. Love.az

Yavuz Axundlu - Wikipedia - Love.az

Ana Səhifə - Yavuz Axundlu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Yavuz İbrahimxəlil oğlu Axundlu (7 yanvar 1927, Ordubad, Naxçıvan MSSR – 15 avqust 2017) — ədəbiyyatşünas, filologiya elmləri doktoru (1983), professor (1983). Azərbaycan SSR əməkdar müəllimi (1966).

Yavuz Axundlu
Axundlu Yavuz İbrahimxəlil oğlu
Doğum tarixi 7 yanvar 1927(1927-01-07)
Doğum yeri
  • Ordubad, Naxçıvan qəzası, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 avqust 2017(2017-08-15) (90 yaşında)
Təhsili Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Fəaliyyəti ədəbiyyatşünas, universitet müəllimi[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Naxçıvan Müəllimlər İnstitutunun tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə mediri, direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur. 1970-ci ildən ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş "İstiqlalın əzablı yolu" kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.

15 avqust 2017-ci ildə vəfat etmişdir.[1]

Əsərləri

redaktə
  • Tarixi roman və müasirlik. Azərbaycan SSR "Bilik" Cəmiyyəti. Bakı: Elm, 1975;
  • Azərbaycan sovet tarixi romanı. Bakı: Yazıçı, 1979;
  • Tarix və roman. Bakı: Yazıçı, 1988;
  • Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi (metodik göstəriş). Bakı, 1990 (Hüseyn Həşimli ilə birgə);
  • Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Sabah, 1997;
  • Naxçıvan-yurdum mənim (məqalələr toplusu). Bakı: Sabah, 1997;
  • İstiklalin Azaplı Yolu. Ankara: Ankara Üniversitesi Yayınevi, 1997;
  • İstiqlal şairləri. Bakı: Elm, 1998;
  • Tarixi roman yeni mərhələdə. Bakı: Maarif, 1998;
  • Mənim əbədi dünyam (ədəbi-tənqidi məqalələr). Bakı: Maarif, 1998;
  • Ədəbi yaddaşdan səhifələr (məqalələr). Bakı: Adiloğlu, 2002;
  • Ədəbi mühit və sənətkar (məqalələr). Bakı: Adiloğlu, 2002;
  • Ürəyimdən keçənlər (publisistik düşüncələr). Bakı: Adiloğlu, 2002;
  • Əlimdədir hələ qələm… (məqalələr). Bakı: Adiloğlu, 2003;
  • Ədəbi portretlər. Bakı: Adiloğlu, 2004;
  • Müəllimlərim və müəllim dostlarım. Bakı: Adiloğlu, 2004;
  • Azərbaycan tarixi romanı: mərhələlər, problemlər: 1930–2000. Bakı: Adiloğlu, 2005;
  • Ədəbi portretlər. Bakı: ADPU, 2008;
  • Ədəbi portretlər. Bakı: Elm, 2009;
  • Elmin və təhsilin işığında. Bakı: Elm və təhsil, 2010;
  • Karabağ — İmdat Çığlığı (Karabağ Harayı). İstanbul: Kültür Ajans Yayınevi, 2010;
  • Məmməd Səid Ordubadi: həyatı, mühiti və yaradıcılığı. Bakı: Elm və təhsil, 2012;
  • Ədəbi estafet. Bakı: Adiloğlu, 2013;
  • İstiqlalın əzablı yolu. Bakı: Adiloğlu, 2013;
  • Xatirələr işığında: ömür keçdi, gün keçdi… Bakı: Adiloğlu, 2014.

Mənbə

redaktə
  • Yavuz Axundlu Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ "Yavuz Axundlu vəfat etdi - Axar.az". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yavuz_Axundlu&oldid=7737372"
LOVE.AZ