. Love.az

Xylaria Longipes - Wikipedia - Love.az

Ana Səhifə - Xylaria Longipes

Xylaria longipes – Xylariaceae fəsiləsinin Xylaria cinsindən olan göbələk növü. Görünüşünə görə ölü köstəbək barmaqları kimi də tanınır. "Longipes" sözü latınca "longus" (uzun) və "pes" (ayaq) sözlərininin birləşməsindən yaranmışdır.[3]

Xylaria longipes
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Xylaria longipes
Beynəlxalq elmi adı
  • Xylaria longipes Nitschke, 1867[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  114818
EOL  188723
MB  222425

Haqqında

redaktə

İlk dəfə 1867-ci ildə alman mikoloq Teodor Rudolf Jozef Nitşke tərəfindən "Pyrenomycetes Germanici" adlı əsərində təsnif edilmişdir. 1958-ci ildə R.Dennis göbələk üçün Xylosphaera longipes adını da təklif etmişdir.[3]

Əsas tökülmüş yarpaqlardan və çürümüş budaqlardan ibarət mühitə malik meşə ərazilərində böyüyür. Amerika, Avropa, Afrika, Asiya qitələrində yayılmışdır. Təbiətdə tək və ya qrup şəklində rast gəlinir. Bir çox göbələk növü kimi saprofitdir.[3]

Yeməli göbələk növü deyil. 2008-ci ildə aparılmış araşdırma zamanı skripka istehsalı üçün taxtanın keyfiyyətini artırmaq üçün istifadə oluna biləcəyi göstərilmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ http://www.pilze-deutschland.de/organismen/xylaria-longipes-nitschke-1867.
  2. ↑ Index Fungorum (ing.).
  3. ↑ 1 2 3 4 "Xylaria longipes". Evrim ağacı (türçə). 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2021.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Xylaria_longipes&oldid=6690716"
LOVE.AZ