Salam. Hamınız bildiyiniz kimi YM, SM və SS məqalələrinin üzərində çoxlu əzablar çəkilir. Statistika göstərir ki, həmin məqalələrdə 95% istifadəçi fəaliyyəti vandalizmdir. Ona görə təklif edirəm ki, ya bu məqalələri müddətsiz mühafizə edək. Demokratiya olsun deyə, avtoistifadəçilər və təsdiqlənmiş istifadəçilərə icazə vermək olar. Xahiş edirəm bütün idarəçilər (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, NMW03, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon səs versin.— Azerifactory (müzakirə) 06:56, 31 dekabr 2020 (UTC)
Müddət: 11 fevral — 26 fevral 2020
Salam hörmətli idarəçilər! Qolcomaq (müzakirə • töhfələr • statistikalar) adlı idarəçimizin idarəçi hüququnun nə üçün alınmalı olduğunu aşağıda qeyd etmişəm:
Şərh: ::) Əsas gətirdiyiniz əsaslandırmalar, onu göstərir ki, mənin sizinlə hacansa münaqişələrim olub. Açığı mənim yadımdan çoxdan çıxıb. Amma görürnən odur ki, bu sizin yadınızdan çıxmayıb. Elə buna görə deyə bilərəm ki, kimim kimi kin bəsləməkdə ittiham etməsi gülüş doğurur. Mənim fəaliyyətimdə səhvlərin ola bilməsi mümkündür, bu texniki, fiziki və s. amillərdən baş verə bilər. Bununla bağlı sizə hesabat verəsi deyiləm. Sizə məsləhətim odur ki, kin bəsləməni kənara qoyub vikipediyanı məqalələrlə zənginləşdirin. Çünki sizin kininizin nə sizə nə də vikipediyaya bir faydası yoxdur. Amma başqa ehtimallarda var, görünür başqa sifarişçilərdə var. Amma ağa qara deməklə qaralmır. Müxalifəti olmayan yerdə inkişaf olmaz.. Mənə müxalif olduğunuzdan dolayı sizə böyük təşəkkür düşür :))__ Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 20:47, 11 fevral 2021 (UTC)
Şərh: Hörmətli Sortilegus ikinci redaktəyə diqqət etdiniz? İstifadəçi {{iş gedir}} şablonu qoyub və məqalə üzərində işləyir amma idarəçi bunu geri qaytarır. Bunun nəyini müzakirə edək? Açıq şəkildə idarəçi aləmindən sui-istifadə deyil? — Drabdullayev17 (müzakirə) 11:09, 12 fevral 2021 (UTC)
Şərh: Qolcomaq çox yaxşı istifadəçidir, neçə illərdi aktiv şəkildə Vikipediya üçün məzmun və məqalələr yaratmaqla məşğuldur ki, bizdə belə istifadəçilər çox azdır. Ona görə Qolcomaqa böyük sağ ol düşür. Amma idarəçi fəaliyyətinə gəlsək, açığı, Balazər Xanımla bağlı olan müzakirəni indi gördüm və çox təəccübləndim ki, idarəçi təcrübəli bir istifadəçi xəbərdarlıq etmədən, "vandallıq" səbəbi ilə bloklayıb. Heyif o vaxt münasibət bildirə bilməmişəm. Bloklama şərhinə təhqir yazmaq da Vikipediya üçün yaraşmayan hərəkətdir. Ümumiyyətlə, fikir verdim ki, idarəçinin fəaliyyətində əsas problem bloklamalarla bağlıdır. Əgər növbəti müddətlərdə də bu hallar davam etsə, lehinə səs verə bilərəm. Amma indi məncə istifadəçinin göstərilən tənqidləri nəzərə almasını gözləməyin doğru olduğunu düşünürəm.— 127-ci yapon imperatoru 03:44, 13 fevral 2021 (UTC)
Salam. (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, NMW03, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon
Elshad Iman (Elşad İman) ləqəbli istifadəçi yüzlərlə məqalələrdən illərin hyperlink-lərin silib. Məsələn - https://az.wikipedia.org/wiki/?q=%C6%8Flia%C4%9Fa_%C5%9E%C4%B1xlinski&diff=5812370&oldid=5715101
Sizcə bu düzdür yoxsa cəzalandırmaq lazımdır istifadəçini? Mənim qarşıma digər vikilərdə belə bir şey çıxmayıb. Əksinə orada hər şeyi hiperlink edirlər — Azerifactory (müzakirə) 06:07, 27 fevral 2021 (UTC)
Salam. (Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Nicat49, NMW03, Qolcomaq, Sortilegus, Toghrul Rahimli, Turkmen, Wertuose, White Demon. İstifadəçi Dr.Wiki54, yüzlərlə məqalələrdə müzakirəsiz addımlar atır.
