. Love.az

Xabri - Wikipedia - Love.az

Ana Səhifə - Xabri

Xabri (q.yun. Χαβρίας; e. ə. V əsr, Afina – e.ə. 357, Xios) — Afina hərbi xadimi.

Xabri
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. V əsr
Doğum yeri
  • Afina
Vəfat tarixi e.ə. 357
Vəfat yeri
  • Xios
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı
  • Qədim Afina
Hərbi fəaliyyəti
Rütbəsi strateq

Həyatı

redaktə

Xabri hərbi karyerası Frasibul donanmasında (e.ə. 390–389-cu illər dəniz ekspedisiyası) başlamışdır. Daha sonra Korinf müharibəsi zamanı, e.ə. 391-ci ildə Korinf burnunda döyüşlər zamanı İfikratı muzdlu birləşmələrin komandiri kimi əvəz etməsiylə xatırlanır.

İfikrit və Timofey ilə yanaşı, Xabri e.ə. IV əsrin birinci yarısının ən yaxşı Afina sərkərdələrindən biri hesab olunur. Müvəffəqiyyətli bir sərkərdə olmaqla, afinalılara böyük xidmətləri olan o, müstəqil və təvazökar bir insan kimi səciyyələndirilsə də, afinalıların paxıllığından qaçmaq və öz istəklərinə uyğun yaşaya bilmək üçün Afinadan uzaqda yaşamağa üstünlük vermişdir. Bununla belə, Xabri e.ə. 366-cı ildə dövlət cinayəti (sərhəd şəhəri Oropu Fivaya köçürmək) ittihamı ilə məhkəmədə olmuş, lakin bəraət qazanmışdır.[1]

İstinadlar

redaktə
  1. ↑ Штоль Г. В. История Древней Греции в биографиях. — Смоленск: Русич, 2003. — 528 с., ил. ISBN 5-8138-0506-0.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xabri&oldid=7824810"
LOVE.AZ