. Love.az

Xanlar Haciyev Huquqsunas - Wikipedia - Love.az

Ana Səhifə - Xanlar Haciyev Huquqsunas
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Xanlar Hacıyev.

Xanlar Hacıyev (9 sentyabr 1956, Kirovabad) — İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi

Xanlar Hacıyev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
14 iyul 1998 – 2003
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıFərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
14 iyul 1998 – 2003
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
noyabr 1993 – iyul 1998
ƏvvəlkiTahir Kərimli
SonrakıSüdabə Həsənova
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin birinci müavini
1992 – 1993
SədrTahir Kərimli
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
1991 – 1998
Şəxsi məlumatlar
Doğum tarixi 9 sentyabr 1956(1956-09-09) (68 yaş)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti hakim

Təltifləri "Şöhrət" ordeni

Həyatı

redaktə

Hacıyev Xanlar İrşad-Faiq oğlu 1956-cı il sentyabr ayının 9-da Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirmişdir.

1978–1980-ci illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda təcrübə keçmişdir. 1980-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasında təhsil almış və 1983-cü ildə disertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.

1983–1985-ci illərdə RSFSR Ali Məhkəməsində məsləhətçi, 1985–1988-ci illərdə isə "Sovet ədliyyəsi" jurnalında cinayət hüququ və cinayət prosesi şöbəsinin redaktoru vəzifələrində işləmişdir. 1988–1990-cı illərdə SSRİ Ali Məhkəməsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 1990–92-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1992–1993-cü illərdə Ali Məhkəmənin sədrinin birinci müavini, 1993-cü ilin noyabr ayından 1998-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri olmuşdur.

1998-ci ilin iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn hakimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinini Sədri vəzifəsinə təyin olunmuşdur.

Avropa Şurası Venesiya Komissiyasının, Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında hüquq islahatları komissiyasının, habelə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvü olmuşdur.

2002-ci ildə hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır.

2003-cü ilin aprel ayının 2-dən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsində fəaliyyət göstərir. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Ailəlidir, bir övladı var.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xanlar_Hacıyev_(hüquqşünas)&oldid=7389372"
LOVE.AZ