Məsələn, Hellouin sözünü Hellovin kimi yazır. Hansı ki, Azərbaycan dilində Hellouin kimi gedir. Duayt Yorku "Dvayt York" kimi gedir, hansı ki, hətta Rus vikipediyasında Duayt York gedir. Bundan əlavə, Hacı Hüseyn Əfəndiyev və Üç nöqtə (qəzet) kimi məqalələrə sil şablonu yerləşdirib. Bəli, onlar qaralama formasındadır amma ensiklopedikdirlər. Bəs onda Vikipediya SNS nə üçündür?
Bütün bu amilləri götürüb, mən təkflif edirəm ki, istifadəçini cəzalandırmaq lazımdır. Amma konsensus olmadan bunu etmək istəmirəm. Xahiş edirəm fikirlərinizi bildirəsiz.— Azerifactory (müzakirə) 22:30, 14 iyun 2021 (UTC)
Müddət: 19 iyun — 4 iyul 2021
PS: Hələ istifadəçilərlə kobud rəftarı və digər əsassız sildiyi məqalələr haqqında bənd bənd qeyd etmədim. Bir çoxundan xəbəriniz var zatən. Əgər istəyən olsa onları da vaxt tapıb araşdıraraq buraya qeyd edə bilərəm. Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Toghrul R, Baskervill, NMW03, Drabdullayev17 Hörmətlə — eldarado ✉ 11:40, 19 iyun 2021 (UTC)
Bundan əlavə hər 4-5 aydan bir mənə qarşı belə səsvermə keçirməyiniz, mənə qarşı sizin şəxsi qərəzli olduğunuzu göstərir. Bu hansı qanunla doğrudur?
— Azerifactory (müzakirə) 11:49, 19 iyun 2021 (UTC)
Əgər mən həmin şəxsəmsə, niyə ban eləmədilər məni?
Yenə də deyirəm, mən idarəçi statusu itirməkdən qorxmuram. Az. məmurları kimi kreslodan bəlk yapışma sindromum yoxdur amma ədalətsizliyi sevmirəm. Bəzi adamlar kimi gedib sosial şəbəkələrdə hamıya yazıb, səs qazanmaq kimi özümü alçaldan deyiləm. Easy come, easy go ;) — Azerifactory (müzakirə) 12:10, 19 iyun 2021 (UTC)
Müddət: 19 iyun — 4 iyul 2021
Müddət: 5 iyul — 20 iyul 2021
Salam hörmətli idarəçilər. Bundan öncə Baskervillin statusunun alınması ilə bağlı səsvermə açılmışdı amma Baskervill facebookdakı bütün tanışlarına dəvətnamə göndərdiyi (özü şəffaf səsvermə olmasını istəmişdi ) üçün bu baş tutmamışdı. Unudanlar üçün xatırladım. Keçən ilki müzakirə 9 ildir idarəçi olan Baskervillin kukla hesab yaradıb səsvermələrdə iştirak etməsi, istifadəçilərə kobud davranması haqqında idi. İdarəçi bu səsvermədən dərs çıxarıb fəaliyyətinə düzəliş etmək yerinə artıq özbaşınalıq etməyə başlayıb. Beləki SNS-da vikicəmiyyətin qərarına əsasən silinmiş məqalələri (böyük ehtimalla facebookdan edilən xahişlərdən sonra) bərpa edir: [4], [5], [6], [7], [8], [9]. Baskervilldən bunun səbəbini soruşduqda isə onun yox mənim çirkin əməllərlə məşğul olduğumu deyir və şəxsi ensiklopedik etməyə çalışır. Daha sonra facebookdan yazır ki "mən özbaşınalıq etməmişəm. Yenə torbamı tikməyə çalışırsınız zad." Daha sonra isə çox güman ki yenə özbaşınalıq etmək istəyib məni bloklamaq istəyir amma idarəçi olduğum yadına düşür və yazır ki "kaş idarəçi olmamışdan əvvəl də belə danışardın".
Məşhur Nicat Manafov məqaləsi haqqında danışmaq istəyirəm. Belə ki yenə SNS qərarı nəticəsində silinmiş məqaləni (əvvəl özü neçə dəfə silsədə) heç nə olmamış kimi yaradır. Mən sildikdən sonra isə facebookdan yazır ki bəs "bu məqaləni silmə, Fəriddən heç də geri qalan oğlan deyil. Fərid söhbətində 180 dərəcə dönən kimi zəhmət çəkin bunda da geri dönün". 9 ildir idarəçi olan birinin dediyi sözləri görürsünüz? Elə danışır ki sanki heç məqalənin bərpa edilmə prosesindən xəbəri yoxdur. Mən prosesi izah etsəm də yenə öz bildiyini edir və deyir ki: "orasını bilmirəm daha. Sadəcə sizə xəbər verdim ki mən məqaləni yenidən yaratdım) bu qədər".
