. Love.az

Yelena Topiya - Wikipedia - Love.az

Ana Səhifə - Yelena Topiya

Yelena Topiya (alb. Helena Thopia; XIV əsr, Albaniya – Albaniya) — Kruya bölgəsini üç müddət ərzində suveren ölkə olaraq qoruyub saxlayan Topiya ailəsindən alban şahzadəsi; 1388–1392, 1394–1402 və 1403–1404-cü illərdə ölkəni idarə edib.

Yelena Topiya
alb. Helena Thopia
Doğum tarixi XIV əsr
Doğum yeri
  • Albaniya
Vəfat yeri
  • Albaniya
Həyat yoldaşları Marko Barbariqo
Konstantin Balşiç
Uşağı 1
Atası Karl Topiya
Anası Voysava Balşa
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Evlilikləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Şahzadə Yelena Topiya Karl Topiya və Voysava Balşanın böyük qızı idi. Onun ilk evliliyi venesiyalı zadəgan Marko Barbariqo ilə olub. Atasının ölümündən sonra, 1388-ci ildə, o, Kruya Qalasını və ətraf bölgəni miras aldı. 1392-ci ildə əri ilə Venesiya qoşunları arasındakı düşmənçilik nəticəsində Venesiyaya sadiq olan ögey qardaşı Nikita Topiya Kruya şəhərinə hücum etdi və onları Balşiç ailəsi arasında sığınacaq tapmağa məcbur etdi.

1394-cü ildə Osmanlılar tərəfindən Kruyanı idarə etmək üçün təyin edilən Konstantin Balşiç onunla evləndi. Konstantin Osmanlı vassalı kimi hökm sürdü və 1402-ci ildə öldürüldü. 1403-cü ildə Nikita Topiya Yelenadan qalanı ələ keçirdi.[1] Konstantinin ölümündən sonra Yelena və oğlu Stefan əvvəlcə Venesiyaya getdilər, sonra isə bacısı Mariya ilə birlikdə yaşadılar.

Evlilikləri

redaktə

Öncə Marko Barbariqo, daha sonra 1394-cü ildə Konstantin Balşiçlə evləndi. Onun Konstantindən Stefan Maramonte adlı oğlu oldu.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2016-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yelena_Topiya&oldid=6789309"
LOVE.AZ