Bu səhifənin XI Leo olaraq adlandırılması təklif edilir. Səhifənin adının dəyişdirilməsi ilə bağlı müzakirədə iştirak edərək fikirlərinizi bölüşə bilərsiniz. Lütfən, müzakirə bitənə qədər səhifədən şablonu çıxarmayın. |
Aleksandr Ottavio Mediçi (it. Alessandro di Ottaviano de' Medici) və ya sonradan XI Lev (it. Leone XI; 2 iyun 1535, Florensiya – 27 aprel 1605[1][2][…], Roma) — Mediçilər ailəsinə mənsub son Roma papası.
XI Lev | |
---|---|
lat. Leo PP. XI | |
![]() | |
1 aprel – 27 aprel 1605 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Alessandro di Ottaviano de' Medici |
Doğum tarixi | 2 iyun 1535 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 1605(1605-04-27)[1][2][…] (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat, katolik keşişi[d] |
Ailəsi | Mediçilər[3] |
Dini | Roma-Katolik kilsəsi[4] |
|
|
![]() |
|
![]() |
1535-ci ildə Florensiyada Mediçilər ailəsində dünyaya gəldi. Atası italyan siyasətçi Ottavio Mediçi, anası isə Lorenzo Mediçinin nəvəsi Françesa Salviatidir. 11 yaşında atası vəfat etdi və Aleksandr dominikan rahibi Vinçenzo Erkolanonun himayəsində təlim-tərbiyə edildi. Uşaqlığından din sahəsinə meyilli olsa da, anasına buna etiraz etdi və Toskana hersoqu olan xalası oğlu I Kozimonun sarayına göndərildi.
1560-cı ildə Romaya getdi və orada gələcəkdə müqəddəs elan edilən rahib Filip Neriylə tanış oldu. 1566-cı ildə anasının vəfat etməsiylə dini karyerasına başladı. 22 iyul 1567-ci ildə baş tutan mərasimlə keşiş elan edildi.
1569-cu ildə papa V Piy tərəfindən Florensiya səfiri təyin olundu və 1584-cü ilədə bu vəzifədə xidmət etdi. Əlavə olaraq, 1573-cü ildə papa XIII Qriqori tərəfindən yepiskopluğa yüksəldi. 1574-cü ildə Florensiya başyepiskopu seçildi. 1583-cü ildə papa V Sikst tərəfindən kardinal, 1596-cı ildə isə papa VIII Klement tərəfindən Fransa səfiri təyin olundu.
Papa VIII Klementin ölümündən 11 gün sonra - 14 mart 1605-ci ildə baş tutan və 62 kardinalın iştirak etdiyi konklavyedə iştirak etdi. Fransa kralı IV Henrinin açıq dəstəyilə 1 aprel günü seçimlərdə qalib gəldi və Roma papası seçildi. Böyük dayısı olan papa X Levin şərəfinə, XI Lev adını aldı. 10 apreldə tacqoyma mərasimi baş tutdu. Ancaq cəmi 27 gün sonra yaşlılıq və xəstəlik səbəbilə vəfat etdi.