. Love.az

Xelefbeyovlar - Wikipedia - Love.az

Ana Səhifə - Xelefbeyovlar

Xələfbəyovlar — Azərbaycanın soylarından biri.

Xələfbəyovlar
Titul Bəy
Əcdadı Xələf bəy Qarabaği
Mənşəyi Qarabağ, Şuşa, Gəncə, Naxçıvan
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Soyun yaranması

redaktə

Bu soyun ulu babası Xələf bəydir. Xələf bəy XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. İbrahimxəlil xan Cavanşirin və onun oğlu Mehdiqulu xan Cavanşirin naziri olmuşdu. Nazir xəzinədarlıq vəzifələrini yerinə yetirirdi. Xanlığın xəzinələrinin məsrəfinə, əmlakın düzgün xərclənməsinə nəzarət edirdi.

Xələf bəy mülkədar idi. Şuşa şəhərində rəiyyətin, xeyli əmlakın, Vərəndə mahalının Heşan, İsfəhancıq kəndlərində rəiyyətin, torpaqların yiyəsi sayılırdı.

Xələf bəyin törəmələri rus üsul idarəsi dövründə Xələfbəyov soyadını daşıyırdılar.

Soyun tanınmış nümayəndələri

redaktə
  • Rafiq Xələfov — nazir, əməkdar mühəndis.
  • Fəxriyyə Xələfova — modelyer, əməkdar incəsənət xadimi.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Xələfbəyovlar: Xələfdən sələfə. "Soy" dərgisi, 11 (31), Bakı, 2009.

Həmçinin bax

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xələfbəyovlar&oldid=8114412"
LOVE.AZ