Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (mart 2025) |
Xanbaba Tacir oğlu Bayramov — Alim, texnika elmləri doktoru, professor, Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası fakültəsinin dekanı (1989–1995), İnformatika və kompüter texnikası kafedrasının müdiri (1995–2001), əmək veteranı, 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
Xanbaba Bayramov | |
---|---|
Xanbaba Tacir oğlu Bayramov | |
Doğum tarixi | |
Doğum yeri | Kəmərli, Qazax rayonu, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | Texnika |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Xanbaba Bayramov 1928-ci ildə Qazax qəzasının Kəmərli kəndində anadan olmuşdur. 1947-ci ildə Kəmərli orta məktəbini bitirmişdir. 1949-cu ildə Qazax ikiillik müəllimlər institutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və 1949–1959-cu illərdə Tovuz rayonunun orta məktəblərində müəllim işləmişdir. 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universitet) bitirərək pedaqoji fəaliyyətini davam etdirmişdir.
1959–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu nda oxumuş və kompüterlərin sistem və şəbəkələri üzrə mühəndis ixtisasını almışdır.
1965-ci ildən institutun İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası kafedrasında assistent, 1968–1977-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1977–1980-ci illərdə Elektron hesablama kafedrasının baş müəllimi, 1980–1990-cı illərdə isə həmin kafedranın dosenti vəzifəsində çalışmışdır.
1975-ci ildə Özbəkistanın Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır.
1990-cı ildən Azərbaycan Politexnik İnstitutunun İnformatika və kompüter texnikası kafedrasının professoru olmuşdur. 1970–1989-cu illərdə Avtomatika və hesablama texnikası fakültəsinin dekan müavini, 1989–1995-ci illərdə isə fakültə dekanı olmuşdur. 1995–2001-ci illərdə İnformatika və kompüter texnikası kafedrasının müdiri vəzifəsində işləmişdir.
Hazırda həmin kafedranın professorudur.
Çoxsaylı elmi məqalələrin, üç dərs vəsaitinin müəllifidir.
Əmək veteranıdır. 2000-ci ildən Lütvi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.
2016-cı ildən təqaüddədir.