Fransisko Xavyer Dorado Byelsa (17 fevral 1977[1] – 27 fevral 2025[2]) — müdafiəçi mövqeyində çıxış etmiş ispaniyalı keçmiş peşəkar futbolçu.
Xavyer Dorado | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isp. Javier Dorado Bielsa | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 17 fevral 1977(1977-02-17)[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 27 fevral 2025(2025-02-27)[2] (48 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Dorado 17 fevral 1977-ci ildə İspaniyanın Toledo vilayətinin Talaveda-de-la-Reyna şəhərində anadan olub. O, "Real Madrid" klubunda çıxış etmiş, klubun əsas komandasında hər ikisi La Liqanın 1999-2000 mövsümündə olmaqla iki liqa oyununda oynamışdır. Bunlardan birincisi klubun 20 fevral 2000-ci ildə "Valensiya" ilə səfər oyununda 1-1 bərabərə qaldığı matç,[3] digəri isə İspaniya Kral Kuboku çərçivəsində Mestalla stadionunda yenə "Valensiya"ya qarşı oynanılan və 6-0 hesablı məğlubiyyətlə yekunlaşmış matç olub.[4] O, "Real"ın 2000 FİFA Klublararası Dünya Çempionatının heyətinə daxil edilib.[5][6] Turnirdə o, üçüncü yer uğrunda "Nekaksa" ilə oynanılan pley-off matçındakı penaltilər seriyası zamanı uğursuz penalti müəllifi olub.[7] Bundan sonra Dorado İspaniya ikinci divizionu klubları "Salamanka" və "Sportinq Xixon"a icarəyə verilib.[8]
2002-2003 mövsümündə Dorado La Liqaya qayıtdı və "Rayo Valyekano" klubunda çıxış etdi. Növbəti mövsümdə o, "Xixon"a geri qayıtdı və daha üç il ikinci liqada mübarizə apardı.[8]
2006-cı ilin iyulunda Dorado "Malyorka" ilə bir illik müqavilə imzalasa da,[9] komandanın heyətində demək olar ki, çıxış etmədi. O, klub üçün cəmi 7 oyunda çıxış etdikdən sonra 2008-ci ilin iyulunda ön çarpaz bağlarının zədələnməsi səbəbi ilə klubdan ayrıldı.[10][11][12][13]
Dorado 27 fevral 2025-ci ildə 48 yaşında[14] leykoz səbəbi ilə vəfat edib.[15]