Yeni Fikir (ing. New Idea) — Azərbaycanda innovasiya və startap ekosisteminin əsas oyunçularından biri. O, 2013-cü ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini təşkil etmişdir.[1] UNESCO-nun 2021-ci il üzrə dünya üzrə yayımlamış olduğu hesabatının Azərbaycan bölməsində Yeni Fikir müsabiqəsinə toxunulmuş və Yeni Fikirə məxsus "Smart Bridge" innovativ sahibkarlığa dəstək layihəsi yüksək qiymətləndirilmişdir.[2]
Yeni Fikir | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 2013 |
yenifikir.az |
Mərkəz eyni zamanda inkubasiya və akselerasiya mərkəzi kimi fəaliyyət göstərir.
Yeni Fikir 2013-cüi ildə Azərbaycanda ölkə miqyasında ilk startap müsabiqələrindən birini keçirmişdir. Bu müddət ərzində 6 dəfə keçirilən müsabiqəyə ümumilikdə 1000-ə yaxın startap layihəsi cəlb edilmişdir.
Yeni Fikir, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarında "Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı" çərçivəsində 100-dən çox təşəbbüskara startap yanaşması və layihə inkişafı üzrə təlimlər keçirmişdir. İştirakçılara fərdi mentorluq xidmətləri təqdim edilmiş, nəticədə 32 startap layihəsi formalaşdırılmışdır. Bu layihələrin inkişafı isə Quba və İsmayıllıda təşkil olunan bootcamp-lar vasitəsilə dəstəklənmişdir.[3]
Həmçinin Yeni Fikir, Kapital Bankın dəstəyi ilə Abşeron-Xızı, Naxçıvan Muxtar Respublikası, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Quba-Xaçmaz regionlarında "My Technology" müsabiqəsini təşkil etmişdir. Müsabiqəyə X–XI sinif şagirdləri və müəllimləri tərəfindən təqdim edilmiş 140 layihədən 61%-i yaşıl iqtisadiyyat mövzusuna aid olmuşdur. Bütün layihə iştirakçılarına təlim və mentorluq xidmətləri göstərilmiş, nəticədə ən perspektivli 30 layihə final mərhələsi olan sərgidə iştirak hüququ qazanmış, münsiflər heyəti tərəfindən ən yaxşı 5 layihə qalib seçilmişdir.[4]
Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.