Keçək Zaur Qəriboğlu məqaləsinə. Bu məqalə də SNS qərarı əsasında silinməsinə baxmayaraq idarəçi tərəfindən özbaşına bərpa edilib. Mən məqaləni sildikdən sonra isə səhərisi gün həmin şəxs öz YouTube kanalında mənim adımı və soyadımı deyərək məni "tənqid edir" və nə üçün ermənilər haqqında olan məqalələri silmədiyimi soruşur. Mənim ad-soyadım Vikipediyada yoxdur. Şəxs bunu burdan öyrənə bilməz. Çox gümanki Baskervill mən məqaləni sildikdən sonra adımı həmin şəxsə verib. Bu sadəcə bir iddiadır və sübutum yoxdur. Türklər demiş, "yemin edebilirim ama kanıtlayamam"
Gördünüyüz kimi idarəçi hüquqlarından sui-istifadə edərək çox sayda qayda pozub Vikipediyanın işini pozmuşdur. Bu qədər özbaşınalıq edən və qaydaları görməzdən gələn bir istifadəçi idarəçi olmamalıdır.
Son olaraq hörmətli Baskervilli VP:SƏSTAYA qaydasıyla tanış etmək istəyirəm. Bu qaydaya sizi dəstəkləyəcək şəxslərə dəvət göndərməməlisiniz. Göndərsəniz bu pozduğunuz qaydalara daha birini əlavə edəcək.
Bütün bu səbəblərə görə bütün idarəçilərdən (Sortilegus, Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Qolcomaq, Turkmen, Toghrul R, Baskervill, NMW03, Drabdullayev17) səsvermədə iştirak etməsini xahiş edirəm. — NMW03 (müzakirə) 14:54, 5 iyul 2021 (UTC)
Mənim Baskervill-ə münasibətim birmənalı deyil, bunu da həmişə bildirmişəm, idarəçi özü də, vikicəmiyyət də bu münasibəti bilir. Amma mən bu cür müzakirələrdə heç vaxt münasibəti əsas almıram, müzakirənin mahiyyətinə fikir verirəm. Bu müzakirə ilə bağlı mövqeyimi bənd-bənd yazacam.
P.S. Yuxarıda yazdıqlarımı özüm də bir daha oxuyandan sonra bu məsələdə də "Azerifactory" ilə bağlı məsələdə olduğu kimi qərarsız qaldığımı bildirməliyəm. Ona görə idarəçilərin ümumi qərarı nə olacaqsa, onu dəstəkləyəcəm, amma özüm səsverməklə münasibət bildirməyəcəm. — Sortilegus (müzakirə) 17:45, 8 iyul 2021 (UTC)
Uzun sözün qısası, müraciətin edilməsinə səbəb olan hadisələr və müzakirənin gedişatı narahatedicidir. Hər iki istifadəçini tanıyıram, hər iki istifadəçinin fəaliyyəti dəyərlidir, hər iki istifadəçinin tapdaladığı qaydalar var. Fikrimi bildirirəm, lakin müraciətin nə lehinə, nə də ki əleyhinə səs verəcəyəm. Hamınıza uğurlar! --► Hörmətlə: SolaVirum 12:40, 9 iyul 2021 (UTC)
Salam hörmətli idarəçilər. Hərbi xidmətə yola düşdüyüm üçün idarəçi statusumdan imtina etmək qərarı aldım. Yaddaşlarda qeyri-aktiv idarəçi olaraq qalmaq istəmədiyim üçün bunu edirəm. Gedib-gəldikdən sonra yenidən səsvermə açıb icmanın qərarını gözləyəcəm. Özünüzə yaxşı baxın.
P.S VP:ŞİRKƏT qaydasını hazırlamışam amma müzakirəyə çıxaracaq qədər vaxtım yoxdur. Ona görə də sizdən (digər istifadəçilər də daxil olmaqla) xahiş edirəm ki müzakirəyə (əgər müzakirə uğurlu alınarsa səsverməyə təbii ki) çıxarın.— NMW03 (müzakirə) 20:41, 1 oktyabr 2021 (UTC)
Salam. Vikipediya:İdarəçilər səsverməsində Sura Shukurlu-nun səsverməsində lehinə səslərin sayı 100 faiz olsa da, minimum 15 səs gəlmədiyi üçün hal-hazırda seçilməmiş sayılır. Daha əvvəlki səsvermələrdə belə halla rastlaşdığımızı xatırlamıram. Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarında "Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər." belə bir bənd var. Burda səsvermənin uzadılması qeyd olunmayıb, bu təcrübədən istifadə edilməyib heç. Amma bu halda səsvermənin yenilənməsi yeni namizədlik kimi başa düşülmür, məncə. Bu barədə fikirlərinizi gözləyirəm. Eminn (müzakirə) 16:45, 16 dekabr 2021 (UTC)