Xəzər neftçiləri haqqında dastan | |
---|---|
Janr | sənədli film |
Rejissor | Roman Karmen |
Ssenari müəllifləri |
İosif Osipov İmran Qasımov Roman Karmen |
Operatorlar |
Roman Karmen Cavanşir Məmmədov Arkadi Zenyavin Sergey Medınski |
Bəstəkar | Qara Qarayev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1953 |
Filmin növü | tammetrajlı bədii-sənədli film |
Müddət | 53 dəq. |
Ölkə |
![]() |
İl | 1953 |
Texniki məlumatlar |
6 hissə 1547 metr 35 mm |
Rəng | rəngli |
1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır.
Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir.
Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır.
2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı.