. Love.az

Yakov Yaroslavski - Wikipedia - Love.az

Ana Səhifə - Yakov Yaroslavski

Yakov Qriqoryeviç Yaroslavski (Koqan) (rus. Яков Григорьевич Ярославский-Коган; 1896 – 11 mart 1957) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1941).

Yakov Yaroslavski
rus. Яков Григорьевич Ярославский
Doğum adı Yakov Koqan
Doğum tarixi 1896
Vəfat tarixi 11 mart 1957
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
SSRİ SSRİ
Fəaliyyəti teatr rejissoru və aktyoru
Fəaliyyət illəri 1912–1957
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1941
"Əmək igidliyinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Səhnəyə qoyduğu əsas tamaşalar
  • 4 İstinadlar

Həyatı

redaktə

Yakov Yaroslavski (əsl soyadı Koqan) 1896-cı ildə anadan olmuşdur. Səhnə fəaliyyətinə Odessada başlamış, sonralar Simbirsk, Samara, Moskva, Arxangelsk, Pyatiqorsk, Dnepropetrovsk şəhərlərindəki teatrlarda fəaliyyət göstərmişdir.[1]

1938–1957-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru olmuşdur.[1]

Yakov Yaroslavski 11 mart 1957-ci ildə vəfat etmişdir.[2]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 8 yanvar 1941[⇨]
  • "Əmək igidliyinə görə" medalı[2]
  • "Qafqazın müdafiəsinə görə" medalı[2]

Səhnəyə qoyduğu əsas tamaşalar

redaktə
  • "Ryu Blas", Viktor Hüqo (1938)
  • "Silahlı adam", Nikolay Poqodin (1939)
  • "Rift", Boris Lavrenyov (1941)
  • "Dəyirmanın mühasirəsi", Emil Zolya (1942)
  • "Yemlikdəki it", Lope de Veqa (1943)
  • "Barbarlar", Maksim Qorki (1943)
  • "Vilayət qubernatoru", Tur qardaşları və Lev Şeynin (1947)
  • "Moskva xarakteri", Anatoli Safronov (1948)
  • "Sevgi ilə zarafat etməzlər", Pedro Kalderon (1952)
  • "Maşenka", Aleksandr Afinogenov (1952)
  • "Xoş saat", Viktor Rozov (1955)
  • "Xanım Dulskayanın əxlaqı", Qabriela Zapolska (1956)
  • "Filumena Marturano", Eduardo De Filippo (1956)
  • "Ağaclar ayaqda ölür", Alehandro Kasona (1957)

İstinadlar

redaktə
  1. ↑ 1 2 ЯРОСЛА́ВСКИЙ, Яков Григорьевич // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин. М.: Советская энциклопедия. 1967. стб. 1117. 38 000 экз.
  2. ↑ 1 2 3 Я. Г. Ярославски // Коммунист. № 59 (10395). 12 март 1957-ҹи ил. С. 3.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yakov_Yaroslavski&oldid=7153730"
LOVE.AZ