. Love.az

Yunis Cabbarov - Wikipedia - Love.az

Ana Səhifə - Yunis Cabbarov
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var.
Lütfən, məqalələrin əlaqələndirilməsinə kömək etmək üçün mövzuya uyğun başqa səhifələrə daxili keçidlər əlavə etməklə bu məqaləni təkmilləşdirməyə kömək edin. (fevral 2023)

Cabbarov Yunis Hüseyn oğlu (1916, Şərur rayonu – 1953, Moskva) — Sosialist Əməyi Qəhrəmanı (10.03.1948)[1]

Yunis Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 1916
Doğum yeri
  • Şərur rayonu, Naxçıvan MSSR
Vəfat tarixi 1953
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Naxçıvan
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Hərbi xidmət
Döyüşlər
  • Böyük Vətən müharibəsi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Xatirəsi
  • 4 İstinadlar

Həyatı

redaktə

Yunis Cabbarov 1916-ci ildə Naxçıvan Muxtar Respublikasının (keçmiş Naxçıvan MSSR) Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Orta təhsilini Dərvişlər kənd orta məktəbində bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1940-cı ildə İnstitutu fərqlənmə ilə başa vurmuşdur. 1943–1952-ci illərdə Ağsu ZDS İcrayyə Komitəsində şöbə müdiri və daha sonra Naxçıvan MSSR Kənd Təsərrüfatı Naziri vəzifəsində işləmişdir. Nazir vəzifəsində işlədiyi illərdə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və taxılçılığın inkişafına öz töhfələrini vermişdir. 1953-cü ildə Moskva şəhərində vəfat etmiş və Naxçıvan Muxtar Respublikasına gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir.

Mükafatları

redaktə

Taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olduğu üçün 10 mart 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eləcə də Böyük Vətən Müharibəsində iştrakı ilə bağlı müxtəlif orden və medallarla təltif edilmişdir.

Xatirəsi

redaktə

Naxçıvan Muxtar Respublikası Babək rayonunda Yunis Cabbarovun adına sovxoz fəaliyyət göstərmişdir. Bununla yanaşı adının əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində Yunis Cabbarov adına küçə verilmişdir.[2]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Sovet Ensiklopediyası. 10-cu cild
  2. ↑ Natiq Qurbanov. Azərbaycan kənd təsərrüfatının iqtisadi inkişaf tarixi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yunis_Cabbarov&oldid=7607576"
LOVE.AZ