanın böyük hissəsi Bosniya və Herseqovina Sosialist Respublikasının, kiçik bir hissəsi isə Xorvatiya Sosialist Respublikasının tərkibinə daxil oldu.

Əhalisi

redaktə

1931-ci ildə əhalinin dini tərkibi[1]:

  • pravoslavlar — 600 529 (57,9 %)
  • roma katolikləri — 172 787 (16,66 %)
  • evangelist xristianlar — 3377 (0,3 %)
  • digər xristianlar — 9245 (0,9 %)
  • müsəlmanlar — 250 265 (24,13 %)
  • digərləri — 1179 (0,11 %)

Banlar

redaktə
  • Svetislav Miloslavleviç (1929—1934)
  • Draqoslav Corceviç (1934—1935)
  • Boqolyub Kuyunciç (1935—1937)
  • Todor Lazareviç (1937—1938)
  • Nikola Stoyanoviç (1939—1941)

Həmçinin bax

redaktə
  • Bosniya diyarı

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-08-15.

Xarici keçidlər

redaktə
  • Xəritə
  • Xəritə
  • Yuqoslaviya Krallığı Konstitusiyası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vrbas_banovinası&oldid=6689481"
LOVE.AZ