. Love.az

Xaldan - Wikipedia - Love.az

Ana Səhifə - Xaldan
Bu məqalə eyniadlı rayonun inzibati mərkəzi olmuş və hazırda Yevlax rayonuna bağlı olan mövcud kənd haqqındadır. 1943–1956-cı illərdə mövcud olmuş rayon üçün baxın: Xaldan rayonu.

Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.

Xaldan
40°42′57″ şm. e. 47°13′38″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Yevlax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 33 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.818 nəf.
Xəritəni göstər/gizlə
Xaldan xəritədə
Xaldan
Xaldan

Tarixi

redaktə

Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir.[1]

Təhsil

redaktə

1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xaldan&oldid=7817020"
LOVE.AZ