. Love.az

Yan Yosten Van Lodensteyn - Wikipedia - Love.az

Ana Səhifə - Yan Yosten Van Lodensteyn

Yan Yosten van Lodensteyn (nid. Jan Joosten van Lodensteyn; 1556, Delft, Hollandiya qraflığı – 1623[1], Cənubi Çin dənizi) və ya yapon dilindəki adı ilə Yayosu (耶楊子?) – Yaponiyaya gəlmiş ilk hollandlardan biri.

Yan Yosten van Lodensteyn
Doğum tarixi 1556
Doğum yeri
  • Delft, Hollandiya qraflığı, Müqəddəs Roma imperiyası
Vəfat tarixi 1623[1]
Vəfat yeri
  • Cənubi Çin dənizi
Vəfat səbəbi boğulma
Fəaliyyəti Samuray, tədqiqatçı-səyyah[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İrsi
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Yan Yosten van Lodensteyn 1556-cı ildə Hollandiyanın Delft şəhərində doğulmuşdur.[2] O, 1600-cü ildə ikinci şturman kimi Niderlanda məxsus "Liefde" gəmisi ilə birlikdə səyahətə çıxmışdır.[2] Gəmi yolda zədəli vəziyyətə düşmüş, Sakit okeanı keçərək Yaponiyanın Kyuşu adasına çatmışdır.[2] Yan Yosten, ingilis şturman Vilyam Adams və digər sağ qalanlar Tokuqava İeyasu tərəfindən qarşılanmışdır.[2] O və Vilyam Adams İeyasunun məsləhətçiləri və dostları olmuşdurlar.[2]

Yan Yostenə İeyasu tərəfindən Edo ərazisində iqamətgah bağışlanmış, daha sonra yapon qadınla ailə həyatı qurmuşdur.[2] Ona xarici ticarətlə məşğul olma icazəsi verilmiş, Hiradoda holland fabrikinin qurulmasından sonra holland tacirlərlə şoqunluq arasında əlaqələndirici şəxs olmuşdur.[2]

Yan Yosten Niderlanda qayıtmaq ümidi ilə Yaponiyadan ayrılmış və Yava adasında yerləşən Bataviya şəhərinə çatmışdır.[2] Lakin holland rəsmilər onun irəliləməsinə icazə verməmişdirlər.[2] Bataviyadan Yaponiyaya qayıdarkən gəmisi Cənubi Çin dənizində yerləşən Parasel adalarında qəzaya uğramış və o, boğularaq ölmüşdür.[2]

İrsi

redaktə

Tokionun Yaesu rayonunun adı bu ərazidə yaşamış Yan Yostenin adından yaranmışdır.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 ヤン・ヨーステン // https://mairi.me/-/1014278.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 2. ISBN 0-87011-624-7. İstifadə tarixi: 13 avqust 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yan_Yosten_van_Lodensteyn&oldid=7752848"
LOVE.AZ