. Love.az

Yarmehemmed Xan Sadli - Wikipedia - Love.az

Ana Səhifə - Yarmehemmed Xan Sadli

Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı (1827-1928) — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali.

Yarməhəmməd xan Şadlı
Yarməhəmməd xan Şadlı
Digər adı Sərdari-Müvəxxəm
Doğum tarixi 1827
Doğum yeri Şimali Xorasan ostanı əyaləti, Bocnurd, Şadlı eli
Vəfat tarixi 1928
Vəfat yeri
  • Məşhəd, Məşhəd şəhristanı, Xorasan, İran
Fəaliyyəti sərkərdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Yarməhəmməd xan Yəzdanqulu xan oğlu Şadlı Xorasan əyalətinin Bocnurd vilayətinin Şadlı elinin bir obasında anadan olmuşdu. Səhamüddövlə ləqəbini daşıyırdı.

Atasından sonra elbəyi təyin edilmişdi.

Yarməhəmməd xan Şadlı Nasirəddin şah Qacarın hakimiyyətinin ilk illərində Xorasanın valisi idi.

Yarməhəmməd xan Şadlı 1883-1889-cu illərdə Rusiyanın Aşqabaddakı diplomatik agenti Yəhya bəy Tahirovla əlaqə saxlayırdı. Yəhya bəy bir neçə dəfə Bocnurdda olmuşdu.

Ruslar Yarməhəmməd xan Şadlını 14 may 1896-cı ildə Moskvaya, II Nikolayın tacgüzarlığına dəvət etmək istəyirdilər. Dəvət etdilər də. Səhamüddövlə Sərdari-Müfəxxəm Moskvaya gəldi. Bocnurdun xan və ağaları onu separatizmdə qınayaraq gözdən saldılar.

Yarməhəmməd xanın Əmənulla xan adlı oğlu vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Şadlı eli, "Soy" dərgisi, 1 (33), 2010, səh. 51.

Həmçinin bax

redaktə
  • Şadlı eli

Xarici keçidlər

redaktə
  • Курдские Ханы в России 90-е годы ХIХ-Начало ХХ века  (rus.)[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yarməhəmməd_xan_Şadlı&oldid=7398358"
LOVE.AZ