. Love.az

Yasayis Binasi Istiqlaliyyet Kucesi 41 - Wikipedia - Love.az

Ana Səhifə - Yasayis Binasi Istiqlaliyyet Kucesi 41

Yaşayış binası— İstiqlaliyyət küçəsi, 41 ünvanında 1912-ci ildə inşa edilmiş üç mərtəbəli yaşayış binası. Binanın memarı İosif Ploşkodur.[1]

Yaşayış binası
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İstiqlaliyyət küçəsi, 41
Memar İosif Ploşko
Tikilmə tarixi 1912
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaBina
Yaşayış binası (Bakı)
Nöqtə
Yaşayış binası

Mündəricat

  • 1 Haqqında
  • 2 Şəkilləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Haqqında

redaktə

Yaşayış binası 1912-ci ildə memar İosif Ploşkonun layihəsi əsasında inşa edilib. Şəhərin tarixi mərkəzinin formalaşmasında iştirak edən tikililərdən biridir. Bina iki zəif formada irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadın nəcib, təvazökar plastikası üçün detalların incə çəkilməsi səciyyəvidir. Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri evin sahibinin mötəbərlitini və hansı mövqeyə sahib olduğunu göstərir. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar.[1]

Şəkilləri

redaktə
  •  
  •  
  •  
  •  
  •  
  •  

Həmçinin bax

redaktə
  • İsmailiyyə Sarayı
  • Bakı real məktəbinin binası
  • Bakı Şəhər İcra Hakimiyyətinin binası

İstinadlar

redaktə
  1. ↑ 1 2 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 150-152. ISBN 978-9952-32-020-6.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yaşayış_binası_(İstiqlaliyyət_küçəsi,_41)&oldid=8074175"
LOVE.AZ