. Love.az

Yekaterina Xilko - Wikipedia - Love.az

Ana Səhifə - Yekaterina Xilko
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Yekaterina.

Yekaterina Xilko (25 mart 1982, Daşkənd) — Özbəkistanı təmsil edən batut gimnastı. Yekaterina Xilko, 2000, 2004, 2008, 2012 və 2016-cı illərdə Özbəkistanı Olimpiya Oyunlarında təmsil edib. 2008 Pekin Olimpiadasında bürünc medal qazanan Yekaterina Xilko, həm də Dünya Çempionatlarında 1 bürünc medala sahib olub.

Yekaterina Xilko
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  Özbəkistan
Doğum tarixi 25 mart 1982(1982-03-25) (43 yaş)
Doğum yeri
  • Daşkənd, Özbəkistan SSR, SSRİ
Boyu 162 sm
Çəkisi 50 kq
İdman növü Tamblinq[d], bədii gimnastika
Medallar
Yarışlar 1ci 2ci 3cü
Olimpiya Oyunları 0 x 0 x 1 x
Dünya Çempionatı 0 x 0 x 1 x
Asiya Oyunları 0 x 0 x 2 x
Olimpiya Oyunları
Bürünc 2008 Pekin Fərdi
Dünya Çempionatı
Bürünc 2009 Sankt-Peterburq Sinxron
Asiya Oyunları
Bürünc 2006 Doha Fərdi
Bürünc 2010 Quançjou Fərdi

Mündəricat

  • 1 Karyerası
    • 1.1 2000 Sidney Olimpiadası
    • 1.2 2004 Afina Olimpiadası
    • 1.3 2008 Pekin Olimpiadası
    • 1.4 2012 London Olimpiadası
    • 1.5 2016 Rio-de-Janeyro Olimpiadası
  • 2 İstinadlar

Karyerası

redaktə

2000 Sidney Olimpiadası

redaktə

Yekaterina Xilko, 2000-ci ildə Özbəkistan bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Xilko, 36.60 xal topladı və 8 idmançı sırasında 4-cü yeri tutdu.

2004 Afina Olimpiadası

redaktə

Yekaterina Xilko növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xilko, 61.60 xal topladı və 16 idmançı sırasında 11-ci yeri tutaraq mübarizəni dayandırdı.

2008 Pekin Olimpiadası

redaktə

Yekaterina Xilko üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Xilko, 36.90 xal topladı və 8 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.

2012 London Olimpiadası

redaktə

Yekaterina Xilko dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xilko, 99.290 xal topladı və 16 idmançı sırasında 12-ci yeri tutaraq mübarizəni dayandırdı.

2016 Rio-de-Janeyro Olimpiadası

redaktə

Yekaterina Xilko sonuncu, beşinci dəfə Olimpiya Oyunlarına, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Xilko, 97.525 xal topladı və 16 idmançı sırasında 12-ci yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yekaterina_Xilko&oldid=7314219"
LOVE.AZ