. Love.az

Xanlar Muradov - Wikipedia - Love.az

Ana Səhifə - Xanlar Muradov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (fevral 2025)

Xanlar Yunus oğlu Muradov (30 aprel 1946, Sumqayıt – 5 fevral 2005, Bakı) — Azərbaycan aktyoru və Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Xanlar Muradov
Xanlar Yunus oğlu Muradov
Doğum tarixi 30 aprel 1946(1946-04-30)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 fevral 2005(2005-02-05) (58 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000

Həyatı

redaktə

Xanlar Muradov 30 aprel 1946-cı ildə Sumqayıtda anadan olub.[1] Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olmuşdur (1973-cü il). Bu teatrda o 50-yə yaxın rol ifa etmişdir.

1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. O, teatrda işlədiyi müddətdə Danabaş kəndinin əhvalatları – Xudayar bəy, Qızıl toy – Rəhim, Subaylarınızdan görəsiniz – Seyfi, Səhnədə məhəbbət – milyonçu, Məhəbbət oyunun – Daşdəmirov, Nəğməli Könül – Fərrux kimi əksər tamaşalarda rollar oynamışdır.

28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.

5 fevral 2005-ci ildə Bakıda vəfat edib.[2]

Filmoqrafiya

redaktə
  1. Şir evdən getdi (film, 1977) — milis işçisi
  2. Od içində (film, 1978)
  3. Evləri köndələn yar (film, 1982)
  4. Topal Teymur (film, 1983)
  5. Bəxtəvər (film, 1990)

İstinadlar

redaktə
  1. ↑ "Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-26.
  2. ↑ "Əməkdar artistin xatirəsi anılıb". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xanlar_Muradov&oldid=8045611"
LOVE.AZ