. Love.az

Yalcin Nesirov - Wikipedia - Love.az

Ana Səhifə - Yalcin Nesirov

Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara rayonu – 24 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.

Yalçın Nəsirov
Doğum tarixi 23 yanvar 1976
Doğum yeri Sərək, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 24 mart 1995 (19 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Sərək
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Canhəsən Nəsirov
Dini İslam
Fəaliyyət illəri 1994–1995
Mükafatları "Qızıl ulduz" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Milli Qəhrəman
  • 4 İstinadlar

Həyatı

redaktə

23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. 1982–1992-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi. 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı. Xeyli qan itirmişdi. 24 mart tarixdə o, aldığı yaradan Sabunçu rayon xəstəxanasında gözlərini əbədi yumdu.[1]

Ailəsi

redaktə

Subay idi.

Milli Qəhrəman

redaktə

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Astara rayonu Sərək kənd orta məktəbi onun adını daşıyır.

Astara rayonundakı "Qəhrəmanlar" parkında büstü qoyulmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 228.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yalçın_Nəsirov&oldid=8097687"
LOVE.AZ