. Love.az

Yaponca - Wikipedia - Love.az

Ana Səhifə - Yaponca

Yapon dili (yap. 日本語 nihonqoⓘ) — Yaponiyanın rəsmi dövlət dilidir. Şərq dillərindən hesab olunur. Bu dildə 125 milyon insan danışır. Əlifbası çin dilinin "kanci" xəttindən formalaşmışdır. Kanci hiraqana və katakanada istifadə olunur. Bundan başqa "imatokana" deyilən və sadəcə imperator sarayında istifadə edilən bir xətt növü də var. 2000-dən çox kanci istifadə olunur, lakin hiraqana və kataqana hərəsi 47 hərfdir. Bu xətlərə bəzi əlamətləri artırdıqda başqa səslər əmələ gəlir. Müasir yapon dilində, xüsusən şirkət adları, reklamlar və yapon dilinin kompüterə keçirilməsində romaci adı verilən latın əlifbası da işlənir.

Yapon dili
Orijinal adı 日本語[1]
Ölkələr Yaponiya, Quam, Tayvan, Şimali Koreya, Cənubi Koreya, Filippin, Peru, Avstraliya
Danışanların ümumi sayı 125 milyon
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Japonic[vd]
yapon dili
Yazı kanci, katakana
Dil kodları
QOST 7.75–97 япо 870
ISO 639-1 ja
ISO 639-2 jpn
ISO 639-3 jpn
Dilin strukturlarının dünya atlası jpn
Ethnologue jpn
Linguasphere 45-CAA
ABS ASCL 72, 7201
IETF ja
Glottolog nucl1643
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Türk dilləri kimi iltisaqi dildir. Yapon dili Ural-Altay dillərindən olduğuna görə türk dillərinə müəyyən yaxınlığı var.

Mündəricat

  • 1 Dilin adı
  • 2 Tarixi
  • 3 Hiraqana əlifbası
  • 4 Katakana əlifbası
  • 5 Kanci
  • 6 Misal
  • 7 Qrammatikası
  • 8 Sadə söz və ifadələr
  • 9 Fonetika
  • 10 Mənbə
  • 11 Xarici keçidlər

Dilin adı

redaktə

Yaponca yapon dilini iki cür adlanırlar. Başqa dillərin kontekstində "nihonqo" (日本語) sözü işlədilir. Bu, hərfi tərcümədə "yapon dili" deməkdir. Lakin, milli mədəniyyətin bir hissəsi, Yaponiyada tədris olunan fənn kimi, doğma dövlət dili olaraq o, adətən "kokuqo" (國語 və ya 国語), yəni "ölkə dili" və ya "milli dil" adlandırılır. Bu söz başqa dillər üçün də istifadə edilə bilər, amma əsasən məhz yapon dili üçün istifadə edilir.

Tarixi

redaktə

Yapon dili yazıda Yayoy dövründən başlayaraq istifadə olunur.[2]

Hiraqana əlifbası

redaktə
Hiraqana
あ a い i う u え e お o (ya) (yu) (yo)
か ka き ki く ku け ke こ ko きゃ kya きゅ kyu きょ kyo
さ sa し shi す su せ se そ so しゃ sha しゅ shu しょ sho
た ta ち chi つ tsu て te と to ちゃ cha ちゅ chu ちょ cho
な na に ni ぬ nu ね ne の no にゃ nya にゅ nyu にょ nyo
は ha ひ hi ふ fu へ he ほ ho ひゃ hya ひゅ hyu ひょ hyo
ま ma み mi む mu め me も mo みゃ mya みゅ myu みょ myo
や ya ゆ yu よ yo
ら ra り ri る ru れ re ろ ro りゃ rya りゅ ryu りょ ryo
わ va ゐ vi ゑ ve を vo
ん n
が ga ぎ gi ぐ gu げ ge ご go ぎゃ gya ぎゅ gyu ぎょ gyo
ざ za じ ji ず zu ぜ ze ぞ zo じゃ ja じゅ ju じょ jo
だ da ぢ (ji) づ (zu) で de ど do ぢゃ (ja) ぢゅ (ju) ぢょ (jo)
ば ba び bi ぶ bu べ be ぼ bo びゃ bya びゅ byu びょ byo
ぱ pa ぴ pi ぷ pu ぺ pe ぽ po ぴゃ pya ぴゅ pyu ぴょ pyo

