. Love.az

Yens Stoltenberq - Wikipedia - Love.az

Ana Səhifə - Yens Stoltenberq

Yens Stoltenberq (norv. Jens Stoltenberg; 16 mart 1959[1][2][…], Oslo, Norveç[2]) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri, 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi.

Yens Stoltenberq
norv. Jens Stoltenberg
Yens Stoltenberq, 3 iyun 2009
Yens Stoltenberq, 3 iyun 2009
NATO-nun 13-cü baş katibi
Vəzifədədir
1 oktyabr 2014-dən
ƏvvəlkiAnders Foq Rasmussen
Norveçin 20-ci baş naziri
17 oktyabr 2005 – 16 oktyabr 2013
MonarxV Harald
ƏvvəlkiKyel Maqne Bondevik
SonrakıErna Solberq
Norveçin 18-ci baş naziri
3 mart 2000 – 19 oktyabr 2001
MonarxV Harald
ƏvvəlkiKyel Maqne Bondevik
SonrakıKyel Maqne Bondevik
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1959(1959-03-16)[1][2][…] (66 yaş)
Doğum yeri
  • Oslo, Norveç[2]
Partiya
  • Norveç Fəhlə Partiyası (1973–)[2][3]
Təhsili Oslo Universiteti
Fəaliyyəti iqtisadçı, siyasətçi, dövlət xadimi
Atası Turvald Stoltenberq
Uşağı 2 (Catharina Stoltenberg daxil olmaqla)
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, Beynəlxalq təhlükəsizlik[4]

Təltifləri Order of the Polar Star - Commander's Grand Cross (İsveç) — 2024 Department of Defense Medal for Distinguished Public Service — 2024 Prezidentin "Azadlıq" medalı (Amerika Birləşmiş Ştatları) — 2024 1-ci dərəcəli "Doğan günəş" ordeni (Yaponiya) — 2025 Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) — 2024 Order of the Cross of Terra Mariana, 1st Class (Estoniya) — 2019 King Harald V's Jubilee Medal 1991–2016 (Norveç) — 2016 Order of the Three Stars, 1st Class (Latviya) — 2024 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (Ukrayna) — 2023 Order of Tomáš Garrigue Masaryk, class III (Çexiya) — 2024 "Katolik İzabella" ordeninin böyük xaçı (İspaniya) — 2024 Grand Cordon of the Order of Leopold (Belçika) — 2024 Grand Cross of the Order of the Lion of Finland (Finlandiya) — 2024 Vitis Xaçı böyük xaç ordeni (Litva) — 2023 Grand Cross of the Order of Vytautas the Great (Litva) — 2019 Grand Cross of the Order of Orange-Nassau (Niderland) — 2024
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Yens Stoltenberq Norveçdə tanınmış siyasətçi ailəsində dünyaya gəlmişdir. Onun atası, Turvald Stoltenberq 1979–1981-ci illərdə Norveçin müdafiə naziri, 1987–1989 və 1990–1993-cü illərdə isə xarici işlər naziri olmuşdur.

Yens karyerasına Norveçdə solçuların əsas mətbuat orqanı olan "Arbeiderbladet" qəzetində jurnalist kimi başlamışdır. 1985–1989-cu illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatına rəhbərlik etmişdir. 1993–1996-cı illərdə Qru Harlem Brundtland hökumətində ticarət və energetika naziri, 1996–1997-ci illərdə Turbyorn Yaqland hökumətində maliyyə naziri olmuşdur.

2000-ci ilin martında baş nazir vəzifəsini tutmuş, 10 sentyabr 2001-ci ildə keçirilən seçkilərdə onun partiyası 24% səslə öz tarixinin ən zəif nəticəsini göstərərək məğlub olmuşdur.

2002-ci ildə Norveç Fəhlə Partiyasının rəhbərliyində Turbyorn Yaqlandı əvəz etmiş və 12 sentyabr 2005-ci il seçkilərində qalib gələrək 17 oktyabr 2005-ci ildə yeni hökumətə rəhbərlik etməyə başlamışdır. 2009-cu il seçkilərində də yüksək nəticə göstərərək növbəti 4 il müddətində hakimiyyətdə qalmışdır. 2013-cü il seçkilərində Stoltenberqin partiyası parlamentdə üstünlüyü itirdi və onun hökuməti istefaya getdi.

28 mart 2014-cü ildə vəzifələrinin icrasına 1 oktyabr 2014-cü ildən başlamaqla NATO-nun növbəti baş katibi seçilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Albert M. Jens Stoltenberg // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 3 4 5 https://www.stortinget.no/no/Representanter-og-komiteer/Representantene/Representantfordeling/Representant/?perid=JES&tab=Biography.
  3. ↑ https://www.workwithdata.com/person/jens-stoltenberg-1959.
  4. ↑ Stoltenberg, Jens // Çex Milli Hakimiyyət Məlumat bazası.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yens_Stoltenberq&oldid=6996193"
LOVE.AZ