. Love.az

Yuri Konovalov - Wikipedia - Love.az

Ana Səhifə - Yuri Konovalov

Yuri Konovalov (rus. Юрий Коновалов; 30 dekabr 1929, Bakı – 25 may 2008, Smolensk) — sovet yüngül atleti, Olimpiya oyunlarının ikiqat mükafatçısı, SSRİ idman ustası (1955), SSRİ əməkdar idman ustası (1957).

Yuri Konovalov
rus. Юрий Коновалов
Konovalov 1960 Yay Olimpiya Oyunlarında
Konovalov 1960 Yay Olimpiya Oyunlarında
Şəxsi məlumatlar
Vətəndaşlığı SSRİ SSRİ →
Rusiya Rusiya
Doğum tarixi 30 dekabr 1929
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 may 2008 (78 yaşında)
Vəfat yeri Smolensk vilayəti, Rusiya
Boyu 1.83 sm
Çəkisi 77 kq
İdman növü yüngül atletika
Komandası "Neftçi" (Bakı)
Medallar
Olimpiya Oyunları
Gümüş 1956 Melburn 4×100 m estafet
Gümüş 1960 Roma 4×100 m estafet
Avropa çempionatı
Bürünc 1958 Stokholm 4×100 m estafet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 İdman karyerası
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

İdman karyerası

redaktə

Yuri Konovalov 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Leonid Bartenev, Boris Tokarev və Vladimir Suxarevlə birlikdə gümüş medal qazanıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda finala keçməyib.

1960-cı il Roma Yay Olimpiya Oyunlarında 4x100 metr məsafəyə estafet yarışında Qusman Kosanov, Leonid Bartenev və Edvin Ozolinlə birlikdə gümüş medal qazanaraq dörd il əvvəlki uğurunu təkrarlayıb.[1] 100 və 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışlarda dörd il əvvəl olduğu kimi, yenə də finala keçə bilməyib.

1957-ci ildə 100 metr məsafəyə qaçış üzrə şəxsi yarışda, 1958-ci ildə isə 200 metr məsafəyə qaçış üzrə şəxsi yarışda SSRİ çempionu adını qazanıb.[1]

Yuri Konovalov 2008-ci il mayın 25-də vəfat edib. O, Smolenskdəki Odinçovski qəbiristanlığında dəfn olunub.[1]

Qalereya

redaktə
  •  
    Smolenskdəki Odinçovski qəbiristanlığında Yuri Konovalovun məzarı.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Коновалов Юрий Семенович". Smolnecropol.ru. 15 fevral 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Yuri Konovalovun Sports-reference.com saytında profili Arxivləşdirilib 2009-02-08 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Yuri_Konovalov&oldid=7733144"
LOVE.AZ