Cəbrayılov Xəqani Sərdar oğlu (24 yanvar 1968, Cahangirbəyli, Zəngilan rayonu) — ehtiyatda olan general-mayor.
Xəqani Cəbrayılov | |
---|---|
Xəqani Sərdar oğlu Cəbrayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1968(1968-01-24) (57 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru qoşunları |
Xidmət illəri | 1989-2021 |
Rütbəsi | General-mayor |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Xəqani Cəbrayılov 24 yanvar 1968-ci ildə Zəngilan rayonun Cahangirbəyli kəndində anadan olub. 1985-ci ildə Cahangirbəyli kənd orta məktəbini bitirdikdən sonra Blaqoveşensk Ali Tank Komandanlıq Məktəbinə daxil olub. 23 iyul 1989-cu ildə həmin məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi alıb. 1989-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin mart ayından etibarən Azərbaycan Ordusunda xidmətə başlayıb. Bölük, tabor və birləşmə komandiri vəzifələrində xidmət edib. Birləşmə komandiri vəzifəsinə təyin edilib. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə tabor komandiri olub. 1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını bitirib. 25 iyun 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2021-ci ilin yanvar ayında ehtiyata buraxılıb.
Xidməti dövründə 1 orden və 15 medalla təltif edilib.