Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film.
Yoxdu belə söhbət | |
---|---|
#yoxdubeləsöhbət | |
![]() | |
Janr | Romantik komediya |
Rejissor | Rüfət Həsənov |
Ssenari müəllifləri |
Kamal Həsənov Rüfət Həsənov Asif Rüstəmov |
Baş rollarda |
Günəş Mehdizadə Həsən Ağa Emil Məcnunov Tünzalə Qəhrəman |
Bəstəkar | DiHaj |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 10 yanvar 2018 |
Filmin digər adı | İki Nəfərlik Mall |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 70 dəqiqə |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
Rəng | rəngli |
IMDb | ID21626934 |
Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar.
Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı həştəq ilə — #yoxdubeləsöhbət — yazılmışdı.