. Love.az

Yuri Dud - Wikipedia - Love.az

Ana Səhifə - Yuri Dud

Yuri Dud (rus. Юрий Дудь; 11 oktyabr 1986, Potsdam) — rusiyalı jurnalist və videobloqqer. Sports.ru nəşrinin baş redaktoru.

Yuri Dud
rus. Юрий Дудь
Doğum tarixi 11 oktyabr 1986 (38 yaş)
Doğum yeri Potsdam, ADR
Vətəndaşlığı Rusiya Rusiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi[d]
Fəaliyyəti jurnalist, videobloqqer
Mükafatları Diamond Play Button
yurij-dud.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Yuri Dud 1986-cı il oktyabrın 11-də Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olub.[1] Milliyyətcə ukraynalıdır.[2] 1990-cı ildən Rusiyada yaşayır.[3] 2008-ci ildə MDU-nin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Moskvada yaşayır.

11 yaşında "Yunoşeskaya qazeta" üçün məqalələr yazırdı. 13 yaşında "Seqodnya" qəzetində təcrübə keçib. 14 yaşında "İzvestiya" qəzetində ştatdankənar müxbir işləyib. 2003-cü ildə, 16 yaşında ikən qəzetin ştatlı əməkdaşı olub. 2007-ci ildə "PROsport" jurnalında çalışıb.[4] 2011-ci ildən Sports.ru nəşrinin baş redaktorudur.

"Rossiya-2" kanalında "Başla zərbə" və "Matç TV"də "Turun kultu" verilişlərini aparıb.[5][6]

2011-ci ildə "NTV-Plyus" peyk televiziyasının idman redaksiyasının xüsusi müxbiri və şərhçisi kimi çalışıb.

YouTube-da "vDud" adlı kanalı var. Burada o, tanınmış mədəniyyət, televiziya, internet, biznes və siyasət xadimlərindən müsahibə götürür.[7][8]

2017-ci ilin mayında Vasili Oblomovun "Nesti xernyu" mahnısının klipində öz rolunda çıxış edib.[9]

Mükafatları

redaktə

2016-cı ildə "Turun kultu" proqramından tərəf müqabili olan Yevgeni Savinlə birlikdə "Televizordan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[10]

2017-ci ildə "Ekrandan olan sima" nominasiyasında "GQ ilin adamı" mükafatının qalibi olub.[11]

İstinadlar

redaktə
  1. ↑   КАКТУС #025. Юрий Дудь про «Зенит-Арену», феминизм, коррупцию и интервью с Путиным, 1:02:58 hissəsindən başlayaraq
  2. ↑ "Кто такой Юрий Дудь и как журналисту украинского происхождения удается критиковать Путина в России". ru.espreso.tv. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  3. ↑ "«Я панк, не мечтающий о бегстве из страны». Гуру спортивной журналистики выступит с лекцией в Екатеринбурге". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-03.
  4. ↑ "Юрий Дудь: «Я сел с Емельяненко на маты — и если бы меня начали бить, не успел бы убежать»". 2018-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  5. ↑ "Юрий Дудь: "Могу только догадываться, почему закрывают "Удар головой"". Советский спорт. 2017-09-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-23.
  6. ↑ "Юрий Дудь: «Я не работаю на «Матч ТВ» — делаю программу «Культ тура» в другой компании, а канал её покупает»". Sports.ru. 2015-12-15. 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  7. ↑ "Юрий Дудь: Из шоу «КультТура» ушел спонсор. Но мы и сами виноваты". 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  8. ↑ "Кто такой Юрий Дудь: биография и личная жизнь журналиста". 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  9. ↑ "Премьера клипа «Нести херню»: Вася Обломов и Юрий Дудь сняли пародию на российское ТВ". Дождь. 2017-05-18. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
  10. ↑ "Лицо из ТВ 2016: Евгений Савин и Юрий Дудь". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.
  11. ↑ "GQ. Человек года 2017: Лицо с экрана". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-04.

Xarici keçidlər

redaktə
  • Rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yuri_Dud&oldid=7851600"
LOVE.AZ