. Love.az

Yosip Stadler - Wikipedia - Love.az

Ana Səhifə - Yosip Stadler

Yosip Stadler (xorv. Josip Stadler və ya Yozef Ştadler, alm. Josef Stadler‎; 24 yanvar 1843[1], Slаvоnski-Brоd – 8 dekabr 1918, Sarayevo) — katolik prelat, 29 sentyabr 1881-dən 8 dekabr 1918-ci ilədək Vrhbosna arxiyepiskopu, "Körpə İsanın xidmətçiləri" qadın monastik icmasının qurucusu.

Yosip Stadler
Doğum tarixi 24 yanvar 1843(1843-01-24)[1]
Doğum yeri
  • Slаvоnski-Brоd
Vəfat tarixi 8 dekabr 1918(1918-12-08) (75 yaşında)
Vəfat yeri
  • Sarayevo, Yuqoslaviya krallığı
Dəfn yeri
  • Müqəddəs İsa Qəlbi Katedralı (Sarayevo)
Təhsili
  • gimnaziya
Fəaliyyəti katolik keşişi[d], universitet müəllimi[d], siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ədəbiyyat
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Zaqreb seminariyasını bitirdikdən sonra Yosip Stadler Pontifik Qreqorian Universitetində oxudu və orada ilahiyyat doktoru dərəcəsini aldı. 17 may 1868-ci ildə Romada diakon, 24 may 1868-ci ildə isə rahib təyin edildi. Vətəninə qayıdan Yosip Stadler Zaqrebdə yerli seminariyada işləməyə başladı. Sonra Zaqreb Universitetinin ilahiyyat fakültəsində professor vəzifəsində çalışmışdır.

29 sentyabr 1881-ci ildə Papa XIII Lev Yosip Stadleri Vrhbosnanın yepiskopu təyin etdi.

1882–1884-cü illərdə Banya Luka Roma-Katolik yeparxiyasının apostol idarəçisi idi. 1884-cü ildə Sarayevoda İsanın Müqəddəs Qəlbi Katedralıni qurmağa başladı. Ehtiyac sahibləri üçün çox sayda xeyriyyə evləri açdı, müqəddəslər Kiril və Mefodi adına seminariya qurdu

8 dekabr 1918-ci ildə Sarayevoda vəfat etdi və İsanın Müqəddəs Qəlbi Katedralinın kriptasında dəfn edildi.

Ədəbiyyat

redaktə
  • M. Bendedik: Stadler Josip (Joseph). In: Österreichisches Biographisches Lexikon 1815–1950 (ÖBL). Band 13. Verlag der Österreichischen Akademie der Wissenschaften, Wien 2007–2010, ISBN 978-3-7001-6963-5, стр. 74, 75.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Brozović D., Ladan T. Josip Stadler // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.

Xarici keçidlər

redaktə
  • Katolik iyerarxiyasının saytında məlumat  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yosip_Stadler&oldid=6918615"
LOVE.AZ