Your Lie in April, Yaponiyada tanınan adı ilə Shigatsu wa Kimi no Uso (四月は君の嘘?, azərb. Sənin aprel yalanın) və ya Kimiuso — Naoşi Arakava tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası 2011-ci ilin aprelindən 2015-ci ilin mayına qədər Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası 2014-cü ilin oktyabrından 2015-ci ilin martına qədər Fuji TV-nin noitaminA bloku vasitəsilə yayımlanmışdır.[2] Film adaptasiyasının 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılır.[3]
Your Lie in April | |
![]() Birinci cildin üzlüyü. Personajlar: Kosey Arima və Kaori Miyazono. | |
四月は君の嘘 (Shigatsu wa Kimi no Uso) azərb. Sənin aprel yalanın | |
---|---|
Janr | dram, romantik, musiqi |
Manqa | |
Manqaka | Naoşi Arakava |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | ![]() |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 6 aprel 2011 – 6 fevral 2015 |
Cildlər | 11 (cild siyahısı) |
Anime | |
Rejissor | Kyohey İşiquro |
Ssenarist | Takao Yoşioka |
Bəstəkar | Masaru Yokoyama |
Studiya | A-1 Pictures |
Kanal | Fuji TV (NoitaminA) |
Buraxılış tarixi | 9 oktyabr 2014 – 19 mart 2015 |
Seriyalar | 22 (seriya siyahısı) |
Manqa | |
Shigatsu wa Kimi no Uso: Coda | |
Manqaka | Naoşi Arakava |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 25 fevral 2015 – 28 oktyabr 2015 |
Cildlər | 5 |
Anime | |
Moments | |
Rejissor | Kazuya İvata |
Ssenarist | Takao Yoşioka |
Bəstəkar | Masaru Yokoyama |
Studiya | A-1 Pictures |
Buraxılış tarixi | 15 may 2015 |
Vaxt | 23 dəq. |
Bədii film | |
![]() |
Piano dahisi Kosey Arima yarışlarda həmişə yüksək nəticələr göstərən, uşaq musiqiçilər arasında məşhurluq qazanmış musiqiçi idi. Onun həm də müəllimi olmuş anasının ölümündən sonra Arima 11 yaşından psixi pozuntudan əziyyət çəkməyə başlamışdır. Nəticədə, Arima eşitmə qabiliyyətinin əla olmasına baxmayaraq çaldığı pianonun səsini eşitməməkdədir. İki il müddətində Kosey pianoya toxunmur və dünyaya baxışı monoxrom, rəngsiz qalır. O, yaxın dostları Vatari və Tsubaki ilə həyatını keçirmək taleyi ilə razılaşır. Lakin bir gün Koseyin rastlaşdığı bir qız onun həyatını dəyişir. On dörd yaşlı, cürətkar, azad ruhlu, manyak şəxsiyyətini ifa stilində əks etdirən skripkaçı Kaori Miyazono ona musiqi dünyasına qayıtmağa kömək edir.
"Your Lie in April" manqa seriyası Naoşi Arakava tərəfindən yazılmış və çəkilmişdir və Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi 16 sentyabr 2011-ci ildə Kodansha tərəfindən nəşr olunmuşdur[4] və son cildi iki nəşrdə (norma və məhdud nəşrlər) buraxılmışdır. Məhdud nəşr OVA seriyası ilə birlikdə 15 may 2015-ci ildə nəşr olunmuşdur.[5][6] Manqa seriyası Kodansha Comics USA tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır və ilk cild 21 aprel 2015-ci ildə nəşr olunmuşdur.[7]
A-1 Pictures studiyası manqa seriyasının anime adaptasiyasını istehsal etmişdir. Anime serialı Yaponiyada 10 oktyabr 2014-cü ildən 20 mart 2015-ci ilə kimi göstərilmişdir. Crunchyroll hazırda anime serialını ingiliscə subtitrlarla yayımlayır.[28] Birinci açılış mahnısı Goose tərəfindən ifa olunan "Hikaru Nara" (光るなら, azərb. "Əgər sən parlayacaqsansa"?) mahnısı, birinci bağlanış mahnısı isə wacci tərəfindən ifa olunan "Kirameki" (キラメキ, "azərb. Qığılcım"?) mahnısıdır.[29] İkinci açılış mahnısı Coalamode tərəfindən ifa olunan "Nanairo Symphony" (七色シンフォニー, Nanairo Shinfonī?, azərb. "Yeddirəngli simfoniya") mahnısı, ikinci bağlanış mahnısı 7!! tərəfindən ifa olunan "Orange" (オレンジ, Orenji?) mahnısıdır.[29] Anime serialının ingilis dilinə tərcümə edilmiş versiyası Netflix-ə əlavə edilmişdir.
24 avqust 2015-ci ildə "kimiuso-movie.jp" domeni qeydiyyata alındıqdan sonra fanatlar film adaptasiyasının hazırlandığını düşünmüşdürlər.[30] 2015-ci ilin sentyabrında filmdə çıxış edəcək şəxslərin adı açıqlandıqdan sonra bu şayiələrə təsdiqlənmişdir: Kento Yamazaki Kosey Arima rolunda, Suzu Hirose Kaori Miyazono rolunda, E-girls-dən Anna İşii Tsubaki Savabe rolunda və Tayşi Nakaqava Ryota Vatari rolunda. Filmdə onların liseyin ikinci ilində təhsil alacaqları anons edilmişdir. Yaponiyada 2016-cı ilin sentyabrında ekranlaşdırılması planlaşdırılan filmin ssenarisi "Çiyələk gecəsi" filminin də ssenaristi olmuş Yukari Tatsui tərəfindən yazılacaq. Filmin rejissoru isə "Paradise Kiss"-in rejissoru olmuş Takehiko Şinco olacaq.[3][31] Əsas mahnısı isə Ikimono-gakari musiqi qrupu tərəfindən ifa olunan "Last Scene" (azərb. "Son kadr") mahnısıdır.[32]
Manqa seriyası "Ən yaxşı şonen manqasına görə" 37-ci Kodansha Manqa Mükafatına layiq görülmüşdür.[33] "Manga Taishō" mükafatının nominantlarından biri olmuşdur.[34]
Anime adaptasiyası 2016-cı ildə "Yomiuri Shimbun" qəzetinin "Sugoi Japan" mükafatının qalibi olmuşdur.[35][36] Goo Ranking tərəfindən 2016-cı ilin oktyabrında 500 nəfər arasında keçirilmiş sorğuda ən kədərli 8-ci anime (26 səslə) seçilmişdir.[37]