. Love.az

Yamamay Busto Arsizio Vk - Wikipedia - Love.az

Ana Səhifə - Yamamay Busto Arsizio Vk


Yamamay Busto Arsizio — Futura Volley Busto Arsizio olaraq da bilinir. Komanda hal-hazırda ev oyunlarını PalaYamamamay idman salonunda oynayır. İtaliya qadın voleybol çempionatında 1-ci dəstədə — SeriyaA1də mübarizə aparırır. Komandaya alt paltarları istehsalçısı olan şirkət sponsorluq edir.

İtaliyaYamamay
Loqonun şəkli
Ölkə
  •  İtaliya
Şəhər Busto Arsizio
Ləqəb(lər) La Yama
Le Farfalle
Rəng(lər) qırmızı-ağ
Yaranma tarixi 1998
Meydança PalaYamamay
Tutumu 5000
Prezidenti İtaliya Michele Forte
Baş məşqçisi İtaliya Karlo Parisi
Liqa Serie A1
2012-13 3
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Heyəti
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Tarixi

redaktə

Yamamay 1998-ci ildə Unione Sportiva Cistellum Volley idman komandasının təşəbbüsü ilə yaradılmışdır.[1] Fəaliyyətə başladığı illərdə o qədər də güclü çıxış etməyən komanda uzun illər "Seriya A2"-də mübarizə aparmışdı. Belə ki, klub 2003-cü ilə qədər bu liqada ilk onluğa belə girə bilməmişdi.

Yalnız 2007–08 mövsümündə 2-ci liqanı qalib başa vura bilən yamamaylılar əsas liqaya vəsiqə qazana bilmişdi. Həmin mövsüm İtaliya kubokunun da yarımfinalına qədər irəliləyə bilən komanda yalnız burada Robursport Pesaroya 3–0 hesabı ilə yenilmişdi.[2]

2009–10 mövsümü isə Busto Arsiziolular üçün ələmətdar olmuşdu. Belə ki, bu mövsümdə sözü gedən klub tarixinin ən böyük uğuruna imza atmışdı. CEV Kubokunda finala qədər irəliləyən klub bu mərhələdə də Srvena Zvezdanı məğlub etmişdi. 2 il sonra da eyni uğuru təkrarlayan italyanlar bu səfər həlledici görüşdə Qalatasaraya qalib gəlmişdi.[3] Bu komandalar 2012–13 mövsümündə yenidən fəqli həyəcanda, fərqli arenada — bu səfər Qalatasarayın meydançasımda üz-üzə gəldilər. CEV Qadınlar Çempionlar Liqasının dördlər finalının üçüncülük matçını əhatə edən bu qarşılaşmada da Yamamay qalib gələ bilmişdi.[4]

Heyəti

redaktə
Həmçinin bax: Kateqoriya:Yamamay Busto Arsizio QVK oyunçuları

2013–14 mövsümü üçün[5]

  • Baş məşqçi :  Karlo Parisi
Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Doğum tarixi
1   Serena Ortolani Diaqonal 1.87 07/01/1987
3   Ilaria Garzaro Blokçu 1.90 29/09/1986
4   Marika Bianchini Blokçu 1.78 22/04/1993
5   Ciara Michel Blokçu 1.96 02/07/1985
6   Giulia Leonardi Libero 1.65 01/12/1987
7   Francesca Marcon   Hücumçu 1.80 09/07/1983
9   Ilaria Spirito Hücumçu 1.73 20/02/1994
10   Lonneke Sloetjes Hücumçu 1.92 15/11/1990
11   Anne Buijs Hücumçu 1.91 02/12/1991
13   Valentina Arrighetti Blokçu 1.89 26/01/1985
14   Joanna Volosz Toppaylayıcı 1.81 07/04/1990
15   Alessandra Petrucci Toppaylayıcı 1.85 11/02/1983

İstinadlar

redaktə
  1. ↑ US CISTELLUM UN PROGETTO AMBIZIOSO Arxivləşdirilib 2013-01-28 at the Wayback Machine  (ital.)
  2. ↑ Coppa_Italia_di_pallavolo_femminile_2007–2008 Arxivləşdirilib 2013-11-06 at the Wayback Machine  (ital.)
  3. ↑ CEV kupası Yamamayın Arxivləşdirilib 2012-08-25 at the Wayback Machine  (türk.)
  4. ↑ Voleybol Kadınlar CEV Şampiyonlar Ligi Dörtlü Finali üçüncülük maçında Galatasaray Daikin'i 3–2 yenen İtalyan ekibi Unendo Yamamay, üçüncü oldu. Arxivləşdirilib 2013-03-29 at the Wayback Machine  (türk.)
  5. ↑ Komandanın heyəti Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine  (ital.)

Həmçinin bax

redaktə
 
  Seriya A1 2013-14
AGİL Volley Novara • İHF Volley Frosinone • İmoko Volley Konegliano • LJ Volley Modena • Pallavolo Ornavasso • River Volley Pyaçentsa • Robur Tiboni Urbino Volley • Kazalmacore QVK • Volley 2002 Forli • Volley Berqamo • Yamamay Busto Arsizio
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yamamay_Busto_Arsizio_QVK&oldid=7396888"
LOVE.AZ