. Love.az

Xristian Volf - Wikipedia - Love.az

Ana Səhifə - Xristian Volf

Xristian Volf (ing. Christian Wolff (philosopher); 24 yanvar (3 fevral) 1679[2][3][…], Vrotslav, Bohemiya tacı torpaqları[d], Müqəddəs Roma imperiyası[4][1] – 9 aprel 1754[2][3][…], Halle, Prussiya, Müqəddəs Roma imperiyası[4]) — 18-ci əsrdə yaşamış alman filosof və psixoloq idi.[6]

Xristian Volf
alm. Christian von Wolff‎
Doğum tarixi 24 yanvar (3 fevral) 1679[2][3][…]
Doğum yeri
  • Vrotslav, Bohemiya tacı torpaqları[d], Müqəddəs Roma imperiyası[4][1]
Vəfat tarixi 9 aprel 1754(1754-04-09)[2][3][…] (75 yaşında)
Vəfat yeri
  • Halle, Prussiya, Müqəddəs Roma imperiyası[4]
Elm sahələri riyaziyyat[1], fəlsəfə[1], hüquqşünaslıq, metafizika
Elmi dərəcəsi
  • fəlsəfə doktoru (1703)
İş yerləri
  • Leypsiq Universiteti,
  • Marburq Universiteti (1723–1740)
Təhsili
  • Yena Universiteti (1699–),
  • Leypsiq Universiteti[5]
Elmi rəhbərləri Qotfrid Leybnits
Tanınmış yetirmələri Mixail Lomonosov
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1710–),
  • Prussiya Elmlər Akademiyası[d] (1711–),
  • Fransa Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • Peterburq Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

redaktə

XVIII əsrdə psixologiya elmində o, xüsusilə seçilirdi. İlahiyyat, riyaziyyat və fəlsəfə öyrənən Volf 1703-cü ildə Leypsiq Universitetində müəllimlik edir, 1706-cı ildə riyaziyyat kafedrasının professoru vəzifəsini tutur. Volfun ən böyük xidmətlərindən biri latın terminlərini alman psixoloji terminləri elə əvəz etməsindədir. Avropada psixologiya termininin yayılması da onun adı ilə bağlıdır. Volf həm də "qabiliyyətlərin psixologiyası" nəzəriyyəsinin müəllifidir. Bu nəzəriyyəinin əhəmiyyəti ondadır ki, insanın müxtəlif psixi keyfiyyətlərinin elmi əsasları verilir. Qabiliyyətlətin psixologiyasının mühüm müddəalarından biri də idrak prossesinə rasionalist yanaşma ilə başlıdır. Volfa görə, ruhun inkişafı ğrylərin əksolunma surəti ilə bağlıdır. Dumanli olan hissi idrak, ayıdn və dəqiq olanlar əqli idrak səviyyəsində qavranılır. Lakin bu təsəvvürlər statik deyil, hər bir təsəvvür insanın istəkləri ilə müşayiət olunur. Əgər obyektin təsviri razılıq hissi ilə bağlıdırsa, ruh onu saxlamağa çalışır. Narazılıq hissi isə əksinə.

Volf psixi hadisələrin müxtəlif təsnifatını verir, qruplara ayırır. Qabiliyyətlərlə bağlı təlimlər də bütün psixi proseslərin obyektiv şərhinin verilməsinə cəhd göstərilmişdir. O, hesab edirdi ki, beyində gedən proseslər əzələ hərəkətini yaradır və buna müvafiq olaraq arzu və iradi impulslar meydana çıxır. Beləliklə, bir tərəfdə fiziki hadisələr zəncirvari düzülür, digər tərəfdə isə psixi olanlar. Bu sıralar bir-biri ilə qarşılıqlı şəkildə bağlıdır. Əvəllər isə fiziki və psixi olanlar paralel şəkildə, bir-birində ayrılıqda təqdim olunurdu.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 3 4 Christian, baron von Wolff // Encyclopædia Britannica (ing.).
  4. ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118634771 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. ↑ Mathematics Genealogy Project (ing.). 1997.
  6. ↑ Əliyev R. İ. Psixologiya tarixi. Bakı, 2006
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xristian_Volf&oldid=7999904"
LOVE.AZ