Katakana əlifbası

redaktə
 
Üfiqi yapon qrafikasından nümunə

ア (a) イ (i) ウ (u) エ (e) オ (o)

K カ (ka) キ (ki) ク (ku) ケ (ke) コ (ko)

S サ (sa) シ (şi) ス (su) セ (se) ソ (so)

T タ (ta) チ (çi) ツ (tsu) テ (te) ト (to)

N ナ (na) ニ (ni) ヌ (nu) ネ (ne) ノ (no)

H ハ (ha) ヒ (hi) フ (fu) ヘ (he) ホ (ho)

M マ (ma) ミ (mi) ム (mu) メ (me) モ (mo)

Y ヤ (ya) ユ (yu) ヨ (yo)

R ラ (ra) リ (ri) ル (ru) レ (re) ロ (ro)

V ワ (va) ヰ (vi) ヱ (ve) ヲ (vo / o)

N ン (n)

Kanci

redaktə

Eramızın V əsrində Çindən Yaponiyaya gəlmiş xəttdır. Katakana və hiraqana da kancidən tutulmuş xəttdir. Hazırda kanci Çin, Yaponiya və Koreyada işlənilir.

Misal

redaktə
Kanci Tələffüz Məna
土 tsuçi Torpaq
天 ten Göy, səma
水 mizu Su
火災 Kasai Od, atəş
風 kaze Yel, külək
男 otoko Kişi
女 onna Qadın
食べる taberu yemək
飲む nomu içmək
大きい ōkii böyük
小さい çīsai balaca
夜 yoru Gecə
日 hi Gündüz

Qrammatikası

redaktə

Sifətin ismi təyin etməsi və onun isimdən öncə gəlməsi türk diliylə eynidir.

Məsələn:

  • 赤いリンゴ akai rinqo
  • qırmızı alma
  • 私の赤いリンゴ vataşi no akai rinqo 
  • mənim qırmızı almam

Subyekt cümlənin əvvəlində gəlir. Cümlənin tərtibi belədir: Subyekt Obyekt Fel. Misal:

  • 私はリンゴを食べました。 vataşi va rinqo o tabemaşta. (mən almanı yedim).
  • リンゴを私は食べました。rinqo o vataşi va tabemaşta. (almanı mən yedim).

Sadə söz və ifadələr

redaktə
  • おはようございます。Ohayo →  Sabahınız xeyir
  • こんにちは Konniçiva  → Salam
  • こんばんは Konbanva → Axşamınız xeyir
  • さようなら Sayonara → Gülə gülə
  • おやすみなさい Oyasuminasay → Gecəniz xeyir
  • お元気ですか Ogenki desu ka? → Necəsiniz?
  • はい hai → Bəli
  • いいえ ie → Xeyr
  • ありがとうございます Arigato → Sağ olun (təşəkkür edirəm)

Fonetika

redaktə

Yapon dilində 5 sait var. (あ (a), い (i), う (u), え (e), お (o)). Bütün samitlər bu 5 saitlə işlənilir. Ona görə yapon dilində samit səs tək işlənilmir (ん (N) hərfindən başqa). Məsələn, Ka, Ha, Ma, Sa, Ta, Ra, Ya.

Tarixi mənbələrə görə Nara dövründə yapon dilində 8 sait varmış. Bu səslərdən 3-ü Heyan dövründə ixtisar olunub. Azərbaycan dilində olub yapon dilində olmayan səslər bunlardır: X, Ğ, J, Ö, Ü, V, G. Yapon dilində olub Azərbaycan dilində mövcud olmayan səslər isə bunlarddır: つ (Tsu) və わ (Ua). Yapon dilində qəliz səslər (X, Ğ, J) olmadığına görə sadə səslənir. Səslənmə baxımından ispan, yunan və italyan dillərinə yaxındır.

Mənbə

redaktə
  • ASE, V cild, Bakı, 1981, səh. 69

Xarici keçidlər

redaktə
  • Yapon dili əlifba tapşırıq (PDF)
  • AKSER Brasil – Video Arxivləşdirilib 2009-02-02 at the Wayback Machine
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


  1. ↑ https://github.com/unicode-org/cldr/blob/main/common/main/ja.xml.
  2. ↑ "The Japanese were exposed to written matter as early as the late Yayoi period (c. ?1000 BC- 300 AD)." A History of the Japanese Language, Cambrige University Press, 2011, page 11.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yapon_dili&oldid=6917440"
LOVE.AZ