Yacine Adli (29 iyul 2000[1][2], Vitri-sür-Sen) — Əlcəzair əsilli Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubundan icarə əsasında "Fiorentina" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir.
Yasin Adli | |||||||
---|---|---|---|---|---|---|---|
fr. Yacine Adli | |||||||
![]() | |||||||
Ümumi məlumatlar | |||||||
Doğum tarixi | 29 iyul 2000(2000-07-29)[1][2] (24 yaş) | ||||||
Doğum yeri | |||||||
Vətəndaşlığı | |||||||
Boyu | 1,86 m | ||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||
Karyerası | |||||||
|
|||||||
![]() |
29 iyul 2000-ci ildə anadan olub.
Yasin Adli 2013-cü ildə "PSJ" klubunun uşaq komandasına qoşulur. Adli 19 may 2018-ci ildə "PSJ"-nin əsas heyətində, Liqa 1 matçında "Kann" klubuna qarşı oyunda debüt edir. O, səfərdə 0:0 hesablı heç-heçə ilə bitən oyunun 83 dəqiqəsində Kristofer Nkunku əvəz edir.[5]
2 iyul 2018-ci ildə Adli "PSJ" ilə ilk peşəkar müqaviləsini imzalayır.[6]
31 yanvar 2019-cu ildə, 2018–19 qış transfer pəncərəsinin son günü, Adli "PSJ"nin liqadakı rəqiblərindən olan "Bordo" klubuna transfer olunur. Futbolçu yeni klubu ilə 4+0.5 illik müqavilə bağlayır. Transferin qiyməti 5,5 milyon avro və növbəti satışdan 40% qazanc şərti ilə olur.[7][8]
"Bordo" klubunun heyətində 67 oyun keçirir və 5 qol vurur.
31 avqust 2021-ci ildə Adlinin İtaliya nəhəngi "Milan" klubu ilə 5 illik müqavilə imzaladığı açıqlanır.[9] Milan bu transfer üçun Bordoya 8 milyon avro ödəyir.[10] O, 2021–22 mövsümünün qalan hissəsi üçün yenidən kluba icarəyə verilir və "Bordo"nun heyətində meydana çıxdığı 32 oyunda 1 qol vurur.
Adli 28 avqust 2024-cü ildə A Seriyası klubu "Fiorentina"ya mövsümün sonuna qədər, transferin daimi olması seçimi ilə icarəyə verilib.[6]
O, Fransanın gənclərdən ibarət Milli komandasının oyunçusudur və 2017-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında və 2017-ci il FIFA U-17 Dünya Kubokunda Fransa U17-ni təmsil etmişdir.